Levin sözü azərbaycan dilində

Levin

Yazılış

  • Levin • 98.4199%
  • levin • 0.9029%
  • LEVİN • 0.4515%
  • LeVin • 0.2257%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adam Levin
Adam Noah Levin ( 18 mart, 1979) musiqiçi, mahnı sözləri yazan və gitarist. Pop-rok qrupu Maroon 5-ın vokalisti.
Hyalmar Levin
Hyalmar Levin (14 iyun 1884 — 8 mart 1983) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Hyalmar Levin İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hyalmar Levin birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Kurt Levin
Kurt Levin (1890-1947) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K.Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K.Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K.Levin öz nəzəriyyəsini “Psixoloji sahə nəzəriyyəsi” adlandırmışdır. K.Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır. Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir.
Vladimir Levin
Vladimir Pavloviç Levin (ukr. Левін Володимир Павлович; d. 23.1.1984, Arxangelsk, Rusiya SFSR, SSRİ) — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının və Qəbələ klubunun müdafiəçisi. == Həyatı == Vladimir Levin 23 yanvar 1984-cü ildə Arxangelskdə anadan olub. 2001-2004-cü illərdə Odessa Çernomoretsinin şərəfini qoruyub. Azərbaycanın 13-cü çempionatından Bakı İnterinin heyətində çıxış edib. 2013-cü ildə Qəbələ klubuna transfer olunub. 2015-ci ilə qədər Qəbələ klubunun müdafiəçisi olub. 2008-ci ildən 2013-cü ilə kimi Azərbaycan milli futbol komandasının heyətində çıxış edib.
Yariv Levin
Yariv Levin (ivr. ‏יָרִיב גִּדְעוֹן לֵוִין‏‎; 22 iyun 1969, İsrail) — İsrailli hüquqşünas və siyasətçi. Hal-hazırda Likud və Knessetin spikeri üçün Knesset üzvü olaraq vəzifədədir. Bundan əvvəl İctimai Təhlükəsizlik Naziri, Turizm naziri və Aliyah və İnteqrasiya naziri vəzifələrini tutmuşdur.
Levin Reyçel
Reyçel Levin (ing. Rachel Levine, doğum adı Richard Levine) — Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət və siyasi xadimi . İxtisasca pediatr olan Reyçel 26 mart 2021-ci ildən Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsində çalışır. O, bundan əvvəl 2017–2021-ci illərdə Pensilvaniya Səhiyyə Departamentinin katibi vəzifəsində çalışıb. Həmçinin Pensilvaniya Dövlət Tibb Kollecində pediatriya və psixiatriya professorudur və əvvəllər 2015–2017-ci illərdə Pensilvaniya ştatının baş həkimi vəzifəsində çalışıb. 24 mart 2021-ci ildə ABŞ Senatı onu Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsinə təyin etdi . Reyçel Levin trans qadın olan azsaylı ABŞ hökumət rəsmilərindən biridir . O, tarixdə ölkə Senatı tərəfindən təsdiq tələb olunan vəzifəni tutan ilk trans qadın şəxsdir . == Şəxsi həyatı == Riçard Levin 28 oktyabr 1957-ci ildə Massaçusets ştatının Ueykfild şəhərində anadan olub . Milliyyətcə yəhudidir.
Artur D. Levinson
Artur D. Levinson (31 mart 1950, Sietl, Vaşinqton) amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur. Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir. == Təhsili və ilk illəri == Malvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır.
Bulbophyllum levinei
Bulbophyllum levinei (lat. Bulbophyllum levinei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yekaterina Levina
Yekaterina Levina (d. 1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Artur Levinson
Artur D. Levinson (31 mart 1950, Sietl, Vaşinqton) amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur. Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir. == Təhsili və ilk illəri == Malvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.68 dəfə / 1 mln.
2003 •••• 1.18
2004 ••••• 1.35
2005 ••• 0.67
2006 ••• 0.68
2007 ••• 0.63
2008 •• 0.49
2009 •••••• 1.76
2010 ••••••••••• 3.09
2011 •••••••••••••• 4.20
2012 ••••••• 1.89
2013 •••••••••••••••••••• 6.13
2014 ••• 0.86
2015 0.17
2016 ••• 0.69
2017 0.16
2018 •• 0.45
2020 0.27

Oxşar sözlər

#levin nədir? #levin sözünün mənası #levin nə deməkdir? #levin sözünün izahı #levin sözünün yazılışı #levin necə yazılır? #levin sözünün düzgün yazılışı #levin leksik mənası #levin sözünün sinonimi #levin sözünün yaxın mənalı sözlər #levin sözünün əks mənası #levin sözünün etimologiyası #levin sözünün orfoqrafiyası #levin rusca #levin inglisça #levin fransızca #levin sözünün istifadəsi #sözlük