* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 top. Qollar ilə qılçalar birlikdə. Əl-ayağını bağlamaq. Əl-ayağı titrəmək (əsmək). – [Köməkçi dedi:] Səriyin əl-ayağını, sürün onu bəri… Nə olubdur? C.Cabbarlı. Hatəmxan evin yerindən tərpənmir, Pası əl-ayağını uzadır və onu yerə çırpırdı. S.Rəhimov. ◊ Əl-ayağa dolaşmaq – mane olmaq, ayağa dolaşmaq. Uşaqları aparın, yoxsa əlayağa dolaşarlar. – [Yaşlı kişi:] Şoğəribə qalmış əl-ayağına dolaşır, – deyərək [Şirinnazın] çarşabını başından alıb yerə atdı. S.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, “əl-ayağa dolaşmasın!” Mir Cəlal. Əl-ayağa düşmək – təlaşa düşmək, təşvişə düşmək, həyəcanlanmaq. Mehdinin qaçmasını Naxçıvan və Gorus nəçənniklərinə xəbər verdilər. Nəçənniklər əl-ayağa düşdülər. “Qaçaq Nəbi”. Adamlar əl-ayağa düşdülər. İskəndər kişinin cənazəsini samanlığa apardılar. M.Hüseyn. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev. Əl-ayağı buza dönmək (soyumaq) – əlləri və ayaqları soyumaq, soyuqdan donmaq. Tahirin anası Gülsənəm arvad qaş qaralanda fermada sağını qurtarıb evə qayıdan zaman onun yanaqları gömgöy olmuş, əl-ayağı buza dönmüş, az qala dili tutulmuşdu. M.Hüseyn. Əl-ayağı düz – tərbiyəli, əxlaqlı, ismətli. Anam, bacım, qız gəlin; Əl-ayağı düz gəlin; Yeddi oğul istərəm; Bircə dənə qız, gəlin. (Bayatı). Əl-ayağı soyumaq – 1) ölümü yaxınlaşmaq, ölmək; 2) həvəsdən düşmək, ruhdan düşmək. Lotuların əl-ayağı işdən-gücdən soyudu… (Nağıl). Əl-ayağı sustalmaq – 1) zəifləmək, taqətsizləşmək. Yavaş-yavaş qulağıma tarqaval səsləri də gəlməyə başladı. Əlimayağım sustaldı. M.Rzaquluzadə; 2) bax əl-ayağı soyumaq. Əl-ayağı titrəmək – 1) qorxudan və ya soyuqdan əsmək, titrəmək; 2) zəiflik, qocalıq, xəstəlik üzündən əl və ayaqları əsmək. Əl-ayağı üzülmək – bax əli üzülmək (“əl”də). Əl-ayağı yerdən üzülmək – son dərəcə təəccüblənmək, heyrət etmək. Muxtarov Xanlara baxdıqca özü də məəttəl qalır, bəzən elə bil əl-ayağı yerdən üzülürdü. M.Hüseyn. Əl-ayağına düşmək – təzim etmək, qabağında diz çökmək, yalvarmaq. Əl-ayağını bağlamaq – hərəkət etməsinə imkan verməmək, mane olmaq. Əl-ayağını kəsmək – heç bir iş görməyə qoymamaq, mane olmaq. Əl-ayağını qayırmaq – hazırlaşdırmaq, hazırlıq görmək. [Hacı Həsən:] Ay qız, Fatma, Nazlının əl-ayağını qayır, bu gün gərək köçürək. C.Məmmədquluzadə. Əl-ayağını toplamaq – 1) işə başlamaq, nədən başlamaq lazım gəldiyini müəyyən etmək. Çimnaz isə hələ də əl-ayağını toplaya bilmirdi. Ə.Əbülhəsən; 2) işi qurtarmaq üzrə olmaq, işi tamamlamağa yaxınlaşmaq. Əl-ayağını yığ(ışdır)maq – nizam və intizama tabe etmək, tabe olmağa məcbur etmək, qabağını almaq, istədiyini etməyə qoymamaq, müəyyən çərçivə içərisinə almaq. Əl-ayaq açmaq – istədiyi kimi, sərbəst hərəkət etmək. Əl-ayaq atmaq – bax əl-ayaq çalmaq. Əl-ayaq çalmaq – çırpınmaq, çapalamaq. Əl-ayaq çəkilmək – bax əl-ayaq yığılmaq. …Gecə yarısı əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir. M.S.Ordubadi. Axşam əl-ayaq çəkiləndə bura gəlib, üzünü bu qayaya tutub “a qaya-qaya!” deyə çağırsan, “qaya-qaya!” deyən əks-səda eşidərsən. R.Rza. Çünki elə hər gecə, çəkiləndə əl-ayaq; Qaranlıq döngələrdə onlar verir səs-səsə! Ə.Cəmil. Əl-ayaq eləmək (etmək) – 1) tərpənmək, hərəkət etmək, səy göstərmək, yubanmamaq, cəld tərpənmək. Bir əl-ayaq eləsək, işin canı alınar. – Bədəlovun taqımı doğrudan da elə əl-ayaq elədi ki, Mədədov onları görəndə təəccübdə qaldı. Ə.Əbülhəsən; 2) tapmaq, əldə etmək. Zəhmət çək, mənə bir paket əl-ayaq elə. Mir Cəlal. Əl-ayaq kəsilmək – bax əl-ayaq yığılmaq. Kənddə əl-ayaq kəsilmişdi. Ə.Abasov. Əl-ayaq qoymaq – bax əl qoymaq 2-ci mənada (“əl”də). Əl-ayaq oynatmaq – 1) çapalamaq; 2) məc. hədələmək. Əl-ayaq tərpətmək – cəld işləmək, tələsmək, hərəkətə gəlmək, səy etmək. Bir əlayaq tərpət görək. – [Eyvaz kişi] bir qədər əl-ayağını tərpədərək üzdüsə də, birdən suların arasında yox oldu. Ə.Vəliyev. Əl-ayaq vermək – kömək etmək. Qonaqlıqda əl-ayaq verən çox olduğundan hər iş qaydalı gedirdi. Əl-ayaq yetişməmək (çatmamaq) – çox uzaqda olmaq, görüşmək mümkün olmamaq. Cənnətin hurisi, ərzin mələki; Yetişməz, yüz qala, əl-ayaq sənə. Q.Zakir. Əl-ayaq yığılmaq (yığışmaq, yığışılmaq) – gediş-gəliş, hərəkət kəsilmək, hamı evinə çəkilmək. Axşamdan xeyli keçmişdi, kənddə əl-ayaq çoxdan yığılmışdı. M.Hüseyn. Əl-ayaqda qalmaq – ortada qalmaq, başqalarının əvəzinə cavab verməli olmaq. Qadın bağırırdı: – …Hərəniz özünüzü bir deşiyə soxun, əldə-oyaqda mən qalım! Ə.Əbülhəsən. Əl-ayaqda olmaq – hazırlıq görmək, tədbir görmək, amadə olmaq, hazır olmaq. Əl-ayaqdan düşmək – əldən düşmək, bərk yorulmaq. Mən səni izləməkdən düşmüşəm əl-ayaqdan. S.Rüstəm. Əldən-ayaqdan düşmək – bax əl-ayaqdan düşmək. Əldən-ayaqdan getmək – bax əldən getmək 1-ci mənada (“əl”də). Onun üçün nə əldən-ayaqdan gedirsən? – Kimisi əldən-ayaqdan gedir, kimisi sadəcə gülür, kimisi də haylı-küylü danışığı ilə özünü gözə verməyə cəhd edirdi. S.Rəhimov. Bəndalı ustasının xahişinə tez və dürüst əməl eləmək üçün əldən-ayaqdan gedir, kürə qabağında fır-fır fırlanırdı. Mir Cəlal. Əldən-ayaqdan olmaq – çox gəzməkdən yorulmaq, əldən düşmək. Əldən-ayaqdan salmaq – 1) çox gəzmək, hər yerdə olmaq; 2) taqətdən salmaq, yormaq. [İkinci mühafiz:] Tüksüz yapıncı … [Ələmdarı] bu fırtınada lap əldən-ayaqdan salacaqdır. S.Rəhimov. Əlini-ayağını çəkmək – bir yerə daha gedib-gəlməmək, əlaqəsini kəsmək.
Azərbaycan dilinin izahlı lüğəti / əl-ayaq2 сущ. собир. руки и ноги, конечности. Qorxudan əl-ayağı əsirdi с испугу тряслись руки и ноги, əl-ayağını sarımaq связать руки и ноги ◊ əl-ayaq atmaq отбиваться руками и ногами; əl-ayaq açmaq развязать себе руки; əl-ayaq vermək kimə помогать, помочь к ому; əl-ayaq eləmək действовать живо, проворно; əl-ayaq yetişmir, çatmır находится далеко; əl-ayaq yığılan vaxt: 1. когда смеркается, темнеет; 2. сумерки; əl-ayaq kəsilib 1) наступил вечер 2) прекратилось всякое движение; əl-ayaq oynatmaq угрожать; əl-ayaq tərpətmək действовать живо; əl-ayaq çəkiləndə см. əl-ayaq yığılan vaxt; əldə-ayaqda qalmaq за всех всё делать; əldə-ayaqda olmaq: 1. быть в работе, в движении; 2. быть готовым к исполнению чего-л.; əl-ayaqdan düşmək выбиваться, выбиться из сил; əlayaqlarını uzatmaq протянуть ноги; əl(ə)-ayağa dolaşmaq путаться, вертеться под ногами; əl-ayağa düşmək засуетиться, всполошиться; əl-ayağa salmaq kimi вызывать, вызвать суету, переполошить кого; əl-ayağı boşalmaq терять, потерять желание делать что-л.; əl-ayağı buza dönmək зябнуть, озябнуть; əl-ayağı düz нормальный (о человеке); əl-ayağı yerdən üzülmək диву даваться, диву даться; əl-ayağı soyumaq: 1. падать, пасть духом; терять, потерять охоту к чему-л.; остывать, остыть, терять, потерять интерес к чему-л.; 2. испустить дух; əl-ayağı süstləmək остывать, остыть к чему-л.; əl-ayağına düşmək kimin падать, пасть к ногам кого, чьим, в ноги кому; əl-ayağını bağlamaq kimin связывать, связать по рукам и по ногам кого; əl-ayağını düzəltmək kimin приводить, привести в надлежащий вид кого; əl-ayağını yığmaq, yığışdırmaq kimin зажать в кулак кого; ограничивать, ограничить чьи действия; əlayağını kəsmək: 1. kimin haradan запрещать, запретить кому ходить куда; 2. haradan переставать, перестать ходить куда; əl-ayaqdan diri проворный, живой; əl-ayaqdan getmək сбиваться, сбиться с ног; əl-ayaqdan salmaq: 1. kimi доводить, довести до изнеможения ког о; 2. haranı исходить вдоль и поперёк что; əl-ayaqdan uzaqda на отшибе; əlayaqdan uzaq düşmək оказаться далеко
Azərbaycanca-rusca lüğət / əl-ayaq1 top.i.: ~ etmək (tələsmək) to make* haste, to hurry, to be* quick; to bestir oneself; əl-ayağa dolaşmaq to get* in everybody’s way, to hamper (d.); əl-ayağını yığışdırmaq to take* smb. in hand; Mən onun əl-ayağını yığışdıraram I’ll take him / her in hand; ~ çəkiləndən sonra after the nightfall
Azərbaycanca-ingiliscə lüğət / əl-ayaq1 top. is. membres m pl, extrémités fpl ; ~ etmək (tələsmək) presser (se), dépêcher (se), agir promptement ; ~ğını yığışdırmaq serrer la vis \vis\] à qn
Azərbaycanca-fransızca lüğət / əl-ayaq1 гъил-кӀвач, гъилерни-кӀвачер санал; ** əl-ayağa dolaşmaq кӀвачера аруш хьун, маний хьун; əl-ayağa düşmək (рикӀик) теспачавал акатун, талаш акатун, къалабулух акатун; əl-ayağı buza dönmək (soyumaq) гъил-кӀвач мур хьун, гъилер кӀвачер къун, гзаф мекьи хьун; əl-ayağı düz дуьз, гьакъисагъ, тербиялу, ахлакьлу, намуслу; əl-ayağı soyumaq а) гъил-кӀвач къайи хьун, рекьидай вахт мукьвал хьун, кьин; б) гъил гьевесдай аватун, руьгьдай аватун; əl-ayağı sustalmaq гъил-кӀвач суст хьун а) такьатдай аватун, зайиф хьун; б) кил. əl-ayağı soyumaq; əl-ayağı titrəmək гъил-кӀвач зурзун а) кичӀевиляй ва я мекьивиляй зурзун акатун, зурзун; б) кьуьзуьвиляй, зайифвиляй ва мс. гъилер-кӀвачер зурзун; əl-ayağı üzülmək кил. əl (əli üzülmək); əl-ayağına düşmək кӀвачерик ярх хьун, тазим авун, метӀер ягъун, минетун; əl-ayağını bağlamaq гъил-кӀвач кутӀунун, гьерекат авуниз имкан тагун, манийвал авун; əl-ayağını yığ(ışdı)rmaq гъил-кӀвач кӀватӀун, къайдадиз табий авун, табий хьуниз мажбур авун, вилик пад кьун, кӀанивал авуниз рехъ тагун; əl-ayaq açmaq гъил-кӀвач ахъаюн, рикӀиз кӀандайвал гьерекат авун; əl-ayaq atmaq кил. əl-ayaq çalmaq; əl-ayaq çalmaq гъил-кӀвач юзурун, къатадун, чалухун; əl-ayaq çəkilmək кил. əl-ayaq yığılmaq; əl-ayaq etmək (eləmək) а) гъил-кӀвач юзурун, юза хьун, гьерекат авун, жегьт авун, геж тахьун, фад юза хьун; б) жугъурун, якьурун, гъиликун; əl-ayaq kəsilmək кил. əl-ayaq yığılmaq; əl-ayaq qoymaq кил. əl (əl qoymaq 2); əl-ayaq oynatmaq а) гъил-кӀвач юзурун, чалухун, къатадун; б) пер. сеперар авун, гьелягъар кьун; əl-ayaq tərpətmək гъил-кӀвач юзурун, гъилерик-кӀвачерик звар кутун, фад-фад кӀвалахун, тади къачун, жегьт авун; əl-ayaq vermək гъил кьун, куьмек авун; əl-ayaq yetişməmək (çatmamaq) гъил агакь тавун, гзаф яргъа аваз хьун, акваз тахьун; əl-ayaq yığılmaq (yığışmaq, yığışılmaq) гъил-кӀвач кӀватӀ хьун, гъил-кӀвач атӀун, фин-хтун (гьерекат) амукь тавун, вири кӀвалериз хъфин; əl-ayaqda qalmaq юкьвал (арадал) аламукьун, масабурун патахъай жаваб гудайвал хьун; əl-ayaqda olmaq гьазурвал акун, тедбир акун, гьазур хьун; əl-ayaqdan düşmək гъилерай-кӀвачерай акъатун, къекъерай акъатун, гзаф галатун; əldən-ayaqdan düşmək кил. əl-ayaqdan düşmək; əldən-ayaqdan getmək кил. əl (əldən getmək а); əldən-ayaqdan olmaq кӀвачерай акъатун, къекъерай акъатун, кам-камунив татун, гзаф къекъуьникди галатун; əldən-ayaqdan salmaq кӀвачерай акъудун а) кӀвачелай авун, гзаф къекъуьн, вири чкайра хьун; б) такьатдай авудун, галудун; əlini-ayağını çəkmək гъил-кӀвач атӀун, алакъа атӀун, са чкадиз мад фин-хтун тавун.
Azərbaycanca-ləzgicə lüğəti / əl-ayaq