əsərlər sözü azərbaycan dilində

əsərlər

Yazılış

  • əsərlər • 95.8662%
  • Əsərlər • 4.1099%
  • ƏSƏRLƏR • 0.0239%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anonim əsərlər
Anonim əsərlər — Anonim əsərlər incəsənət və ya ədəbiyyat kimi anonim, açıqlanmayan və ya naməlum yaradıcısı və ya müəllifi olan əsərlərdir. Çox köhnə əsərlərə gəlincə, müəllifin adı sadəcə olaraq tarix və zaman içində itə bilər. Anonim əsərlərin yaranmasının bir sıra səbəbləri var. == Təsvir == ABŞ-də anonim əsər qanuni olaraq "nüsxələri və ya fonoqramları üzərində müəllif kimi heç bir fiziki şəxsin müəyyən edilmədiyi əsər" kimi müəyyən edilir. == İzahatlar == Çox köhnə əsərlərdə müəllifin adı sadəcə olaraq tarix və zamanla itə bilər. Belə hallarda müəllifə tez-tez Anonim, Latın dilində "anonim" kimi istinad edilir. Digər hallarda isə yaradıcının adı bilərəkdən gizli saxlanılır. Müəllifin səbəbləri təqib qorxusundan tutmuş reputasiyasının qorunmasına qədər müxtəlif ola bilər. Hüquqi səbəblər də müəllifin özünü tanımasına mane ola bilər. Müəllif həmçinin əsərləri ilə məşhurlaşmamaq üçün anonim qalmaq istəyə bilər.
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 == Jurnal barədə == Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Müəlliflər == Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər bunlardır: Qətran Təbrizi; Məhsəti Gəncəvi; Əfzələddin Xaqani; Nizami Gəncəvi; Qazi Bürhanəddin; İmadəddin Nəsimi; Aşıq Qurbani; Şah İsmayıl Xətai; Məhəmməd Füzuli; Aşıq Abbas Tufarqanlı; Molla Pənah Vaqif; Molla Vəli Vidadi; Qasım bəy Zakir; Mirzə Fətəli Axundzadə; Həsən bəy Zərdabi; Seyid Əzim Şirvani; Xurşidbanu Natəvan; Mirzə Ələkbər Sabir; Nəcəf bəy Vəzirov; Aşıq Ələsgər; Cəlil Məmmədquluzadə; Əbdürrəhim bəy Haqverdiyev; Cəfər Cabbarlı; Əhməd Cavad; Mikayıl Müşfiq; Əhməd bəy Ağayev; Əli bəy Hüseynzadə; Nəriman Nərimanov; Məmməd Səid Ordubadi; Hüseyn Cavid; Əzim Əzimzadə; Yusif Vəzir Çəmənzəminli; Üzeyir Hacıbəyov; Səməd Vurğun; Əliağa Vahid.
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində (film, 2015)
Bəhruz Kəngərlinin rəsm əsərləri
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
== Məzmun == Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdir. == Film haqqında == Tədris filmi Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942–1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Muğam-poema"sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Gənc alimlərin əsərləri (jurnal)
Mikelancelonun əsərlərinin siyahısı
Məqalədə İntibah dövrünün məşhur heykəltaraş, rəssam, memar və şairi olmuş Mikelancelo Buanarottinin əsərlərinin siyahısı göstərilmişdir. Siyahıya həmçinin sənətkarın itirilmiş və müəllifliyi mübahisəli olan əsərləri haqqında da məlumat əlavə edilmişdir. Mikelancelonun yaradıcılığından dövrümüzə 300-ə yaxın şeir, 600 rəsm əsəri, 1400-ə qədər ona yazılmış və ya onun yazdığı məktublar, həmçinin 300 səhifəyə qədər xüsusi qeydlər (ricordi) çatmışdır. Mikelancelonun sağlığında onun əsərləri nəşr edilməmişdir. Bu səbəbdən də siyahı rəssamlıq, heykəltaraşlıq və memarlıq əsərlərinin ayrıca göstərilməsi vasitəsiylə və əsərlərin sıralanmasında xronoloji ardıcıllığa istinad etməklə təqdim edilir. Mikelancelo yuxarıda qeyd edilən hər üç sənət sahəsində, hələ özünün sağlığında İntibah mədəniyyətinin ən gözəl nümunələri kimi dəyərləndirilən əsərlər yaratmışdır. Sənətkarın Santa-Kroçe kilsəsindəki məzarını həmin üç sənət sahəsinin muzalarının heykəlləri bəzəyir.. == Heykəllər == === Heykəl modelləri === Mikelancelonun məşhur heykəllərini yaratmamışdan əvvəl model kimi işlədiyi, təcrübi xarakterli bəzi işləri də dövrümüzə çatmışdır. Onlar sənətkarın yaradıcılığının Florensiya dövrünə (təxm. 1500—1505 illər və təxm.
Mirzə Qədim İrəvaninin əsərlərinin siyahısı
XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinə portretlər, rəsm-trafaretlər, divar rəsmləri, zinət əşyaları və şüşə üzərində rəsmlər daxildir. Yalnız üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiya - muzeyləri öz kolleksiyalarında İrəvaninin əsərlərini saxlayır. Aşağıdakı siyahının tərtib edilməsi zamanı istifadə edilmiş əsas mənbə Natalya Miklaşevskaya tərəfindən yazılmış və "Azərbaycan incəsənəti" (Bakı, 1954) toplusunda çap edilmiş "XIX əsr rəssamları: Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" (rus. «Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб») adlı məqalə olmuşdur. Məqalədə İrəvaninin 23 əsəri haqqında məlumat verilir ki, onlardan da iyirmisi Azərbaycan Milli İncəsənət Muzeyində, ikisi Ermitajda, biri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Həmçinin məqalədə XIX əsrin 50-ci illərində İrəvandakı Sərdar sarayı üçün çəkilmiş və hazırda Güsrcüstan Dövlət Muzeyində saxlanan bir neçə böyük portretdə İrəvaninin imzasının olması təsdiq edilir.. == Siyahı == == Mənbələr == === Qeydlər === === İstinadlar === == Ədəbiyyat == Эривани / Под ред. Б. В. Иогансона. — Искусство стран и народов мира (краткая художественная энциклопедия): Советская энциклопедия, 1962.
Tahir Salahovun rəsm əsərləri
Tahir Salahovun rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Uilyam Somerset Moemin əsərlərinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır. İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur.
Vilyam Somerset Moemin əsərlərinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır. İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur.
Zaha Hadidin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010–2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur. Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir. Siyahıda həyata keçirilmiş layihələr yaşıl fonda, inşa edilməmiş və ya hazırlanmamış layihələr isə ağ fonda verilmişdir. == Memarlıq layihələri == === İctimai binalar === === Mülki binalar === === İnteryer dizaynı === == Digər dizayn layihələri == === Sərgi pavilyonları === === İnstaltasiyalar === === Ev əşyaları dizaynı === === Dəb dizaynı === == Başqa işləri == == İstinadlar == == Ədəbiyyat == Philip Jodidio — Zaha Hadid: Complete Works, 1979–2009, TASCHEN America Llc, 2009, 500 səh. Zaha Hadid, Aaron Betsky — Zaha Hadid: The Complete Buildings and Projects, Rizzoli, 1998, 176 səh.
İ.İlf və Y.Petrovun əsərlərininin film adaptasiyalarının siyahısı
== " On iki stul " (1928) == 1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.
İlf və Petrovun əsərlərininin ekranlaşdırılma siyahısı
== " On iki stul " (1928) == 1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.
İohann Edelin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır. Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
İosif Ploşkonun əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İosif Ploşkonun əsərləri göstərilmişdir. Ploşko 1866-cı ildə Varşavada polyak ailəsində doğulmuşdur. O, əvvəlcə Peterburq İmperator İncəsənət Akademiyasına daxil olmuş, sonradan isə I Nikolay adına Mülki Mühəndislər İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu qurtardıqdan sonra o, Kiyev şəhərinə göndərilmiş, oradan isə iş imkanlarının daha çox olduğu, həmçinin kifayət qədər tanış həmvətən memarların da fəaliyyət göstərdiyi Bakıya gəlmişdir. Dini və ictimai binalar istisna olmaqla, Bakıda Ploşkonun layihələndirib inşa etdiyi on yeddi yaşayış binasının olması məlumdur. Memarın müəllifi olduğu binalardan ikisi dövrümüzə çatmamışdır. Onlardan biri memarın özünün də vəfat etdiyi 1931-ci ildə sökülmüş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, digər abidə isə Atlantlı ev kimi tanınan binadır. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
İvan Edelin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır. Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin siyahısı
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır. Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər. Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir. Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır. Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası — müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş; əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir. == Tarixi == Bern Konvensiyası müqaviləsinin ilk versiyası 9 sentyabr 1886-cı ildə Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Haiti, İtaliya, Liberiya, İspaniya, İsveçrə və Tunis tərəfindən Berndә (İsveçrә) imzalanmışdır. 5 sentyabr 1887-i ildə qüvvәyә minmişdir. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. balımsan Xədicə Amerika Birləşmiş Ştatları 16 noyabr 1988-ci ildə konvensiyaya qoşuldu və konvensiya 1 mart 1989-cu ildə ABŞ üçün qüvvəyə mindi. Əvvəllər Birləşmiş Ştatlar Konvensiyaya üzv olmaqdan imtina edirdi, çünki bu, müəllif hüququ qanununda, xüsusən mənəvi hüquqlar, müəllif hüququ əsərlərinin qeydiyyatı üçün ümumi tələbin aradan qaldırılması və məcburi müəllif hüququ bildirişinin ləğvi ilə bağlı məsələlərdə ciddi dəyişikliklər tələb edirdi. Bütün bunlar əvvəlcə ABŞ-nin 1910-cu ildə Buenos Ayres Konvensiyasını (BAC), daha sonra 1952-ci ildə digər ölkələrin istəklərini nəzərə alaraq Ümumdünya Müəlliflik Konvensiyasını (UCC) təsdiqləməsinə gətirib çıxardı. ÜƏMT-nin Paris 1971-ci il tarixli Berne revizyonu ilə bir çox başqa ölkələr, 1975-ci il Braziliya federal qanunu ilə ifadə edildiyi kimi müqaviləyə qoşuldu. Azərbaycan 1998-ci ildə Konvensiyaya qoşulmuşdur. Konvensiya iştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir.
Ən bahalı rəsm əsərlərinin siyahısı
Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir. == Tarix == Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır.
Bəhruz Kəngərlinin rəsm əsərlərinin siyahısı
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild

"əsərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsərlər nədir? #əsərlər sözünün mənası #əsərlər nə deməkdir? #əsərlər sözünün izahı #əsərlər sözünün yazılışı #əsərlər necə yazılır? #əsərlər sözünün düzgün yazılışı #əsərlər leksik mənası #əsərlər sözünün sinonimi #əsərlər sözünün yaxın mənalı sözlər #əsərlər sözünün əks mənası #əsərlər sözünün etimologiyası #əsərlər sözünün orfoqrafiyası #əsərlər rusca #əsərlər inglisça #əsərlər fransızca #əsərlər sözünün istifadəsi #sözlük