* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əvəz. 1. O cur, o təhər, o sayaq. Elə söz demək olmaz. Elə sözlər danışma. – …Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Gəl elə kişnəmə, saqın, kəhərim! R.Rza. [Cuma] Maralın evində elə danışdığına … görə özünü məzəmmət edirdi. Ə.Əbülhəsən. Aslan köntöy-köntöy cavab verdi: – Getmirəm. Hamı necə, mən də elə. M.Hüseyn. // O dərəcədə, o şəkildə. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından ayrılmaq istəmirdi. S.S.Axundov. Məsmə iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı eşitdi. Mir Cəlal. 2. Ancaq, təkcə, yalnız, məhz mənasında. Elə mən deyiləm hüsnünə mayil; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir. Məsumə xanıma da elə bu söz lazım idi. P.Makulu. 3. dan. O tərəfə, o yana, o səmtə. Mən belə gəldim, o elə getdi. – [Qatırçı:] Haxçılar zınqırovlu faytonlarda pırıltı ilə budu belə gəlirdi, odu elə gedirdi. Mir Cəlal. 4. Cəm şəklində: elələr(i) – o cür (elə) adamlar. Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. F.Köçərli. Elələrini şəhərdən sürgün etsələr də azdır. M.Hüseyn. 5. Ədat kimi aid olduğu sözün mənasını dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi. – Elə biri qonşun Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, eyvanlı, bağçalı ev tikdirib. M.İbrahimov. [Uğur:] Məni … dilə tutan elə Alxan özü olmadımı? İ.Əfəndiyev. 6. “də” ədatı ilə: 1) o cür də, o qaydada, o tərzdə. Pişik ilə nə tövr rəftar eyləyirsən, elə də arvad ilə lazımdır rəftar eləmək. C.Məmmədquluzadə; 2) o halda, belə olan surətdə. Yaxşı, elə də sən get, mən də gələrəm; 3) olduğu kimi, o cür. Necə idisə, elə də qalıb. 7. “ki” bağlayıcısı ilə: o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir. Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. M.İbrahimov. Elə ki, bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal. Elə ki, boz inək soyulub qurtardı, maraq daha da artdı. Ə.Vəliyev. ◊ Elə-belə – 1) havayı, müftə. – Bunu mənə neçəyə verirsən? – Elə-belə.; 2) məqsədsiz, qərəzsiz, ümumiyyətlə. Maya uzaqlara getdiyini duyaraq tez əlavə etdi: – Bunu eləbelə, yadıma düşdü, dedim. M.İbrahimov. Bu sözləri o, bəlkə də elə-belə, zarafatla demişdi. M.Rzaquluzadə; 3) nə yaxşı, nə pis, babat. Elə-belə bir ev tikdirdi. Eləbeləcə – tərpənmədən, vəziyyətini dəyişmədən, necə var elə. [Firidun] elə-beləcə uzanaraq nəhayətsiz göylərə tamaşa eləmək istəyirdi. M.İbrahimov. Elə bil (ki) – sanki, guya ki. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. C.Cabbarlı. Bəndalı gələndə elə bil daş-divar da dilə gəlir… Mir Cəlal. Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. Elə bilmək – zənn etmək, güman eləmək, sanmaq. Tar gördüm, tələ bildim; Çağırdın, gələ bildim; Bir yatmış ceyran gördüm; Yar yatıb elə bildim. (Bayatı). Elə bilsin ki, padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Elə gəldi ki, elə gəlir ki – zənn etmək, düşünmək, güman etmək mənasında. Ona elə gəldi ki, qızı harada isə görüb. Mənə elə gəlir ki, bu kitabı oxumuşam. – Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki; Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş… M.Müşfiq. Kişiyə elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən qəlbi dərd ilə əriyir, qan olub tökülür. Mir Cəlal. Elə isə – onda, belə olduqda, belə isə, belə şəraitdə. Elə isə mən də getdim! – deyə Tahir nəfəsini çəkmədən səbirsizliklə dostundan cavab gözlədi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / elə1 ELƏ I əvəz. İşarə etmək məqsədilə işlədilir. Cahanda yox elə bir qüvvə baş əyim ona mən (C.Cabbarlı). ELƏ II ədat Qüvvətləndirici mənada işlədilən ədat. Elə bu saat çağırtdır gəlsin (M.Hüseyn).
Azərbaycan dilinin omonimlər lüğəti / elə2 I мест. такой(-ая,-ое,-ие). O, elə adam deyil он не такой человек, elə gözəl такой красивый, elə uca такой высокий, elə təəssürat yaranır ki …; создаётся такое впечатление, что … II в знач. сущ. такие. Elələri var ki … есть такие, что … III нареч. так. Elə qışqırdı ki, … так крикнул, что …, elə dəydi ki, … так ударился, что …; elə et ki, … сделай так, чтобы …, qoy elə olsun пусть будет так, elə deyilmi? не так ли? elə demə так не говори IV част. же (употр. для усиления, подчёркивания значения слова, смыслового содержания высказывания). Elə bu saat в сию же минуту; elə həmin gün в тот же день; elə həmin dəqiqə в ту же минуту; в сочет. elə gəlir ki, … кажется, что …, elə görünür ki, … видно, что …; в сочет. elə bil будто, как будто, словно, точно, кажется. Elə bil bədəni dəmirdəndir его тело словно из железа, elə bil heç bir hadisə olmamışdır как будто ничего не случилось, elə ki когда, как только. Elə ki vaxt yaxınlaşdı как только подошло время V в форме elədir верно, так, так точно, точно. Getmək istəmirsən, elədirmi? Не хочешь ехать, не так ли? Elədir, yoldaş Məmmədov? Верно, товарищ Мамедов?; elədir ki var так точно ◊ elə bil ağzına su alıb как будто воды в рот набрал; elə bil aydan düşüb словно с луны свалился; elə bil alçaq dağları o yaradıb шишка на ровном месте (о надменном человеке); elə bil arşın udub как будто аршин проглотил; elə bil aclıqdan çıxıb как будто из голодного края; elə bil başıma bir qazan qaynar su tökdülər будто кипятком обдали; elə bil başımda dəyirman işləyir голова трещит; elə bil bir almadır ikiyə bölünüb как две капли воды; elə bil qurbağa gölünə daş atdılar воцарилась тишина; elə bil qutuda ilan görür будто видит врага; elə bil dalından qovurlar как на пожар; будто за ним погоня; elə bil dəvənin qarnı yırtılıb чёрт ногу сломит; elə bil divara deyirsən как об стену горох; elə bil dilotu yeyib бесструнная балалайка; elə bil dünyaya təzədən gəlmişəm будто заново родился; elə bil dünyanı bağışladılar (verdilər) как будто весь мир подарили; elə bil əyninə tikilib в самый раз (об одежде); elə bil əlləri bişib валится с рук; elə bil zənciri qırıb qaçıb будто с цепи сорвался; elə bil, iynə udub будто иголку проглотил; elə bil ildırım vurdu будто громом поразило; elə bil it yalayıb будто собака вылизала; elə bil yerə girdi точно сквозь землю провалился; elə bil gəmisi batıb будто корабли потонули; elə bil gözündən pərdə götürüldü словно пелена спала с глаз; elə bil göydən düşüb как будто с неба свалился; elə bil göyün qarnı yırtılıb льёт как из ведра; elə bil meşədən çıxıb словно из леса пришёл (о невежественном человеке); elə bil suya batdı словно в воду канул; elə bil fala baxmışdı будто в воду глянул; elə bil üstümdən dağ götürüldü будто камень с души свалился, будто гора с плеч (свалилась); elə bil şeytan dilləndirdi будто чёрт дёрнул за язык; elə bir o qalmışdı только этого не хватало; elədir ki var так и есть, так точно; elə isə в таком случае; раз так; elə bağın elə də barı olar каковы сады, таковы и плоды
Azərbaycanca-rusca lüğət / elə1 I. əv. such a; O, elə adam deyil He is not such a man II. z. so, thus, like this, this way; ~ qorxulu so terrible; ~ əhəmiyyətli so important; Bütün həftə elə keçdi The whole week passed thus / like that III. əd. just; Elə indi gedin Go just now; Siz yatmaq istəyirsiniz, elə deyilmi? You want to go to bed, don’t you? Saat səkkizdir, elə deyilmi? It’s eight o’clock, isn’t it? Siz ingiliscə danışa bilirsiniz, elə deyilmi? You can speak English, can’t you? Siz onu görməmisiniz, elədirmi? You haven’t seen him / her, have you?
Azərbaycanca-ingiliscə lüğət / elə1 1) əv. tel, telle ; O, ~ adam deyil il n’est pas une telle personne, (un tel homme) ; 2) zərf. ainsi, si, tellement, tant ; ~ qorxulu si (tellement, tant, autant) dangereu//x, -se ; ~ əhəmiyyətli si important,-e ; bütün həftə ~ keçdi toute la semain a passé ainsi ; 3) əd. à l’instant, de ce pas, tout de suite, aussitôt, soudain, sur-lechamp, sur le coup ; Siz yatmaq istəyirsiniz, ~ deyilmi? Vous voulez dormir, n’est ce pas? Saat səkkizdir, ~ deyilmi? il est huit heures, n’est-ce pas? Siz fransızca danışa bilirsiniz, ~ deyilmi? Vous parlez français, n’est-ce pas? Siz onu görməmisiniz, elədirmi? Vous ne l’avez pas vu, n’est-ce pas? elə-belə 1) sif. simple, ordinaire ; frugal,-e ; ~ adamlar simples gens m pl (və ya gens m pl simples) ; ~ sual une question simple ; Bu ~ sual deyil Ce n’est pas une question toute simple ; 2) zərf. simplement, comme ça, sans plus, bêtement ; Mən ~ danışmıram je ne parle pas vainement, je ne parle pas tout simplement ; ~ yaşamaq vivre comme çi comme ça (ni bien ; ni mal), couci-couça
Azərbaycanca-fransızca lüğət / elə1 тӀв-эв. 1. ахьтин, а жуьре, а саягъ; elə sözlər danışma ахьтин гафар рахамир; 2. акӀа, а жуьре, а тегьер, а саягъ; а дережеда; 4. гьакӀа, гьа жуьре, гьа саягъ; hamı necə, mən də elə вири гьикӀа, зунни гьакӀа; 5. анжах, тек, тек са; гьа; 6. рах. анихъ, а патахъ; mən belə gəldim, o elə getdi зун инихъ хтана, ам анихъ фена; 7. elələr(i) гз. ахьтинбур, ахьтин инсанар; 8. elə də а) гьакӀни, гьа къайдада, гьа жуьре(да), гьа тегьер(да); б) акӀ ятӀа, акӀ хьайила; в) гьакӀани, авайвал, гьа жуьре; ** elə-belə а) гьакӀа, гьавайи, муьфте; б) гьакӀа, са макьсадни авачиз; в) са жуьре, са бубат, я хъсан, яни пис тушир; elə-beləcə гьикӀ аватӀа, гьакӀа; юза тахьана, санихъни юзун тавуна; elə bil (ki) на лугьуди, гуя (хьи), нехен лугьун; elə bilmək акӀ хьун, гиман авун, гьакӀ яз кьун; elə gəldi ki, elə gəlir ki акӀ хьана хьи, акӀ жезва хьи (гиман авун, зенн авун, фагьумун манада); ona elə gəldi ki, ... адаз акӀ хьана хьи, ...; elə isə акӀ ятӀа, акӀ хьайила; икӀ хьайила, ихьтин шараитда.
Azərbaycanca-ləzgicə lüğəti / elə