Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir.
== Təsviri ==
Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.