ASE sözü azərbaycan dilində

ASE

Yazılış

  • ASE • 85.9649%
  • ase • 3.5088%
  • ASe • 3.5088%
  • Ase • 3.5088%
  • AsE • 3.5088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Asekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Aseksuallıq
Aseksuallıq – hərhansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan biridir. 2004-cü ildə aparılmış bir araşdırmaya görə dünya üzərində aseksualların sayı təxminən 1% olaraq hesablanmışdır. Aseksuallıq, fərdin şəxsi, mental və ya dini inancları kimi hansısa səbəblərdən cinsi proseslərdən qaçınmadan fərqlidir. Bəzən aseksual fərdlər də, partnyorlarını təmin etmək yaxud uşaq sahibi olmaq kimi müxtəlif səbəblərdən cinsi istək azlığına baxmayaraq cinsi proseslərdə iştirak edə bilərlər. Aseksuallığın cinsi yönəlim olaraq qəbulu və araşdırılması olduqca yeni bir prosesdir. Bəzi araşdırmaçıların aseksuallığı cinsi yönəlim olaraq qəbul etməsinə baxmayaraq, bəzi araşdırmaçılar bu fikirlə razılaşmamaqdadırlar. Özəlliklə sosial media və internetin ortaya çıxmasından sonra aseksual şəbəkələr yaranmağa başlamışdır. Bunlardan ən sürətli məşhurlaşan qurumlardan biri 2001-ci ildə "David Jay"in qurduğu Aseksual Görünürlüyü və Təhsili şəbəkəsidir (Asexual Visibility and Educational Network) - (AVEN). Aseksual fərdlər cinsi çəkim azlığına baxmayaraq, romantik əlaqələr qura bilərlər.
Asel Cakayeva
Asel Cakayeva (d. 14 mart 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Aselişad monastırı
Xorvirab Monastırı – Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində, qədim Artaşad şəhərinin xarabalıqları yerində, qaya üstündə yerləşən qədim monastır. Məbədin tarixiylə bağlı maraqlı bir əhvalat məlumdur. Belə ki, Maarifçi Qriqori Ermənistanda xristianlığı yaymaq istəyərkən Erməni çarı II Trdat (286 – 343) tərəfindən Ermənistandan uzağa sürgün olunmuş, və bu monastırın ərazisində on üç il quyuda saxlanmışdır. Sasani hökmdarı II Şapurun (309 – 379) hakimiyyəti dövründə Artaşad şəhəri tamamilə yerlə - yeksan edilmişdir. Müqəddəs Qriqorinin quyuya salındığı həmin yerdə VI yüzildə məbəd inşa edilmiş və bu yer ətraf camaatın ziyarətgahına çevrilmişdir. Sonrakı yüzillərdə, zamanla məbədə yeni tikililər əlavə edilmişdir. Məbədin yerləşdiyi Artaşad şəhəri e.ə. II yüzilin ortalarında Erməni hökmdarı Artaş tərəfindən salınmışdır. Aselişad Monastırı == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, стр.271-273, 555-556, 685; А.Берже.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Asen sülaləsi
Asen sülaləsi — İkinci Bolqar imperiyasını idarə etmiş ilk sülalə. == Kökləri == Asen sülaləsini quran 3 qardaş: IV Pyotr, I İvan Asen və Kaloyanın əslən hansı millətdən olması mübahisəlidir. 3 fərziyyə irəli sürülmüşdür: Bolqar kökü: Əsas fərziyyə və nəzəriyyədir. Səbəb bütün tarixi sənədlərdə "Bolqarıstan", "Bolqar", "Bolqarlar" kimi terminlərin keçməsidir. Valax kökü: Bəzi tarixçilərin müəyyən salnamələrə əsaslanıb irəli sürdüyü nəzəriyyədir. Türk-Kuman kökü: Sülalədəki bəzi hökmdarların adlarının kuman dilindən gəldiyini sürən tarixçilərin nəzəriyyəsi. == Hökmdarlar == == İstinadlar == == Mənbələr == Božilov, Ivan (1985). Familijata na Asenevci (1186–1460) (in Bulgarian). Sofia: Bulgarian Academy of Sciences. OCLC 14378091.
III İvan Asen
III İvan Asen — Çar, 1259-cu ildə doğulmuşdur. == Hakimiyyətə gəlişi == 1279-cu ildə Bizans orduları və yerli əyanlar tərəfindən üsyançı İvaylonun əleyhinə olaraq hökmdarlığa gətirilmişdi. İmperatorun qızı İrene Paleoloqina ilə evlənmiş, öz bacısı Kira Mariyanı da kuman əsilzadə Georgi Terter ilə evləndirmişdi. Lakin İvaylonun Bizanslıları məğlub etməsindən sonra qorxuya düşüb Bizansa qaçmış, oradan da Noğay xanın iqamətgahına gedərək İvaylonu öldürtdürmüşdü. Taxta qayıda bilməyən çar 1303-cü ildə Bizansda vəfat etdi. == Ailəsi == İrene Paleoloqina ilə evlənmiş, Bizansda yüksək önəmə sahib Asaneslər sülaləsinin əsasını qoymuşdur. Övladları: Mixail Asan Andronik Asan İsaak Asan Konstantin Asan Teodora Asanina Mariya Asanina == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
II İvan Asen
II İvan Asen — İkinci Bolqarıstan imperiyasının V imperatoru (1218–1241), I İvan Asenin oğlu. == İlkin hakimiyyəti == 1207-ci ildə Qaliç-Volin knyazlığına qaçmış, 1218-ci ildə onların köməyi ilə hakimiyyəti əlinə almışdı. İvanın ilk siyasəti müttəfiqlər qazanmaq olmuşdu. Belə ki, qızı Mariyanı Epir despotluğunun hökmdarı Teodorun qardaşı Manuel Dukasla evləndirmiş, özü də Macarıstan kralı II Andraşın qızı Anna Mariya Arpad ilə evlənmişdi. == Epirlə münasibətlər == 1228-ci ildə Latın imperatoru I Robertin ölümündən sonra taxta çıxmış əyanlar II Bolduinin qəyyumu olaraq II İvan Aseni düşünürdülər. Bu arada imperiyanın torpaqlarını işğala başlayan Teodor 1230-cu ildə Bolqarıstana müharibə elan etmişdi. Döyüşə pozulan müqavilənin mətni ilə gələn Çar İvan, Teodoru ağır məğlubiyyətə uğratmış, torpaqlarını ələ keçirmiş, beləliklə Adriatik dənizi sahillərinəcən sərhədləri genişləndirmişdi. Epirin qalan torpaqları isə Manuel Dukasa verilmişdi. == Serbiya və Nikeya ilə münasibətlər == 1231-ci ildə yerli əyanlar Latın imperiyasının qəyyum olaraq Qüds krallığının keçmiş hökmdarı İohann de Brieni seçmişdilər. Bu İvanı qəzəbləndirmiş, Nikeya imperiyası ilə ittifaq qurulmasına təkan vermişdi.
I İvan Asen
I İvan Asen - İkinci Bolqarıstan imperiyasının ikinci imperatoru. 1185-ci ildə Bizans imperiyasına qarşı qaldırılan qiyamın başçısı olmuşdur. Qardaşı IV Pyotr ilə birlikdə II İsaak Angelosu məğlub edərək müstəqil dövlət qurmuşdur. == Hakimiyyəti == I Fridrix Barbarossa ilə müttəfiqliklərini təhlükə kimi görən II İsaakın ordusunu ağır məğlubiyyətə uğratdığına görə 1189-cu ildə qardaşı IV Pyotr tərəfindən çar elan olunmuşdur. 1191-ci ildə Sofiya və Nişi ələ keçirən İvan, 1195-ci ildə Belqradı, 1196-cı ildə də Melniki ələ keçirmişdi. Serres döyüşündə böyük qalibiyyət qazandıqdan sonra geriyə qayıdan İvan Asen, öz generallarından biri olan İvanko tərəfindən öldürülmüşdür. == Ailəsi == İvan Asenin ilk həyat yoldaşı Mariya adlı bir qadın olmuş, daha sonra Yelena adlı bir qadınla evlənmişdir.
Jahrbuch Aserbaidschanforschung
"Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan Tədqiqatları") — Almaniyada nəşr edilən illik elmi məcmuə '"Jahrbuch Aserbaidschanforschung" 2007-ci ildən, ildə 1 dəfə çap olunan elmi-tədqiqat jurnalıdır. Jurnalın çap olunmasında əsas məqsəd Azərbaycanla bağlı tədqiqat aparan yerli və xarici alimləri bir araya gətirməkdir. == Tarixi == "Azərbaycan Tədqiqatları" adlı elmi məcmuənin yaranma ideyası 2005-ci ilin sentyabr ayında bu məcmuənin naşirləri ilə bir alman azərbaycanşünas alimin arasında getmiş söhbətdən irəli gəlmişdir. Bu alman tədqiqatçısı söhbət əsnasında Azərbaycan alimlərinin öz vətənləri haqqında yazdıqları elmi əsərlərin Almaniyada heç tanınmadığını dilə gətirmiş və bunu bir irad kimi bildirmişdi. Bununla da, Azərbaycan haqqında aparılan elmi məlumatlarda elə bir boşluq yaranmışdır ki, bu boşluq ölkəyə dərindən bələd olan şəxslər tərəfindən deyil, "yalançı alimlərin" tədqiqatları tərəfindən doldurulur. Bu iradı nəzərə alaraq, biz belə bir fikrə gəldik ki, elə bir illik məcmuə yaradaq ki, burada nəinki Azərbaycan alimlərinin, habelə alman tədqiqatçılarının Azərbaycanla bağlı elmi əsərlərini toplayaraq nəşr etdirək. Təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində də, məsələn, Almaniya, Fransa, Niderlandda yaşayırlar. Azərbaycan dilində yazılmış məqalələrin qısa məzmunu alman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür.
Kalium asetat
=== Kaliumasetat === Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir. Kaliumasetat — CH3COOK Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar: CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O === Fiziki-kimyəvi xassələri === Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır. === Tətbiqi === Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.
Kirk Asevedo
Kirk Asevedo (ing. Kirk Acevedo) — ABŞ-lı aktyor. Oz teleserialında Miguel Alvarez ilə Fringe teleserialındakı Charlie Francis xarakterləri ilə tanınır. İki ALMA Mükafatı qazanan aktyor, fərqli sahələrdə bu mükafata beş dəfə namizəd oldu. 2005-ci ildən bəri Kiersten Warren ilə evli olub bir qız övladı atasıdır. Gəzən ölülər teleserialında qonaq aktyor kimi iştirak edib.
Marko Asensio
Marko Asensio Villemsen (21 yanvar 1996[…]) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Malyorka === Asensio Balear adalarının Palma şəhərində anadan olmuşdur. Onun anası Niderland, atası isə İspaniya vətəndaşıdır. Asensio futbolçu karyerasına doğma şəhərini təmsil edən Malyorka klubunda başlamışdır. O, oyunu ilə Real Madrid və Barselona klublarının skautlarının diqqətini cəlb etmişdir. Asensio karyerasında debütünü hələ yeniyətmə olmasına baxmayaraq, B komandası ilə 2013–14 mövsümündə Terkera Diviziyasında etmişdir. Asensio əsas komanda ilə debütünü 27 oktyabr 2013-cü ildə Sequnda Diviziyasında Rekreativo de Huelva klubuna qarşı oyunda etmişdir. O, son altı dəqiqə meydanda mübarizə aparmış və komandası 3–1 hesabı ilə məğlub olmuşdur. Asensio Luqo klubu ilə oyunda da son altı dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Malyorka rəqibi ilə 0–0 hesabı ilə heç-heçə etmişdir.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. == Fiziki xassələri == Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır == Kimyəvi xassələri == Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir == Tətbiqi == Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mitso Asen
Mitso Asen (XIII əsr – 1277 və ya 1278, Troya, Bizans imperiyası) — Çar, II İvan Asenin kürəkəni. II Kalmanın devrilməsindən sonra taxta çıxmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin kürəkəni olduğu üçün bu soyadını götürmüşdür. Cəmi 1 il taxtda qalmış, lakin əyanların üsyanı nəticəsində Anadoluya qaçaraq VIII Mixail Paleoloq tərəfindən ona ev və mülk verilmişdir. Təqribən 1277-ci ildə vəfat edib. == Ailəsi == Mariya Asenina ilə evlənmiş, ondan bu övladları olmuşdur: III İvan Asen Kira Mariya — I Georgi ilə evlənmişdi. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Müqəddəs Məryəm Ana kilsəsi, Asen qalası
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
Müqəddəs Məryəm Ana kilsəsi (Asen qalası)
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
Nikel asetat
Nikel(II)asetat — Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prosesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Ozdemir Asef
Özdəmir Asəf (türk. Özdemir Asaf; 11 iyun 1923, Ankara, Ankara vilayəti – 28 yanvar 1981, İstanbul) — Türkiyə yazıçısı və şairi. == Həyatı == Özdəmir Asəf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatmış, əsl adı isə Xalid Özdəmir olmuşdur. O ilk və orta təhsilini Qalatasaray liseyində almışdır. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olmuşdur. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirmişdir. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoymuşdur. O, "Zaman" qəzetində tərcüməçi işləmişdir. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olmuşdur və beləliklə öz şeir kitablarını çap etdirmişdir. 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat etmişdir.
Proprioseiopsis asetus
Proprioseiopsis asetus (lat. Proprioseiopsis asetus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis asetus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tanrının Müqəddəs Anası kilsəsi, Asen qalası
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
İran Aseman Hava Yolları reys 3704
İran Aseman Hava Yolları reys 3704 - İranın Tehran şəhərindən Yasuc şəhərinə planlanmış daxili uçuş reysi. 18 fevral, 2018-ci ildə İran Aseman Hava Yollarına məxsus ATR 72-212 təyyarəsi Səmirom yaxınlığında Zaqros dağlarının Dena zirvəsində qəzaya uğrayıb. Təyyarədə olan 59 sərnişin və 6 ekipaj üzvünün hamısı hәlak olub. == Təyyarə == Qəzaya uğrayan, 391 seriya nömrəli və EP-ATS qeydiyyat nömrəli ATR 72-212 təyyarəsi 1993-cü ilin oktyabr ayında istehsal olunmuşdur. İlk uçuşunu 25 oktyabr tarixində edən təyyarə elə həmin ilin 12 dekabr tarixində İran Aseman Hava Yollarına təhvil verilmişdir. Yalnız İran Aseman Hava Yollarında fəaliyyətdə olan 24 yaşlı təyyarə bu qəzaya qədər heç bir ciddi qəza şəraiti ilə qarşılaşmamışdır. İran Aseman Hava Yollarının sahib olduğu 29 təyyarə arasında 6 ədəd ATR təyyarəsi vardı. ATR-lərin 3-ü hələ də fəaliyyətdədir. == Qəza == Tehran şəhərinə məxsus Mehrabad Beynəlxalq aeroportundan Yasuc şəhərində yerləşən Yasuc aerportuna ölkə daxili uçuş planlanmışdı. Təyyarə Tehrandan təxminən 04:30-da (UTC) havalandı və təxminən bir saat sonra Dena dağına çırpıldı.
Asen Zlatarov
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885 – 22 dekabr 1936, Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru. == Bioqrafiya == Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir.
Duyğu Asena
Duyğu Asena (19 aprel 1946, İstanbul – 30 iyul 2006, İstanbul) - Türkiyəli jurnalist, yazıçı. == Həyatı == Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır. O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub. 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.
Asey Kobayaşi
Asey Kobayaşi (小林 亜星, Kobayaşi Asey, 11 avqust 1932, Hataqaya[d] – 30 may 2021, Tokio) – Yaponiya bəstəkarı və aktyoru. Bəstələdiyi minlərlə televiziya reklamı musiqilərinə və anime mahnılarına tanınır. == Həyatı == Asey Kobayaşi 1932-ci ildə Tokio şəhərində doğulmuş və Keyo Universitetindən məzun olmuşdur. Şirkətlərin birində işlədikdən sonra bəstəkar Tadaşi Hattorinin tələbəsi olmuşdur. 1961-ci ildə "Renown" adlı geyim şirkəti üçün bəstələdiyi "Wansaka Musume" adlı cinqldan sonra tanınmışdır. Bundan sonra bir çox şirkət üçün televiziya reklamı musiqisi hazırlamağa davam etmişdir: "Hitachi" ("Konoki nannoki"), "Suntory" ("Yoru ga kuru"), "Meiji" ("Meiji Chelsea no uta") və "Bridgestone" ("Dokomademo iko"). 1975-ci ildə enka müğənnisi Harumi Miyakonun "Kita no yado kara" mahnısının musiqisini bəstələmişdir. "Himitsu no Akko-chan", "Sally the Witch", "Turn A Gundam", "Science Ninja Team Gatchaman", "Time Patrol Bon", "Wolf Boy Ken", "Japanese Folklore Tales", "Dororon Enma-kun", "Angie Girl", "Asari-chan Ai no Marchen Shōjo", "Hana no Ko Lunlun", "King of Beasts Golion", "Voltus 5" və "Kick no Oni" animeləri üçün mahnılar və musiqilər bəstələmişdir. 1974–1975-ci illərdə Yaponiyada yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialındakı ata obrazını canlandırmış və aktyor kimi də tanınmışdır. === Ölümü === 30 may 2021-ci ildə ürək çatışmazlığı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.

"ase" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ase nədir? #ase sözünün mənası #ase nə deməkdir? #ase sözünün izahı #ase sözünün yazılışı #ase necə yazılır? #ase sözünün düzgün yazılışı #ase leksik mənası #ase sözünün sinonimi #ase sözünün yaxın mənalı sözlər #ase sözünün əks mənası #ase sözünün etimologiyası #ase sözünün orfoqrafiyası #ase rusca #ase inglisça #ase fransızca #ase sözünün istifadəsi #sözlük