* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Əxlaq qaydalarına riayət, əxlaq və hərəkətdə, danışıqda nəzakət, incəlik; tərbiyə. Ədəb qaydaları. – Ədəbi kimdən öyrəndin? – Biədəbdən. (Ata. sözü). Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər tənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. Baxdıqca onun marağı artır; Elmə, ədəbə, kitaba hərdəm. A.Səhhət. [Müəllim:] Özümdən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. // Utancaqlıq, həya. Üzündən ədəb yağır. // Hörmət, ehtiram, sayğı. [Məhbub xanım] ədəb salamını yerinə yetirib dayandı. (Nağıl). Təzə gəlinlər, cavan qızlar [Sara xanımın] yanına girə bilməzdi: ədəb, həya, hörmət vardı. Qantəmir. Ədəblə şəklində zərf – hörmətlə, ehtiramla. Ədəblə danışmaq. Ədəblə cavab vermək. – Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Uşaq cürətlənib hərəkətə gəldi, irəli yeridi, əllərini yanına salıb ədəblə salam verdi. Mir Cəlal. Qoçaq əsla tələsmədən əti götürdü və biriki addım kənara çəkilib ədəblə gəmirməyə başladı. M.Rzaquluzadə. □ Ədəb gözləmək – əxlaq, tərbiyə, nəzakət, hörmət qaydalarına riayət etmək; öz hərəkət və sözlərində tərbiyəli, nəzakətli olmaq. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir. Talıb xan … ədəb gözləyən yasovulun açılışmağının səbəbini yaxşıca anlamağa başlayırdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ədəb2 ə. 1) ağıllılıq, ədəblilik; 2) tərbiyə, əxlaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ədəb3 \ – ədəb, əxlaq. Ədəb-ərkan qaydaları, şəxsin bütün hərəkət və sözlərində tərbiyəli davranışları. Təsəvvüfdə isə müridə şeyxinin məsləhət gördüyü və əməl etməsi vacib olan ədəb-ərkan qaydalarıdır.
Fəlsəfə terminlərinin izahlı lüğəti / ədəb1 ƏDƏB – QABALIQ Təzə gəlinlər, cavan qızlar yanına girə bilməzdi; ədəb, həya, hörmət vardı (Q.Qantəmir); Bax, mən gəncliyin bu qabalığı ilə razılaşa bilmərəm (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / ədəb1 сущ. 1. поведение (умение вести себя в соответствии с установленными правилами). Ədəb qaydaları нормы поведения 2. приличие, вежливость, благопристойность в поведении, словах, манерах и т.п. Ədəb gözləmək соблюдать приличие, ədəb xatirinə ради приличия
Azərbaycanca-rusca lüğət / ədəb1 i. good behaviour, good manners / conduct; tact; (ləyaqət) decency, propriety; ~ qaydalarını gözləmək to serve decencies, to observe the rules of propriety
Azərbaycanca-ingiliscə lüğət / ədəb1 is. conduite f, comportement m, manière f ; décence f, bienséance f, politesse f
Azərbaycanca-fransızca lüğət / ədəb1 [ər.] сущ. эдеб (1.тербия, хъсан ахлакь; 2. регъуьвал, абур, гьая; 3. гьуьрмет; ədəblə эдебдивди, гьуьрметдивди); ədəb gözləmək эдеб хуьн, ахлакьдин, тербиядин, эдебдин къайдайриз амал авун; вичи-вич тербиялудаказ тухун.
Azərbaycanca-ləzgicə lüğəti / ədəb