ası sözü azərbaycan dilində

ası

Yazılış

  • ası • 85.7143%
  • ASI • 10.7143%
  • Ası • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ası (Arxangel)
Ası (başq. Асы, rus. Асы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, kənd sovetliyindən (Blaqoveşenka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 25 km.Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (86%) üstünlük təşkil edir.
Ası şəlaləsi
Ası şəlaləsi (başq. Абҙан шарлауығы, Асы шарлауығы) — Başqırdıstan ərazisindən axan İnzer çayı üzərində yerləşən şəlalə. İnzibati cəhətdən Arxangel rayonu əraszisində yerləşir. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. Şəlalənin hündürlüyü 6 metrdire. Turistik və elmi əhəmiyyət daşıyır Üzən daş qayası karbonatlı suxurlardan təşkil olunmuşdir. Üzəri mamırla örtülüdür. Bəti çatlarında ağaclar bitmişdir. İnzer çayı onun cənub hissəsindən axır. Yaxınlıqda Abzan və Ası kəndləri yerləşir.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.
Altın Asır
"Altın Asır" futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Asır FK
"Altın Asır" futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Asılay (Uçalı)
Asılay (başq. Аһылай, rus. Аслаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 100 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Asılı gətirmələr
ASILI GƏTİRMƏLƏR – Müvəqqəti və daimi axınlar vasitəsi ilə torpağın (yer səthinin) yuyulması nəticəsində suda asılı halda olan hissəciklər. Bu hissəciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Asılıkul gölü
Aslıkul (Asılıkul, başq. Асылыкүл, Асыулыкүл) — Başqırdıstan Respublikasının ən böyük gölü. Davlekanovo şəhərindən 27 km şimal-qərbdə yerləşir. Göl Belebeev yaylası ilə Tabulak, Ulutau, Belekey-Kaqaç, Bolşoy Nor, Malıy Nor və Zaytulyaktau dağları arasında yerləşir. Karst məşəllidir. Qidalanması qarışıqdır. Burada yağış suları, yeraltı sular və qar suları bərabər paylanmışdır. Suyu şorluğa meyillidir, yüksək minerallaşmaya məruz qalmışdır. == Coğrafiyası == Gölün yatağı Ulutau, Tubuldak, Ulu-Karaqaç Belekey-Karaqaç zirvələri arasında yerləşir. Cənub sahili sıldırımlı olub 210–370 arası metr hündürlüyə malikdir.
Asılılıq
Asılılıq — mənfi nəticələrinə baxmayaraq, mükafatlandırıcı stimullara məcburi cəlb olunma ilə xarakterizə olunan beyin pozuntusu halıdır. Asılılıq insanın fiziki, ruhi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq fərdlər və bütövlükdə cəmiyyət üçün ’’həddindən artıq yüksək maliyyə və insan itkisi’’ yaradır. Amerika Birləşmiş Ştatlarında cəmiyyət üçün ümumi iqtisadi xərclər bütün diabet və xərçəng növlərindən daha çoxdur. == Asılılıq növləri == Asılılıq deyildiyi zaman insanların istifadə etdiyi maddələrin növündən bəhs olunur. Aşağıdakı növləri var: Texnologiya asılılığı Alkaqol asılılığı Qumar asılılığı Kokain asılılığı Tütün asılılığı Siqaret asılılığı Eroin asılılığı Ekstazi asılılığı Uçucu maddə asılılığı Amfetamin asılılığı Metamfetamin asılılığı Tərəfdaş aslılığı Alışveriş aslılığı Uşaq və gənclərdə maddə asılılığı Cinsi aslılıq Marixuana asılılığı Tiryək asılılığı Münasibət asılılığıDavranış aslılıqları aşağıda göstərilir.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Asırqal
Asırqal (lat. Veratrum) — zanbaqçiçəklilər sırasının melantkimilər fəsiləsinə aid bitki cinsi.
Asırqalotu
Asırqalotu (lat. Eupatorium) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kənafvari asırqalotu (Eupatorium cannabinum L.) Lindley asırqalotu (Eupatorium lindleyanum DC.) === Digər növləri === Eupatorium adspersum Klatt Eupatorium agrigaudium Cabrera Eupatorium album L. Eupatorium album var. vaseyi (Porter) Cronquist Eupatorium altissimum L. Eupatorium amabile Kitam. Eupatorium amambayense Cabrera Eupatorium angustilobum "C.Shih, S.Y.Jin & S.R.Chen" Eupatorium × arakianum Murata & H.Koyama Eupatorium areniscophilum Cabrera Eupatorium argentinum Ariza Eupatorium asper Baker Eupatorium asperrimum Sch.Bip. ex Baker Eupatorium ballotifolium Kunth Eupatorium benguetense C.B.Rob. Eupatorium boyacense B.L.Rob. Eupatorium buchii Urb. Eupatorium bullulatum Urb. & Ekman Eupatorium burchellii Baker Eupatorium camiguinense Merr.
Asırğalyarpaq mürgəkotu
Asırğalyarpaq mürgəkotu (lat. Epipactis veratrifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovları qısadır. Gövdənin hündürlüyü 40-100 sm-dir. Çiçək qrupu oxu ilə birlikdə üst tərəfdə az əyilmiş, alt tərəfdə 3-4 qınlıdır. Yarpaqları böyükdür. Alt yarpaqları enli-ellipsvaridir, ortadakılar ellipsvaridir.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Kənafvari asırqalotu
Kənafvari asırqalotu və ya Kənəfvari eupator (lat. Eupatorium cannabinum) - asırqalotu cinsinə aid bitki növü. == Yarımnövləri == Eupatorium cannabinum L. subsp. cannabinum Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.Çoxillik bitkidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir.
Lindley asırqalotu
Lindley asırqalotu (lat. Eupatorium lindleyanum) — asırqalotu cinsinə aid bitki növü.
Lobel asırqalı
Lobel asırqalı (lat. Veratrum lobelianum) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər.Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar.Onlara misal olaraq PL/M dilinin göstərmək olar.Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s. daxildir. Alqoritmik dillərin əsas üstünlüyü proqramçının yüksək əmək məhsuldarlığı, proqramların asanlıqla bir maşından digərinə keçirilməsi, proqramlardan asanlıqla istifadə etmək imkanının olmasıdır. Maşın dilində yazılmış xüsusi proqram-transiyator alqoritmik dildə təsvir edilən alqoritmin simvolik təsvirini emal edir və proqramı avtomatik olaraq maşın dilinə çevirilir.
Mustafa Asım Turqut
Mustafa Asım Turqut (1870-1937) — Osmanlı İmperiyasının son dövründə xidmət edən türk siyasətçisi. == Həyatı == Mustafa Asım bəy 1870-ci ildə anadan olmuşdur. 1908-ci ildə II Konstitusiya monarxiyasının elanından sonra Stokholma səfir vəzifəsinə təyin edildi. 1908-ci ildən 1909-cu ilin fevral ayına kimi bu vəzifəni icra etdikdən sonra 1909-cu ildə Sofiyaya səfir təyin edildi. 1909 və 1911-ci ilin iyun ayları arasında bu vəzifədə xidmət etdi, 1911-ci ildə isə Xarici İşlər Naziri oldu. 1911-ci ilin oktyabr ayından 1912-ci ilin iyul ayına qədər bu vəzifədə təxminən bir il işləmişdir. == Birinci Dünya müharibəsindən sonrakı dövr == 1914-cü ilin yanvarından 1916-cı ilin fevralına qədər Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının Tehrandakı səfiri idi. Daha sonra isə, Vyanada səfir olan Mustafa Asım vəzifəsindən ayrıldıqdan sonra bir müddət Vyanada yaşamağa davam etdi. Respublikanın elanından sonra 1932-ci ildə Türkiyəyə geri döndü. 1937-ci ildə vəfat edən Mustafa Asım Turqut məşhur qadın üzgüçü olan Leyla Asım Turqutun atası idi.
Məkkəyizadə Mustafa Asım Əfəndi
Məkkəyizadə Mustafa Asım Əfəndi (1762, Konstantinopol – 19 noyabr 1846, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1762-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuş Məkkəyi Mehmed Əfəndidir. Atasından və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1785-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1797-ci ildə Qalata qazılığına, 1809-cu ildə isə İstanbul qazılığına təyin edildi. Ardından 1812-ci ildə Rumeli qazəsgəri və 27 yanvar 1818-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu ilk şeyxülislamlığı əsnasında sultana yaxınlığı ilə seçilən Halət Əfəndidən çəkinməsi səbəbilə rahat fəaliyyət göstərə bilməmiş, nəticədə 3 sentyabr 1819-cu ildə vəzifədən alınmışdır. 25 sentyabr 1823-cü ildə ikinci dəfə şeyxülislam seçilsə də, yeniçəri ocağını ləğv etmək istəyən Sultan Mahmud bu vəzifədə daha sərt və güclü xarakterli bir şeyxülislam görmək istəyirdi. Nəticədə Mustafa Asım Əfəndi orduya yaxınlığı səbəb göstərilərək 26 noyabr 1825-ci ildə vəzifədən alındı. 13 il davam edən üçüncü şeyxülislamlığına 8 fevral 1833-cü ildə gətirildi.
Qıcıqlanma və enerjidən asılılıq
Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır. == Ümumi məlumat == Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2008 ••••••••••••• 0.24
2011 ••••• 0.09
2012 ••••••••• 0.17
2013 •••••••• 0.15
2016 •••••••••••••••••• 0.35
2017 ••••••••• 0.16
2019 •••••••••••••• 0.28
2020 •••••••••••••••••••• 0.40

"ası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ası nədir? #ası sözünün mənası #ası nə deməkdir? #ası sözünün izahı #ası sözünün yazılışı #ası necə yazılır? #ası sözünün düzgün yazılışı #ası leksik mənası #ası sözünün sinonimi #ası sözünün yaxın mənalı sözlər #ası sözünün əks mənası #ası sözünün etimologiyası #ası sözünün orfoqrafiyası #ası rusca #ası inglisça #ası fransızca #ası sözünün istifadəsi #sözlük