* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 37.69 |
2003 | ••••••••• | 16.14 |
2004 | ••• | 4.72 |
2005 | ••••••••• | 15.52 |
2006 | •• | 3.38 |
2007 | ••• | 3.81 |
2008 | ••• | 4.63 |
2009 | •••• | 6.08 |
2010 | •••••• | 9.80 |
2011 | •••• | 6.52 |
2012 | •••••• | 10.50 |
2013 | •••••••••• | 17.65 |
2014 | •••••••• | 14.42 |
2015 | •• | 3.23 |
2016 | •••• | 6.07 |
2017 | •• | 2.60 |
2018 | • | 1.80 |
2019 | •• | 2.50 |
2020 | ••• | 4.64 |
1 is. [ər.] 1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. Vətən eşqi. Övlad eşqi. Həyat eşqi. – Can vermə qəmi-eşqə ki, eşq afəti-candır; Eşq afətican olduğu məşhuri-cahandır. Füzuli. Dilidivanə sevər can tək o zülfi-siyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq – həyat ağacıdır! B.Vahabzadə. 2. Şiddətli arzu, həvəs, meyil, istək. Sözün eşqilə, qəlbilə yaşar aləmdə insanlar; Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. S.Vurğun. Ala çiçəklərlə ala sürülərin doğma yurdunda dincələn əsgərlər hücum eşqi ilə çırpınırdılar. Ə.Vəliyev. 3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli, eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu, eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində işlənib sevgi, məhəbbət hisslərini bildirir. Eşqin xəncərini vurdum sinəmə; Dərin yaralarım deşdim də gəldim. “Aşıq Qərib”. Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi qaynar. M.Müşfiq. ◊ Eşq yetirmək – sevmək, vurulmaq, aşiq olmaq, bənd olmaq, məhəbbət yetirmək. Xırda qız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. (Nağıl). Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev. Eşq olsun! – mədh, tərif yerində işlənir (bəzən “afərin” mənasında da işlənir). Deyirəm, eşq olsun dünən və bu gün; Azadlıq yolunda can verənlərə! B.Vahabzadə. Eşqə düşmək (tutulmaq, giriftar olmaq və s.) – 1) aşiq olmaq, sevmək, bənd olmaq, vurulmaq. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. Görcəyin gözəl Leylini; Bəyəndim şirin dilini; Eşqə bələndim, meylini; Bil mana sarı görəndə. Aşıq Ələsgər; 2) hədsiz dərəcədə bir şeyin həvəsində, həsrətində olmaq, arzusunu çəkmək, istəmək. Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başladım yavaş-yavaş çalmağa… C.Məmmədquluzadə. Eşqə gəlmək – təbə gəlmək, cuşa gəlmək, ilhamlanmaq. Yenə də ortada imtahan gərək! Yoxsa ki, gündə bir eşqə gələrək; Sonra da ardınca baxıb ağlamaq; Əskiklik gətirir hər insana, bil! S.Vurğun. Sordum: – Nədən, gözəl çoban; Eşqə gəlib ney çalırsan? N.Rəfibəyli. Eşqə salmaq – sevməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək. Əğyarı eşqə salmağa ol şuxi-dilfirib; Qeyrilə görcəyin mənə çox eylər ehtiram. S.Ə.Şirvani. Eşqi cuşa (tüğyana) gəlmək – həvəsə gəlmək, cuşa gəlmək, çox həvəslənmək. Qoğuz padşahın eşqi cuşa gəldi, durub gəlməkdə olsun Nardan xanımın yanına. (Nağıl). Qurbani zindanda Pəri xanımı yadına saldı, eşqi tüğyana gəlib sazı sinəsinə basdı. “Qurbani”. Allah eşqinə – bax Allah.
Azərbaycan dilinin izahlı lüğəti / eşq1 EŞQ I is. [ ər. ] Məhəbbət, sevgi. Salam, inandığım o əziz günə; Eşqin, gözəlliyin böyüklüyünə (S.Vurğun). EŞQ II nida Əhsən, afərin. Deyirəm, eşq olsun dünən və bu gün; Azadlıq yolunda can verənlərə! (B.Vahabzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / eşq2 I сущ. 1. любовь: 1) чувство глубокой привязанности, преданности кому-, чему-л. Vətən eşqi любовь к Родине, həyat eşqi любовь к жизни, azadlıq eşqi любовь к свободе 2) сильное чувство, влечение к лицу другого пола, страсть. Eşq atəşı поэт. огонь любви, həqiqi eşq истинная любовь, saf eşq чистая любовь, kimin ilk eşqi первая любовь чья, nakam eşq неудачная любовь, eşqinə sadiq qalmaq остаться верным любви, kimə eşq elan etmək объявить о своей любви кому; eşqi ilə yaşamaq kimin жить любовью к кому 3) влечение, склонность, тяготение к чему-л. Sənət eşqi любовь к искусству 2. желание. Ucalmaq eşqi желание возвыситься, işləmək eşqi желание работать, eşqi ilə yaşamaq nəyin гореть желанием чего 3. в форме: eşqinə kimin, nəyin ради, во имя кого, чего. Vətən eşqinə во имя Родины, azadlıq eşqinə во имя свободы II прил. любовный. Eşq macəraları любовные похождения, eşq həvəsi любовное влечение ◊ Allah eşqinə ради Бога; eşqə düşmək влюбляться, влюбиться в кого- л.; eşqə gəlmək воодушевляться, воодушевиться; eşqə salmaq kimi влюблять, влюбить (возбуждать, возбудить в ком-л. чувство любви к себе); eşqi cuşa gəlmək испытывать сильное чувство любви, сгорать от любви; eşqi topuğuna vurmaq сходить, сойти с ума от любви; eşqinə düşmək nəyin гореть желанием сделать что; eşq olsun kimə, nəyə слава кому, чему
Azərbaycanca-rusca lüğət / eşq1 i. 1. love; vətən ~i love for one’s mother country; həyat ~i love of life; ~ə düşmək to be* in love (with d.), to fall* in love (with d.); 2. glory; Eşq olsun! Glory!; Qəhrəmanlara eşq olsun! Glory to the heroes!
Azərbaycanca-ingiliscə lüğət / eşq1 is. amour m, passion f ; honneur f ; vətən ~i amour m de la patrie ; həyat ~i amour m de la vie ; ~ə düşmək tomber vi (ê) amoureu//x,-se de, amouracher (s’), enticher (s’), toquer (se)fam ; ~ olsun! Gloire à! Qəhrəmanlara ~ olsun! Gloire aux héros! Hommage aux héros!
Azərbaycanca-fransızca lüğət / eşq1 [ər.] сущ. 1. ашкъ, ашкъи, кӀанивал, муьгьуьббат; кӀанивилин гьисс, кӀанивилин лап кьакьан дережа, кӀан хьун; vətən eşqi ватандин ашкъи; 2. чӀехи мурад, гьевес, майилвал; 3. ашкъидин; eşq məktubu ашкъидин чар; // тешпигьра: eşq odu ашкъидин цӀай; eşq yarası ашкъидин хер; eşq əsiri ашкъидин лукӀ; ** eşq yetirmək ашукь хьун, кӀан хьун, бенд хьун; eşq olsun! баркалла! аферин! манада тарифунин гаф; eşqə düşmək (tutulmaq, giriftar olmaq və s.) ашкъида гьатун а) ашукь хьун, кӀан хьун, бенд хьун; б) са куьнин гьевесда гьатун, кӀан хьун; eşqə gəlmək ашкъидиз атун, гьевесдиз атун, руьгь акатун; eşqə salmaq ашкъида ттун, вичел ашукь авун, вич кӀанарун; eşqi cuşə (tüğyanə) gəlmək ашкъи вини кӀарариз акъатун, гьевесдиз атун, жуьштдиз атун, гзаф гьевеслу хьун; allah eşqinə кил. Allah.
Azərbaycanca-ləzgicə lüğəti / eşqə. sevgi. Eşqi-sübhani ilahi eşq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti