əsgərlər sözü azərbaycan dilində

əsgərlər

Yazılış

  • əsgərlər • 88.7524%
  • Əsgərlər • 11.1183%
  • ƏSGƏRLƏR • 0.1293%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsgərlər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Balıq-əsgərlər
Piyada əsgərlər
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. == Tarixi == Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. == İstinadlar == == Biblioqrafiya == Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Əsgərlər unudulanda ölürlər
Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film. Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır. Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır. Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir. Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur. Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.
Əsgərlər unudulanda ölürlər (film, 2018)

Bir-iki, əsgərlər getdi... (film, 1976)
Bir-iki, əsgərlər getdi... (rus. Аты-баты, шли солдаты…) — ukraynalı kinorejissor Leonid Bıkovun 1976-cı ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Podbednyanın kiçik stansiyası Sovet İttifaqının digər stansiyalarından fərqlənmir. İkinci Dünya müharibəsində burada ağır döyüşlər baş verdi. İndi Qələbə ilə buranı tanıyan qohumları buraya gəlir, ancaq onu görə bilmirlər.
77-ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.
77 –ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial

Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Od Əsgərləri (1978)
Film Yanğınsöndürmə İdarəsinin 25 illiyinə həsr edilmişdir. Kinolentdə Neft Daşlarında — dəniz neft buruqlarında, habelə bir çox mühüm sənaye obyektlərində yanğın təhlükələrinin qarşısını almış yanğınsöndürmə dəstəsinin şücaətindən danışılır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Daxili İşlər Nazirliyi Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Od əsgərləri (film, 1978)

Əlcəzairdə xilafət əsgərləri
İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; ərəb. الدولة الإسلامية – ولاية الجزائر‎, ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (ərəb. جند الخلافة في أرض الجزائر‎; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı. 2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
13 saat: Benqazinin məxfi əsgərləri
13 saat: Benqazinin məxfi əsgərləri (ing. 13 Hours: The Secret Soldiers of Benghazi) — Mitçell Zukoffun kitabı əsasında rejissor Maykl Bey tərəfindən çəkilmiş ABŞ dram filmidir. Filmin çəkilişləri 27 aprel 2015-ci ildə Maltada başlamışdır. Filmin premyerası isə 12 yanvar 2016-cı ildə baş tutmuşdur. 2014-cü ilin axırlarında çəkilmiş və gizli saxlanılmış Kloverfild, 10 filminin (ing. a blood relative of Cloverfield) treyleri də ilk dəfə olaraq bu filmin nümayişindən əvvəl göstərilmişdir. == Süjet xətti == 2012-ci il sentyabr ayının 11-də, 11 sentyabrdakı terror hücumlarının 11-ci ildönümündə bir qrup İslam terrorçusu Benqazi şəhərində yerləşən Amerika konsulluğuna hücum təşkil edir. Bir neçə saatdan sonra, həmin ilin sentyabr ayının 12-nə keçən gecə silahlılar Mərkəzi Kəşfiyyat İdarəsinin yerli şöbəsinə hücum edirlər. Bu hücumlar nəticəsində ABŞ-nin Liviyadakı səfiri Kristofer Stivens və iki GRS əməkdaşı da daxil olmaqla, ümumilikdə 4 amerikalı həlak olmuşdur. == Rəylər == Film kino tənqidçilərindən qarışıq rəylər almışdır.

"əsgərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsgərlər nədir? #əsgərlər sözünün mənası #əsgərlər nə deməkdir? #əsgərlər sözünün izahı #əsgərlər sözünün yazılışı #əsgərlər necə yazılır? #əsgərlər sözünün düzgün yazılışı #əsgərlər leksik mənası #əsgərlər sözünün sinonimi #əsgərlər sözünün yaxın mənalı sözlər #əsgərlər sözünün əks mənası #əsgərlər sözünün etimologiyası #əsgərlər sözünün orfoqrafiyası #əsgərlər rusca #əsgərlər inglisça #əsgərlər fransızca #əsgərlər sözünün istifadəsi #sözlük