əsl sözü azərbaycan dilində

əsl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əsl • 94.9020%
  • Əsl • 5.0636%
  • ƏSL • 0.0258%
  • ƏSl • 0.0086%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl arılar
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. == Dünyada yayılması == Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Əsl badyan
Əsl balinalar
Əsl balinalar (lat. Balaenidae) — cetacea dəstəsinə aid heyvan fəsiləsi.
Əsl bayquşlar
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Əsl gekkonlar
Əsl gekkonlar (lat. Gekkoninae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bura 75 cins və minlərlə növ daxildir. == Sistematika == Ən iri cinsləri: Cyrtodactylus (95 növ), Hemidactylus (90 növ), Cnemaspis (75 növ).
Əsl gözəllik
Əsl gözəllik (kor. 여신강림; Yeosin-gangnim, ing. True Beauty) — Mun Qa-yon, Ça Un-vu, Hvan İn-yop və Pak Yu-nanın rol aldığı Cənubi Koreya televiziya serialıdır. Line Webtoon tərəfindən eyniadlı "Yaongyi" əsasında bu, çirkin olaraq qəbul edildiyi üçün zorakılığa və ayrı-seçkiliyə məruz qaldıqdan sonra özünü gözəl bir "ilahə"yə çevirmək üçün makiyaj sənətinə yiyələnən orta məktəbli bir qızdan bəhs edir. == Süjet == Xarici görünüşü ilə bağlı aşağılıq kompleksi olan 18 yaşlı lisey şagirdi İm Cu-qyon (Mun Qa-yon) çirkin göründüyü üçün ailəsi tərəfindən daim ayrı-seçkiliyə məruz qalır və yaşıdları tərəfindən zorakılığa məruz qalır. O, internetdə makiyaj dərsi videolarına çox baxaraq makiyajdan necə istifadə edəcəyini öyrənməyə başlayır. O, yeni məktəbinə keçməzdən əvvəl sənətə yiyələndikdə, onun makiyajı dəyişdirici olduğunu sübut edir, çünki o, sürətlə şöhrət qazanır və həmyaşıdları onu "ilahə" adlandırır. Yeni tapılan populyarlığına baxmayaraq, Cu-qyon hələ də özünü çirkin hesab edir və həmyaşıdlarının onun əsl üzünü görəcəyindən qorxur. Təəssüf ki, bu, onun cəsarətli yaraşıqlı, populyar və sirli sinif yoldaşı Li Su-ho (Ça Un-vu) daha əvvəl bir neçə dəfə çılpaq üzü ilə qarşılaşdığı zaman onu makiyajından kənarda tanıyanda gerçəkləşir. Su-ho məktəbdə qız tələbələr arasında çox populyardır, lakin o, daimi diqqət mərkəzində olmaqdan nifrət edir və soyuq görünür.
Əsl gürzə
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Əsl gürzələr
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Əsl hil
Əsl ilanyeyən
Əsl ilanyeyən (lat. Circaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl innab
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. == Botaniki təsviri == 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir.
Əsl iquanlar
Əsl iquanlar (lat. Iguanidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur.
Əsl karabidlər
Əsl karabidlər (lat. Carabinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Xarici görünüşü == Əsasən iri böcəklərdir, rənglərində qara tonlar üstünlük təşkil edir. Ancaq parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyi rəngdə olanları da vardır. Ən zəngin cinslərdən olan Carabus böcəklərinin alt qanadları tam inkişaf etmədiyindən, onlar uçmur. Bədəninin uzunluğu 40–50 mm-ə çatır. Böcəklər meşələrdə, bağlarda yaşayır, gecə həyat tərzi keçirdiklərindən, gündüz seyrək nəzərə çarpır. == Həyat tərzi == Onların əksəriyyəti, quşların yemədiyi (ququ quşu və sarıköynəkdən başqa) meşə ziyanvericiləri olan tək ipəksarıyanın, rahibə-kəpənəyin, halqalı ipəksarıyanın və qızılqarın kəpənəyin tırtıllarını məhv etməklə böyük fayda verir .Başqa növlər, bostan bitkilərinə böyük ziyan vuran ilbizləri yeməkdə ixtisaslaşmışlar. Onlara ilk növbədə Qafqaz karabidi, başqa sözlə Qafqaz sıçradıcı-ilbizyeyəni Carabus caucasicus Adams aiddir. Bu növün böcəkləri və sürfələri yırtıcıdır.
Əsl krevetlər
Əsl krevetlər (lat. Caridea) — pleosimatlar yarımdəstəsinə aid heyvan infradəstəsi. == Biomorfologiyası == Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Krevetlərin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır.
Əsl kərtənkələlər
Əsl kərtənkələlər (lat. Lacertidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. == Fəsiləyə daxil olan cinslər == İlanbaş (Ophisops) == Həzm sistemi == Ağzında eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur. Həzm sistemi qurbağaya bənzərdir. Kloaka adlanan orqnı da vardır ki həzm sistemində iştirak edir. Sidik axarları və böyrəkdəki qida kloakada birləşir və xaricə açılır. == 120 kq qaldıra bilən kərtənkələ == Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr.
Əsl marallar
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl meşənovruzu
Əsl mənənələr
Əsl mənənələr (lat. Aphididae) — yarımsərtqanadlılar dəstəsinə aid fəsilə. Bütün mənənələr bitki şirələri ilə qidalanırlar.
Əsl pitonlar
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Əsl püstə
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. == Təsviri == Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki). Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir. Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir. == Yayılması == Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir. Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Əsl Qan (VI mövsüm)
HBO-nun çəkdiyi supernatural drama serialı olan "Əsl qan" serialının VI mövsümünün premyerası 16 iyun 2013-cü ildə baş tutmuşdur. Əsas rolun ifaçısı olan aktrisa Anna Pakuinin hamiləliyi və maddi qənaət üçün, ənənədən kənara çıxılaraq, VI mövsümdə 22 yox 10 seriyanın təqdim ediləcəyi elan edilib. == Aktyorlar və obrazlar == === Əsas heyət === Anna Pakuin — Soki Stakhaus Stepen Moyer — Bill Kompton Sem Tremmel — Sem Merlot Rayan Kvanten — Ceyson Stakhaus Rutina Uisli — Tara Tornton Aleksandr Skarsgard — Erik Nortman Kris Bauer — Endi Belflör Kristin Bauer van Straten — Pam De Byufort Loren Baules — Holli Cleri (2 seriyada) Anna Kamp — Sara Nyulin (3 seriyada) Nelsan Ellis — Lafayet Reynolds Lüsi Qriffits — Nora Ginsburq (4 seriyada) Rutcer Hauer — Neil Bricent (4 seriyada) Arliss Hovard — Truman Byurel Robert Kazinski — Ben Flinn / Maklin Varlou (4 seriyada) Todd Lou — Terri Belflör (4 seriyada) Co Manqanyello — Elsid Hervuks Maykl Makmillan — Stiv Nyulin (2 seriyada) Kelli Overton — Rikki Neylor (3 seriyada) Robert Patrik — Cekson Hervuks (4 seriyada) Kerri Preston — Arlin Fauler (4 seriyada) Cyurni Smollet — Nikol Rayt (4 seriyada) Debora En Vul — Cessika Hembi === Xüsusi qonaqlar === Canina Qavankar — Luna Qarza (1 seriyada) Deyl Diki — Marta Bozeman (4 seriyada) === Guest cast === Cimmi Qrey Hayder — Daniel (4 seriyada) Xloya Noel — Emma Qarza (4 seriyada) Tamlin Tomita — Ms. Suzuki (1 seriyada) Marki Riçardson — Kennet (3 seriyada) Ameli Rouz Blayr — Villa Byurel (4 episodes) Cessika Klark — Lilit (2 seriyada) Karolina Vidra — Violet (2 seriyada) Met Kuk — Cessi (3 seriyada) Şon Braun — Bryus (2 seriyada) Cessi Hocs — Mastard (2 seriyada) Tara Bak — Cincer (2 seriyada) Con Flek — Dr. Overlark (2 seriyada) Keone Yanq — Hido Takahaşi (3 seriyada) Con Reyziq — Deputat Kevin Ellis (2 seriyada) Gils Metyu — Klod Kreyn (1 seriyada) Cefferi Nİkolas Braun — Korbet Stakhaus (1 seriyada) Cenni Blonq — Mişel Stakhaus (1 seriyada) == Seriyalar == == İstehsal == 2012-ci ilin Fevral ayında serialın yaradıcısı olan Alan Bol vəzifəsindən istefa etdiyini, lakin serialın köməkçi prodüseri olaraq qalacağını bildirdi. Dördüncü mövsümdə ssenari müəlliflərindən biri olan Mark Hadis, altıncı mövsümdə köməkçi prodüser kimi çalışmağa başladı. Lakin 2013-cü ilin martında HBO-da öz serialının istehsalına başlaması səbəbiylə Mark Hadisin "Əsl Qan"dan uzaqlaşdığı elan edildi. Onun vəzifəsini isə, yeddinci mövsümdə də bu vəzifəni tutması gözlənən Brayan Bakner tutdu. 15 iyul 2013-cü ildə HBO serialın yeddinci mövsümünün çəkiləcəyini elan etdi.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. == Təsnifatı == Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı == İstinadlar == == Ədəbiyyat == Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Əsl dost (film, 1959)
== Məzmun == Filmdəki hadisələr Xəzər dənizinin sahilində balıqçılıq qəsəbəsində cərəyan edir. Kinolentin mərkəzində Fərmanla (Nodar Şaşıqoğlu) Əsədin (Müxlis Cənizadə) taleyi durur. Uşaqlıq dostları vaxtilə məktəbə bir yerdə getmiş, orduda bir yerdə xidmət etmiş, hətta doğma qəsəbəyə də birlikdə qayıtmışlar. Filmdə dostların başına gələn qəzadan danışılır. == Film haqqında == Film aktrisa Elmira Şabanovanın kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : İmran Qasımov Quruluşçu rejissor : Tofiq Tağızadə Quruluşçu operator : Rasim Ocaqov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Qara Qarayev Rejissor : Rüfət Şabanov Səs operatoru : İlya Ozerski Geyim rəssamı : Elbəy Rzaquliyev Qrim rəssamı : Y. Belyanskaya Montaj edən : Yevgeniya Abdirkina Filmin direktoru : V. Dudiyev Quraşdırılmış səhnələrin operatoru : Vladimir Zbudski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri Dirijor : Niyazi Rejissor köməkçisi : Eldar Quliyev (titrlərdə yoxdur) === Rollarda === Nodar Şaşıqoğlu – Fərman Müxlis Cənizadə – Əsəd Tamilla Ağamirova – Bilqeyis Semyon Sokolovski – Cəlil Mərziyyə Davudova – Sənəm R. Süleymanova – İsmət Kima Məmmədova – Ruqiyyə İsmayıl Osmanlı – Şirəli Anatoli Falkoviç – Kremen O. Şevtsova – Praskovya Fateh Fətullayev – müstəntiq Əzizə Məmmədova – Şirəlinin arvadı Bahadur Əliyev – Fərmanın köməkçisi Ceyhun Mirzəyev – Fərmanın uşaqlığı Sadıq Hüseynov – gəmiçi Elmira Şabanova – Leyla Ş. Hacıyeva Leyla Rzayeva F. Sultanov Z. Ağayev Əkbər Fərzəliyev F. Naibov Törəxanım Zeynalova – qarı === Filmi səsləndirənlər === Ətayə Əliyeva-Ruqiyyə (Kima Məmmədova) (titrlərdə yoxdur) Əli Zeynalov-Fərman (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev-Cəlil (Semyon Sokolovski) (titrlərdə yoxdur) == Mənbə == Tofiq Tağızadə (kinorejissor). “Əlbir işləyək” //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Əsl gözəllik (serial, 2020)
Əsl gözəllik (kor. 여신강림; Yeosin-gangnim, ing. True Beauty) — Mun Qa-yon, Ça Un-vu, Hvan İn-yop və Pak Yu-nanın rol aldığı Cənubi Koreya televiziya serialıdır. Line Webtoon tərəfindən eyniadlı "Yaongyi" əsasında bu, çirkin olaraq qəbul edildiyi üçün zorakılığa və ayrı-seçkiliyə məruz qaldıqdan sonra özünü gözəl bir "ilahə"yə çevirmək üçün makiyaj sənətinə yiyələnən orta məktəbli bir qızdan bəhs edir. == Süjet == Xarici görünüşü ilə bağlı aşağılıq kompleksi olan 18 yaşlı lisey şagirdi İm Cu-qyon (Mun Qa-yon) çirkin göründüyü üçün ailəsi tərəfindən daim ayrı-seçkiliyə məruz qalır və yaşıdları tərəfindən zorakılığa məruz qalır. O, internetdə makiyaj dərsi videolarına çox baxaraq makiyajdan necə istifadə edəcəyini öyrənməyə başlayır. O, yeni məktəbinə keçməzdən əvvəl sənətə yiyələndikdə, onun makiyajı dəyişdirici olduğunu sübut edir, çünki o, sürətlə şöhrət qazanır və həmyaşıdları onu "ilahə" adlandırır. Yeni tapılan populyarlığına baxmayaraq, Cu-qyon hələ də özünü çirkin hesab edir və həmyaşıdlarının onun əsl üzünü görəcəyindən qorxur. Təəssüf ki, bu, onun cəsarətli yaraşıqlı, populyar və sirli sinif yoldaşı Li Su-ho (Ça Un-vu) daha əvvəl bir neçə dəfə çılpaq üzü ilə qarşılaşdığı zaman onu makiyajından kənarda tanıyanda gerçəkləşir. Su-ho məktəbdə qız tələbələr arasında çox populyardır, lakin o, daimi diqqət mərkəzində olmaqdan nifrət edir və soyuq görünür.

əsl sözünün leksik mənası və izahı

əsl sözünün sinonimləri (yaxın mənalı sözlər)

əsl sözünün rus dilinə tərcüməsi

  • 1 1. истый, настоящий, подлинный, неподдельный; 2. суть, сущность; 3. подлинник, оригинал;

    Azərbaycanca-rusca lüğət / əsl
  • 2 I прил. настоящий: 1. натуральный, подлинный (сделанный, полученный из природного сырья, полученный естественным путем). Əsl dəri настоящая кожа, əsl bal настоящий мёд, əsl ipək настоящий шёлк, əsl yun настоящая шерсть 2. подлинный, неподдельный. Əsl brilyant настоящий бриллиант, əsl qızıl настоящее золото, əsl mirvari настоящий жемчуг 3. истинный (такой, каким является на самом деле). Əsl adı kimin настоящее имя чье, кого; əsl sifətini göstərmək показать настоящее (истинное) лицо, əsl vəziyyət настоящее состояние 4. истинный (такой, каким должен быть в идеале). Əsl rəssam настоящий художник, əsl müəllim настоящий учитель, əsl alim настоящий ученый, əsl elm настоящая наука, əsl məhəbbət настоящая любовь, əsl qəhrəman настоящий герой, əsl istedad настоящий талант, əsl qəhrəmanlıq настоящий героизм 5. истинный, сущий, истый, форменный (очень похожий, полностью подобный). Əsl cəhənnəm настоящий ад, o əsl mələkdir она настоящий ангел 6. действительный. Əsl tank görməyib (он) настоящего танка не видел II сущ. 1. подлинник, оригинал. Sənədin əsli подлинник документа, əslini oxumaq читать оригинал, rəsmin əsli подлинник картины, əsli ilə düzdür соответствует подлиннику (с подлинным верно) 2. род. Əsli qarabağlıdır он родом из Карабаха, əsli kəndlidir из крестьянского рода 3. суть, сущность. Məsələnin əsli сущность вопроса, işin əsli сущность дела, суть дела

    Azərbaycanca-rusca lüğət / əsl

əsl sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (mənşə, kök) origin; Onun əsli fransızdır He / She is a Frenchman / Frenchwoman by origin / by birth; Onun əsli bakılıdır He / She was born in Baku; 2. (orijinal) original; məktubun ~i the original of the letter; 3. (nəsil) family, kin; origin; Mən onun əslini tanıyıram I know his / her family; Bu onların əslində var This runs in their family; 4. (əsas) base; Bu xəbərin əsli yoxdur This news is baseless; 5. (məğz) essence, (main) point; işin ~i the point of the matter; ~ində as a matter of fact, in fact, in reality, in the original, in essence, virtually; ~inə baxsan as a matter of fact; Əsli ilə düzdür Certified true copy II. s. 1. (xalis) authentic, genuine; ~ sənəd authentic document; ~ sənət genuine art; 2. (orijinal) original; 3. (həqiqi) real; true; Onun əsl adı nədir? What is his / her real / true name?

    Azərbaycanca-ingiliscə lüğət / əsl

əsl sözünün fransız dilinə tərcüməsi

əsl sözünün türk dilinə tərcüməsi

"əsl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsl nədir? #əsl sözünün mənası #əsl nə deməkdir? #əsl sözünün izahı #əsl sözünün yazılışı #əsl necə yazılır? #əsl sözünün düzgün yazılışı #əsl leksik mənası #əsl sözünün sinonimi #əsl sözünün yaxın mənalı sözlər #əsl sözünün əks mənası #əsl sözünün etimologiyası #əsl sözünün orfoqrafiyası #əsl rusca #əsl inglisça #əsl fransızca #əsl sözünün istifadəsi #sözlük