əsə sözü azərbaycan dilində

əsə

Yazılış

  • əsə • 85.7143%
  • Əsə • 10.7143%
  • ƏSƏ • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənc alimlərin əsərləri (jurnal)
Gəncə (Əsədabad)
Gəncə (fars. گنجه‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (47 ailə).
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Hacı Daşdəmir (Əsər)
Hafiz Əsəd
Hafiz Əsəd (ərəb. حافظ الأسد‎; 6 oktyabr 1930[…], Qərdahə[d], Fransız Suriya və Livan mandatlığı[d] – 10 iyun 2000[…], Dəməşq) — Suriyanın hərbi, siyasi və dövlət xadimi, Suriyanın müdafiə naziri (1966–1972), Suriyanın baş naziri (1970–1971), Suriya prezidenti (1971–2000), general. == Həyatı == 1930-cu ildə anadan olmuşdur. 1970–1971-ci ildə Suriya dövlətində baş nazir, 1971–2000-ci illərdə Suriya Prezidenti olmuşdur. 2000-ci ildə vəfat etmişdir. == Ailəsi == Bəşər Əsədin atasıdır.
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Heydər Əsədov
Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı (2024), Azərbaycan Dövlət Dəniz Akademiyasının sabiq rektoru (2019–2024), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013). == Həyatı == Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir. 2 may 2024-cü ildə yenidən növbəti 5 il müddətinə rektor təyin edilib.
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Hwarang:Döyüşü gənclər əsəri
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Hərmələ ibn kahil əsədi
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. == Haqqında == Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kaskina döyüşü (rəsm əsəri)
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri. == Mənşəyi == Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır. == Haqqında == Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi.
Lətif (Əsədabad)
Lətif (fars. لطیف‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 142 nəfər yaşayır (40 ailə).
Lətif Əsədov
Lətif Əsədov (tam adı: Lətif Hacı Frunze oğlu Əsədov; 2 yanvar 1960, Daşkənd, Basarkeçər rayonu – 15 sentyabr 2012, Bakı) — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi. == Həyatı == Əsədov Lətif Hacı Frunze oğlu 2 yanvar 1960-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1967-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş, 1974–1976-cı illərdə daha yaxşı təhsil almaq üçün VIII–IX sinifləri Bərdə rayonundakı Yeni Daşkənd kənd orta məktəbində oxumuş, 1977-ci ildə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirmişdir. 1977–1979-cu illərdə Bərdə rayonundakı Kəndtikinti İdarəsində işləmişdir. 24 iyun 1979-cu ildən 16 oktyabr 1981-ci ilə qədər Murmansk şəhərində hərbi xidmət keçən Lətif Əsədovun Kommunist Partiyasına namizədliyi verilmiş, baş serjant rütbəsi ilə xidmətini başa vurmuşdur. O, 1982–1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Lətif Əsədov 1 dekabr 1981-ci ildə S.Аğamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə, 1982-ci ildə isə həmin institutun "Kənd Təsərrüfatının Mехanikləşdirilməsi" ixtisasına rus dili üzrə qəbul olmuşdur. Oxuduğu müddətdə qrup nümayəndəsi kimi institututda keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. 1987-ci ildə ona mühəndis-mexanik ixtisası və leytenant rütbəsi verilmiş, institutu fərqlənmə diplomu ilə başa vurmuşdur. 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspiranturaya qəbul olmuşdur.
Mahir Əsəd
Mahir Əsəd, (Ərəbcə: ماهر الأسد‎, d. 8 dekabr 1967) — Suriya prezidenti Bəşər Əsədin qardaşı, general-mayor. == Həyatı == Mahir Əsəd 8 dekabr 1967-ci ildə Suriyanın paytaxtı Dəməşqdə, Hafiz Əsədin ailəsində dünyaya gəldi. İki yaşı tamam olanda atası Suriyanın prezidenti oldu. Digər qardaş-bacıları ilə birlikdə xalq nəzərindən uzaq şəkildə yetişdirildi. Mahir Suriya Azadlıq məktəbində və Dəməşq universitetində oxudu. Respublika Mühafizləri və Dördüncü Zirehli Dviziya adlı əsgəri birliklərin komandanıdır., Suriyada fəaliyyət göstərən gizli polis və xəfiyyə idarəsinin rəhbəridir. Suriyada Bəşər Əsəddən sonra ən hörmətli şəxsdir.
Mahir Əsədov
Mahir Əsgər oğlu Əsədov (11 noyabr 1952) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Mahir Əsədov 1952-ci il noyabrın 11-də anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi bölməsində ali təhsil alıb. Rus dilini bilir. Ailəlidir, dörd övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 100 nömrəli Şəmkir qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Mahir Əsədov, 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Mahir Əsədov, Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvü, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub. === Partiya fəaliyyəti === 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
Mikelancelonun əsərlərinin siyahısı
Məqalədə İntibah dövrünün məşhur heykəltaraş, rəssam, memar və şairi olmuş Mikelancelo Buanarottinin əsərlərinin siyahısı göstərilmişdir. Siyahıya həmçinin sənətkarın itirilmiş və müəllifliyi mübahisəli olan əsərləri haqqında da məlumat əlavə edilmişdir. Mikelancelonun yaradıcılığından dövrümüzə 300-ə yaxın şeir, 600 rəsm əsəri, 1400-ə qədər ona yazılmış və ya onun yazdığı məktublar, həmçinin 300 səhifəyə qədər xüsusi qeydlər (ricordi) çatmışdır. Mikelancelonun sağlığında onun əsərləri nəşr edilməmişdir. Bu səbəbdən də siyahı rəssamlıq, heykəltaraşlıq və memarlıq əsərlərinin ayrıca göstərilməsi vasitəsiylə və əsərlərin sıralanmasında xronoloji ardıcıllığa istinad etməklə təqdim edilir. Mikelancelo yuxarıda qeyd edilən hər üç sənət sahəsində, hələ özünün sağlığında İntibah mədəniyyətinin ən gözəl nümunələri kimi dəyərləndirilən əsərlər yaratmışdır. Sənətkarın Santa-Kroçe kilsəsindəki məzarını həmin üç sənət sahəsinin muzalarının heykəlləri bəzəyir.. == Heykəllər == === Heykəl modelləri === Mikelancelonun məşhur heykəllərini yaratmamışdan əvvəl model kimi işlədiyi, təcrübi xarakterli bəzi işləri də dövrümüzə çatmışdır. Onlar sənətkarın yaradıcılığının Florensiya dövrünə (təxm. 1500—1505 illər və təxm.
Milli tarixi əhəmiyyəti olan əsər
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. == Tarixçə == 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. == Kriteriyalar == ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. == Məlumat == Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Mir Əsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı. == Həyatı == Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir. 1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929-cu illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.
Mirnazim Əsədullayev
Mirnazim Müştəba oğlu Əsədullayev (27 avqust 1951, Bakı) — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır. == Həyatı == Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976–1981-ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971–1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969-cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun "Qızıl fond" unda "Nəva", "Rahab", "Çahargah", "Bayatı-şiraz", "Humayun", "Orta-mahur" və başqa lent yazıları qorunub saxlanılır.
Mirsəlim Əsədov
Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin "Fiziki-kimya" kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır. 1982-ci ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01 — Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1990-cı ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.
Mollavəli (Əsədabad)
Mollavəli (fars. ملاولی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (47 ailə).

"əsə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsə nədir? #əsə sözünün mənası #əsə nə deməkdir? #əsə sözünün izahı #əsə sözünün yazılışı #əsə necə yazılır? #əsə sözünün düzgün yazılışı #əsə leksik mənası #əsə sözünün sinonimi #əsə sözünün yaxın mənalı sözlər #əsə sözünün əks mənası #əsə sözünün etimologiyası #əsə sözünün orfoqrafiyası #əsə rusca #əsə inglisça #əsə fransızca #əsə sözünün istifadəsi #sözlük