Neman sözü azərbaycan dilində

Neman

Yazılış

  • Neman • 98.3516%
  • neman • 1.6484%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Neman Vəliyev
Neman Əli oğlu Vəliyev — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. == Haqqında == 1962-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. Azərbaycan Boru Çəkilişi İdarəsinin ixtisaslaşdırılmış tikinti sahəsində mühəndis işləmişdir. İki övladı var. == Şəhid olması == Yanvarın 14-də Hacıkənd qəsəbəsindəki "Beşulduz" yaxınlığında gedən atışmalarda öz torpağını qoruyan keşikçi dəstələri iki istiqamətdən hücuma məruz qalmışdılar: yerdən və havadan. Yerdən ermənilərin silahlı dəstələrinin, vertolyotdan Qızıl Ordunun. Neman 20 nömrəli vertolyotdan odlu silahla vurulmuşdu. Həmin vertolyotdan atılan güllə Səbuhi Hacıyevi də qətlə yetirmişdir. Həmin gün xeyli adam yaralanmışdır.
Neman deltası
Neman deltası (lit. Nemuno delta) — Neman çayının Baltik dənizinə töküldüyü yerdə formalaşdırdığı relyef forması. Delta bir neçə çay qolları və kanallardan ibarətdir. Neman deltasında polderlər və su-bataqlıq ərazilər üstünlük təşkil edir. Bu regionun zəngin təbiəti ərazidə ekoturizmin inkişafına böyük təkan verir. Neman deltasında əsas ayrılan qol Atmata çayıdır. Digərləri daha balacadır: Pakalne, Upayte, Skirvite, Varusne və s. Deltanın ortasında Litvanın ən böyük adası — Rusne yerləşir. Adada deltanın ən böyük yaşayış məntəqəsi Rusne var. Məntəqənin əhalisi 1630 nəfərdir.
Normandiya-Neman
Normandiya-Neman qırıcı alayı (fr. Régiment de Chasse Normandie-Niémen) — Azad Fransanın ilk əlahiddə qırıcı aviasiya alayının adı. == Tarixi == "Normandiya-Neman" alayıİkinci Dünya müharibəsinin Şərq cəbhəsində Nasist Almaniyasına qarşı əməliyyatlarda iştirak etmişdir. SSRİ ərazisində fransız aviasiya eskadrilyasının yaradılması haqqında (25 noyabr 1942 tarixli SSRİ–Fransa sazişinə əsasən 1942-ci ilin noyabr ayının axırlarında 14 təyyarəçi və 58 aviamexanikdən ibarət fransız könüllüləri SSRİ-yə göndərilmişdir. Əvvəlcə dəstənin adı "Normandiya" olmuşdur (Fransanın Normandiya əyalətinin adından). 1944-cü ildən Neman çayının keçilməsində döyüş xidmətlərinə görə Sovet qoşunları Ali Baş Komandanı Aleksandr Vasilevskinin əmri ilə "Normaniya"ya "Neman" fəxri adı əlavə edilmişdir. "Normandiya Neman" müharibə zamanı Lüftvaffenin 273 təyyarəsini vurub salmış, 80 təyyarəsini zədələmiş, xeyili çaplı qüvvəsini və döyüş texnikasını məhv etmişdir. == Təltif və mükafatlar == Normandiya Neman SSRİ-nin Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, Fransanın Fəxri Legion ordeni, 2 digər orden və medalı ilə təltif olunmuşdur. 4 nəfər fransız təyyarəçi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == İrsi == "Normandiya Neman" adlı aviasiya hissəsi "Normandiya Neman" alayı təyyarəçi-veretanlarının birliyi, SSRİ-də isə texnik-veteranlarının şurası yaradılmışdır.
Yaakov Neman
Yaakov Neeman (ivr. ‏יעקב נאמן‏‎; 16 sentyabr 1939, Tel-Əviv – 1 yanvar 2017, Qüds) — eyni zamanda Ədliyyə naziri və Maliyyə naziri vəzifəsini icra edən bir İsrailli vəkil. == Həyatı == Neman, mandat dövründə Təl-Əvivdə bir dini sionist ailəsində anadan olmuşdur. Midraşyat Noam orta məktəbində təhsil alıb və Golani Briqadasında hərbi xidmətini başa vurdu. 1964-cü ildə LL.B dərəcəsi alaraq Qüds Yəhudi Universitetində hüquq təhsilinə davam etdi. 1965-ci ildə Nyu York Universitetindən bir LL.M dərəcəsi aldı, 1968-ci ildə İsrailə qayıtdıqdan sonra 1972-ci ildə İsrailin gələcək prezidenti Şaim Herzoq ilə birlikdə Herzog, Fox & Ne'eman hüquq firmasını qurdu.
Neman Qrodno FK
Nioman FK (Qrodno) — Belarusun futbol klubu. == Tarixi == 1964-ci ildə yaranıb. == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == 1 dəfə Belarus Kubokunun qalibi - 1993-cü il.
Nemaniçlər
Nemaniçlər (serb. Немањићи) — orta əsr Serbiya sülaləsi (1170–1371). Onun soybaşı Raşkanın böyük jupanı Stefan Nemanya Serbiyada vahid dövlət təməlini qoymuşdur. Tanınmış nümayəndələri arasında Nemanyanın oğlu 1217-ci ildə kral titulunu qəbul etmiş böyük jupan Stefan Nemaniç (1196–1227), Balkanlarda geniş serb-yunan çarlığını yaradan və özünü "serblərin və yunanların çarl" adlandırmış Stefan Duşan (1331–1355) yer alır. Onun oğlu çar Stefan Uroşun (1355–1371) zamanı Nemaniçlərin dövləti dağıldı. Serbiya despotluğunda onların yerinə Lazareviçlər gəldilər. == Gerb == Gerb qırmızı fonda təsvir olunmuş iki başlı ağ qartaldan ibarətdir və o, qısa müddətdə həm Serbiya krallarının, həm də ümumiyyətlə Serbiya dövlətinin simvoluna çevrildi. Onu 1339-cu ilə aid katalon xəritəsində görmək olar, orada çar Duşanın paytaxtı iki başlı qartalla işarələnib.
Nemanja Tomić
Nemanya Matiç
Nemanya Matiç (serbcə: Немања Матић) İngiltərənin Mançester Yunayted klubunda və Serbiya milli yığmasında forma geyinən serbiyalı müdafiəyə meyilli yarımmüdafiəçidir. O, meydanda öz döyüşkən oyun stili ilə fərqlənən futbolçudur.Matiç peşəkar futbol karyerasına Kolubara klubunda başlamış, 2007-ci ildə Slovakiyanın Koşitse klubuna transfer olmuşdur. O, 2009-cu ildə 1.5 milyon funt-sterlinq qarşılığında İngiltərənin Çelsi klubuna keçmişdir. 2011-ci ilin yanvarında Portuqaliyanın Benfika klubuna transfer olan Matiç, 2013-cü ildə Portuqaliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür. Matiç 2014-cü ilin yanvarında 21 milyon funt-sterlinq qarşılığında yenidən Çelsiyə transfer olmuş, burada da bir sıra mükafatlara layiq görülmüş və 2017-ci ilin iyul ayında keçmiş baş məşqçisi Joze Mourinyonun başçılıq etdiyi Mançester Yunayted klubuna transfer olmuşdur.2008-ci ildə ilk dəfə Serbiya milli yığmasının heyətində debüt edən Matiç indiyə qədər bu millinin heyətində 30-dan çox oyuna çıxmışdır. == Şəxsi həyatı == Matiçin kiçik qardaşı Uroş da peşəkar futbolçudur. O, hazırda Danimarka çempionu olan Kopenhagen klubunda karyerasını davam etdirir. Matiçin babası əslən makedoniyalıdır. Həmçinin, onun anası da Makedoniyanın Volkoviya kəndindəndir.
Nemanya Tomiç
Nemanja Tomiç (Serb dili: Немања Томић, 21 yanvar 1988, Kragujevac, Serbiya) — Serbiya futbolçusudur. Türkiyənin Gənclərbirliyi klubunda orta səhədə oynamaqdadır.
Nemanya Vidiç
Nemanya Vidiç (serb. Немања Видић, 21 oktyabr 1981-də doğulub) serb karyerasını bitirmiş futbolçudur. O 2002–2011-ci illər aralığında Serbiya milli futbol komandasında çıxış etmişdir. 2000-ci illərin əvvəllərində Srvena Zvezda FK-da özünü yaxşı tərəfdən göstərir. Buna gorə də 2004-cü ilin yayında Spartak Moskva FK-na transfer olunur. 2006-cı il Dünya Çempionatının seçmə mərhələsində göstərdiyi oyunla məşhurluğu daha da artır. 2006-cı ilin yanvarında isə 7 milyon £ qarşılığında Mançester Yunaytedə keçir. Həmin il Rio Ferdinandla birlikdə oynadığı oyunla, dünyanın ən yaxşı müdafiə cütlüklərindən biri kimi hesab olunmağa başlanılır. O, 2014-cü ilin iyulunda kontraktı bitdikdən sonra Mançester Yunayteddən ayrılır. Vidiç Mançester Yunayted FK-da böyük uğurlar qazanmışdır.
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217—1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi, lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi. Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar. Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur, lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır. Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.
Stefan Nemanya
I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi. Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi. Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi. 1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.
Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi. == Həyat == Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi. 1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi.
Ömər Faiq Nemanzadə
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. == Həyatı == Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. == Fəaliyyəti == 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Komnina Nemaniç
Komnina Nemanyiç (serb. Комнена Немањић; 1195) — Kruyanın alban meqa arxonu Dimiter Proqoni və daha sonra Elbasan arxonu Qriqor Kamonun hersoginyası. Serb Kralı II Stefan Nemaniçin (1196–1228-ci illər) qızı idi. == Həyatı == Komnina Kral II Stefan və onun həyat yoldaşı Evkodiya Angelinanın qızı olaraq anadan olub və bu səbəbdən İmperator III Aleksey Angelin nəvəsi olub. Onun üç qardaşı var idi: Stefan Radoslav (1228–1233), I Stefan Vladislav (1233–1243) və Predislav (Savvadan sonra Müqəddəs II Savva kimi üçüncü serb arxiyepiskopu). 1208-ci ildə Dimiter ilə evləndi və Venesiya Respublikası ilə qarşıdurmalar zamanı Serbiya ilə Arbanon arasında qısa ittifaq yarandı. 1215-ci ildə Dimiter öldükdən sonra hakimiyyət Komninaya qaldı, o, qısa müddət sonra yunan-alban lordu Qriqor Kamona ilə evləndi. Serblərin Şkoderə hücumundan sonra zəifləmiş Serbiya ilə əlaqələri gücləndirərək Kruya üzərində nəzarəti öz üzərinə götürdü. Onun Kruyalı Qolem ilə evlənən Qreqoridən bir qızı var idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.69 dəfə / 1 mln.
2003 •••••••••••••••• 1.57
2004 •••• 0.34
2005 •••••••••••••••••••• 2.02
2006 ••••• 0.45
2007 ••••••• 0.63
2008 ••••• 0.49
2009 ••••••• 0.64
2010 •••••••••••• 1.18
2011 •••••• 0.60
2012 •••••• 0.60
2013 ••••••••••• 1.02
2014 •••••• 0.51
2015 ••••••••••• 1.02
2016 •••••• 0.52
2017 •••••••••••• 1.14
2018 ••• 0.30
2019 •••••• 0.56

neman sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

qan; qırmızı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"neman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#neman nədir? #neman sözünün mənası #neman nə deməkdir? #neman sözünün izahı #neman sözünün yazılışı #neman necə yazılır? #neman sözünün düzgün yazılışı #neman leksik mənası #neman sözünün sinonimi #neman sözünün yaxın mənalı sözlər #neman sözünün əks mənası #neman sözünün etimologiyası #neman sözünün orfoqrafiyası #neman rusca #neman inglisça #neman fransızca #neman sözünün istifadəsi #sözlük