edən sözü azərbaycan dilində

edən

Yazılış

  • edən • 99.8854%
  • Edən • 0.1106%
  • EDƏN • 0.0040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Rəqs edən ev
Rəqs edən ev — Praqa şəhərində ofis binası. Dekonstruktivizm üslubunda tikilmiş iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır. Rəqs edən ev rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur. Çox vaxt binanı "Cincer və Fred" adlandırırlar. Silidrdən biri, xarici görünüşcə qadını xatırladır. Onun orta hissəsi nazik olduğundan məhz rəqs edən Cincer Rocers xatırladır. Digər bina isə yuxarıya doğru genişləndiyindən kişi fiqurasını simvolizə edir və Fred Asterə bənzədilir.Ev Praqa 2 rayonunda yerləşir. Resslov küçəsində yerləşən bu tikilinin memarları: xorvat Vlado Miluniç və kanadalı Frenk Qeridir. İnşaat işləri 1992–1996-cı illər arasında davam etmişdir.
Rəqs edən meşə
Rəqs edən meşə (rus. Танцующий лес) — Rusiyanın Kalininqrad vilayətində, Kurş dilində yerləşən qeyri-adi şam meşəsi. Digər meşələrdən fərqli olaraq Rəqs edən meşədə ağaclar müxtəlif formalar (ürək, halqa və s.) əmələ gətirir. Ağacların bu formada olmasının səbəbi bilinmir. Bir versiyaya görə ağacların bu vəziyyətdə olmasının səbəbkarı Rhyacionia buoliana növündən olan güvədir. Yerli versiyaya görə Rəqs edən meşə qumların hərəkətini izləyir.Bənzər meşələr Qazaxıstan və Danimarkada da var. == Tarix == Ağaclar 1960-cı illərdə əkilib. İkinci dünya müharibəsindən öncə nasistlər bu ərazidən planerizm üçün istifadə edirdilər.
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
İstirahət edən satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. == Haqqında == Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.Səyahət edən tacirin bir neçə tətbiq sahəsi var, nümunə olaraq, planlaşdırma, logistika və microçip sahələrini göstərmək olar.
Neft İxrac Edən Ölkələr Birliyi
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Rəqs edən bağalar (film, 1935)
== Məzmun == Burada Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, heyvanların oyun çıxarmalarını görəndən sonra təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. == Film Haqqında == Film yazıçı Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu operator: Muxtar Dadaşov İkinci rejissor: Qəmər Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dünyanı xilas edən adam (film, 1982)
Dünyanı xilas edən adam (türk. Dünyayı kurtaran adam)1982-ci il, türk filmi.
Tam çevrilmə ilə inkişaf edən cücülər
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Ən çox alkoqol qəbul edən ölkələr
Ən çox alkoqol qəbul edən ölkələr - 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16,45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15,76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.
Rusiyada transgender keçidini qadağan edən qanun
Rusiyada transgender keçidini qadağan edən qanun (həmçinin cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun ) 14 iyul 2023-cü ildə Dövlət Duması tərəfindən qəbul edilmiş, daha sonra 19 iyul 2023-cü ildə Federasiya Şurası tərəfindən təsdiq edilmişdir. Prezident Vladimir Putin tərəfindən sənəd imzalandıqdan sonra 24 iyul 2023-cü ildə qüvvəyə minmişdir. Qanun insan haqları müdafiəçiləri, LGBT fəalları və tibb ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid edilib; Human Rights Watch bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qanun transgender insanlar tərəfindən tələb olunan və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara daxil edilən tibbi müdaxilələri qadağan edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı və ya tibbi zərurət olmadan cərrahi əməliyyatlar aparmaq hüququ verir. Human Rights Watch hüquq müdafiə təşkilatı qəbul edilən qanunu Rusiya hakimiyyəti tərəfindən LGBT hüquqlarına edilən hücumun davamı kimi səciyyələndirir. Belə ki, bundan öncə 2022-ci ilin dekabrında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanun qəbul etmişdi. Tənqidlərə cavab olaraq qanun layihəsi son variantda daha da sərtləşdirildi. pasportda cinsiyyət işarəsinin dəyişdirilməsini qadağan edir; anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı olanlar istisna olmaqla, insanda digər cinsə keçid ilə bağlı tibbi müdaxilələri qadağan edir ( cərrahi əməliyyatlar, hormonal terapiya və s.) transgender nikahları ləğv edir; transgenderlərin uşaqları övladlığa götürmək və ya qəyyumluq etmək hüququnu rədd edir.Qanun həmçinin interseks uşaqlarda onların razılığı olmadan əməliyyatlar etmək hüququ verir, baxmayaraq ki, bu, bir qayda olaraq, tibbi baxımdan zəruri deyil və bu cür müdaxilələr uşaqların fiziki və psixi sağlamlığı üçün risklər daşıyır. == Ukrayna ilə müharibə kontekstində == Qanun Rusiyanın Ukraynaya davam edən işğalı fonunda qəbul edilib.
Çayların sululuğu və ona təsir edən amillər
2015-ci il aprel ayında vəfat edənlər
=== 30 aprel === Qreqori Mertens — 24 yaşında həyatını itirib. === 25 aprel === Adelaida Məmmədova — 93 yaşında vəfat edib. === 17 aprel === Ramiz Mirişli — 81 yaşında vəfat edib. === 13 aprel === Günter Qrass — 87 yaşında vəfat edib. === 7 aprel === Əfrand Daşdəmirov — 73 yaşında vəfat edib. === 6 aprel === Nəriman Məmmədov — 87 yaşında vəfat edib. Hardis Baumanis — 47 yaşında vəfat edib. Ərəstun Məmmədov — 93 yaşında vəfat edib. === 3 aprel === Kayahan — 66 yaşında vəfat edib. Şmuel Vozner — 101 yaşında vəfat edib.
2015-ci il avqust ayında vəfat edənlər
=== 28 avqust === Mahal İsmayıloğlu — 58 yaşında vəfat edib. === 21 avqust === Vəfadar Rzayev — 82 yaşında vəfat edib. === 9 avqust === Rasim Əliyev — 31 yaşında vəfat edib. === 8 avqust === Mübariz Zeynalov — 70 yaşında vəfat edib. === 6 avqust === Seyidnisə Seyidrzayeva — 67 yaşında vəfat edib. === 4 avqust === Tanilə Əhmərova — 65 yaşında vəfat edib.
2015-ci il dekabr ayında vəfat edənlər
=== 26 dekabr === Ramiz Axundov —78 yaşında vəfat edib. === 21 dekabr === Ələsgər Məmmədoğlu — 69 yaşında vəfat edib. === 11 dekabr === Fərhad Cəfərov. === 8 dekabr === Sərraf Şiruyə — 73 yaşında vəfat edib.
2015-ci il fevral ayında vəfat edənlər
=== 28 fevral === Yaşar Kamal — 91 yaşında vəfat edib. === 27 fevral === Boris Nemtsov — 55 yaşında vəfat edib. Leonard Nimoy — 83 yaşında vəfat edib. === 25 fevral === Həsən Mirzəyev — 87 yaşında vəfat edib. === 22 fevral === Cahangir Kərimov — 91 yaşında vəfat edib. === 14 fevral === Mişel Ferrero — 89 yaşında vəfat edib. Davud Kazımov — 89 yaşında vəfat edib. === 6 fevral === Hüseyn Axundov — 93 yaşında vəfat edib. === 4 fevral === Akif Hacıyev — 77 yaşında vəfat edib. === 1 fevral === Aldo Ciccolini(en) — 89 yaşında vəfat edib.
2015-ci il iyul ayında vəfat edənlər
=== 17 iyul === Jül Byanki — 25 yaşında vəfat edib.
2015-ci il iyun ayında vəfat edənlər
=== 26 iyun === Yevgeni Primakov — 85 yaşında vəfat edib. === 22 iyun === Zivər Ağayeva — 81 yaşında vəfat edib. === 17 iyun === Süleyman Dəmirəl — 90 yaşında vəfat edib. === 15 iyun === Kirk Kirkoryan — 98 yaşında vəfat edib. Janna Friske — 40 yaşında vəfat edib. === 6 iyun === Həsənəli Qədimov — 73 yaşında vəfat edib. === 5 iyun === Tariq Əziz — 79 yaşında vəfat edib.
2015-ci il mart ayında vəfat edənlər
=== 31 mart === Fikrət İsmayılov — 80 yaşında vəfat edib. === 26 mart === Elməddin Əlibəyzadə — 89 yaşında vəfat edib. Tumas Tranströmer — 83 yaşında vəfat edib. === 23 mart === Li Kuan Yu — 91 yaşında vəfat edib. === 17 mart === Nauli Canaşia — 68 yaşında vəfat edib. === 6 mart === Ruslan Nəsirov — 41 yaşında vəfat edib. === 1 mart === Dadaş Adna — 37 yaşında vəfat edib.
2015-ci il may ayında vəfat edənlər
=== 30 may === Abdulla Mehrabov — 77 yaşında vəfat edib. Bo Bayden — 46 yaşında vəfat edib. === 23 may === Con Neş — 86 yaşında vəfat edib. === 20 may === Sadıq Bağırov — 74 yaşında vəfat edib. === 19 may === Əhməd Ələsgərov — 79 yaşında vəfat edib. === 9 may === Kənan Evrən — 97 yaşında vəfat edib. === 8 may === Zəki Alasya — 72 yaşında vəfat edib. === 4 may === Nicat Feyzullayev — 69 yaşında vəfat edib. === 1 may === Vəfa Quluzadə — 74 yaşında vəfat edib.
2015-ci il noyabr ayında vəfat edənlər
=== 27 noyabr === Tofiq Hacıyev — 79 yaşında vəfat edib. === 26 noyabr === İsmayıl Tağıyev — 38 yaşında vəfat edib. Vüqar Nəsibov — 40 yaşında vəfat edib. === 13 noyabr === Marton Fülop — 32 yaşında vəfat edib. === 3 noyabr === Əhməd Çələbi — 71 yaşında vəfat edib.
2015-ci il oktyabr ayında vəfat edənlər
=== 24 oktyabr === Gülnar Salmanova — 59 yaşında vəfat edib. === 10 oktyabr === Nuriyyə Əhmədova — 64 yaşında vəfat edib. === 5 oktyabr === Nadir Seyidov — 83 yaşında vəfat edib. Tomris İncer — 67 yaşında vəfat edib.
2015-ci il sentyabr ayında vəfat edənlər
=== 29 sentyabr === Ziya Yusifzadə — 86 yaşında vəfat edib. === 24 sentyabr === Davud Əhmədov — 74 yaşında vəfat edib. === 23 sentyabr === Məmməd Aslan — 75 yaşında vəfat edib. === 22 sentyabr === Qalib Ağayev — 74 yaşında vəfat edib. === 10 sentyabr === Vəliəhd Vəliyev — 63 yaşında vəfat edib. === 6 sentyabr === İlham Əsgərov — 57 yaşında vəfat edib. === 5 sentyabr === Ağamusa Axundov — 83 yaşında vəfat edib. === 3 sentyabr === Rasim Musayev — 55 yaşında vəfat edib.
2015-ci il yanvar ayında vəfat edənlər
=== 30 yanvar === Hakkı Kıvanç — 83 yaşında vəfat edib. Jelyu Jelev — 79 yaşında vəfat edib. === 28 yanvar === Vaqif Səmədoğlu — 75 yaşında vəfat edib. === 24 yanvar === Demis Russos — 68 yaşında vəfat edib. === 23 yanvar === Abdullah bin Əbdüləziz Əl Səud — 90 yaşında vəfat edib. === 20 yanvar === Hafiz Fətullayev — 70 yaşında vəfat edib. === 17 yanvar === Faten Hamama — 84 yaşında vəfat edib. === 11 yanvar === Gülşən Lətifxan — 53 yaşında vəfat edib. Anita Ekberq — 83 yaşında vəfat edib. === 7 yanvar === Zahid Qaralov — 80 yaşında vəfat edib.
2015-ci ildə vəfat edənlərin siyahısı
2015-ci ildə vəfat edənlərin siyahısı — 2015-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı.
2017-ci il dekabr ayında vəfat edənlər
2017-ci il dekabr ayında vəfat edənlərin siyahısı.
2017-ci il fevral ayında vəfat edənlər
2018-ci il fevral ayında vəfat edənlərin siyahısı.
2017-ci il yanvar ayında vəfat edənlər
=== 29 yanvar === U Ko Ni — vəfat edib. === 28 yanvar === Kazem Afradniya — 71 yaşında vəfat edib. === 27 yanvar === Rimma Abdullayeva — 85 yaşında vəfat edib. === 26 yanvar === Ramdas Aqarval — 79 yaşında vəfat edib. Baxti Belayib — 64 yaşında vəfat edib. Mike Connors — 91 yaşında vəfat edib. === 25 yanvar === Dəyanət Rzayev — 46 yaşında vəfat edib. === 24 yanvar === Karlos Verdexo — 82 yaşında vəfat edib. === 23 yanvar === Ted Haggis — 92 yaşında vəfat edib. === 22 yanvar === Faiq Qasımov — 68 yaşında vəfat edib.
2017-ci ildə vəfat edənlərin siyahısı
2017-ci ildə vəfat edənlərin siyahısı — 2017-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Dekabr == === 31 dekabr === Yuri Barboy — 79 yaşında vəfat edib. === 30 dekabr === Çingiz Sadıqov — 88 yaşında vəfat edib. === 4 dekabr === Camal Mustafayev — 89 yaşında vəfat edib. === 2 dekabr === Tatyana Çaladze — vəfat edib. == Noyabr == === 26 noyabr === Leyla Vəkilli — 85 yaşında vəfat edib. === 19 noyabr === Çarlz Menson — 83 yaşında vəfat edib. == Oktyabr == === 26 oktyabr === Rafiq Hüseynov (diktor) — 71 yaşında vəfat edib. === 20 oktyabr === Minarə Tahirova — 81 yaşında vəfat edib. == Sentyabr == === 27 sentyabr === Hyu Hefner — 91 yaşında vəfat edib.
2018-ci il aprel ayında vəfat edənlər
2018-ci il aprel ayında vəfat edənlərin siyahısı.
2018-ci il avqust ayında vəfat edənlər
2018-ci il avqust ayında vəfat edənlərin siyahısı.
2018-ci il dekabr ayında vəfat edənlər
2018-ci il dekabr ayında vəfat edənlərin siyahısı.
2018-ci il fevral ayında vəfat edənlər
2018-ci il fevral ayında vəfat edənlərin siyahısı.
2018-ci il iyul ayında vəfat edənlər
2018-ci il iyul ayında vəfat edənlərin siyahısı.
2018-ci il iyun ayında vəfat edənlər
2018-ci il iyun ayında vəfat edənlərin siyahısı.
2018-ci il mart ayında vəfat edənlər
2018-ci il mart ayında vəfat edənlərin siyahısı.
2018-ci il may ayında vəfat edənlər
2018-ci il may ayında vəfat edənlərin siyahısı.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublikası Prezidentinin" sözləri, aşağı hissəsində qövs boyunca "Təhlükəsizliyini təmin edən orqan" sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1, 571.89 dəfə / 1 mln.
2000 •••••••••••••••••••• 12, 269.94
2002 •• 1, 113.50
2003 ••• 1, 370.41
2004 ••• 1, 337.74
2005 ••• 1, 301.66
2006 ••• 1, 317.41
2007 ••• 1, 589.09
2008 ••• 1, 653.20
2009 ••• 1, 506.25
2010 ••• 1, 546.50
2011 ••• 1, 595.46
2012 ••• 1, 708.99
2013 ••• 1, 523.21
2014 ••• 1, 645.23
2015 ••• 1, 780.46
2016 ••• 1, 643.77
2017 ••• 1, 555.31
2018 ••• 1, 635.64
2019 ••• 1, 652.66
2020 ••• 1, 391.32

"edən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#edən nədir? #edən sözünün mənası #edən nə deməkdir? #edən sözünün izahı #edən sözünün yazılışı #edən necə yazılır? #edən sözünün düzgün yazılışı #edən leksik mənası #edən sözünün sinonimi #edən sözünün yaxın mənalı sözlər #edən sözünün əks mənası #edən sözünün etimologiyası #edən sözünün orfoqrafiyası #edən rusca #edən inglisça #edən fransızca #edən sözünün istifadəsi #sözlük