* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yazıçı, nasir. Azərbaycan ədibləri. – Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”, amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. C.Məmmədquluzadə. Ziyafətdə şair və ədiblərin, ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. M.S.Ordubadi. // Ədəbiyyatla məşğul olan adam, ədəbiyyatşünas, ədəbiyyat mütəxəssisi. // Mühərrir. Ədib Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”. C.Məmmədquluzadə. Gəncədə bir ədibibiəmsal; Bir qəzet açdı, adı “İstiqbal”. Ə.Nəzmi. 2. klas. Ədəbli, tərbiyəli. Məcnun dedi: Ey ədibi-kamil; Divaneyi-eşq olurmu aqil? Füzuli. Necə kim bir ədibi-mümtazın; Dərsihikmət ədası tərbiyədir. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / ədib3 ə. 1) ədəbli, tərbiyəli; 2) yazıçı; 3) zərif, incə (adam); 4) tərbiyəçi, mürəbbi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ədib2 I сущ. 1. писатель-прозаик. Qocaman ədib старейший писатель, görkəmli ədib выдающийся писатель 2. журналист II прил. устар. воспитанный, благовоспитанный, учтивый
Azərbaycanca-rusca lüğət / ədib1 [ər.] сущ. эдиб (1. кхьираг, зари, литератор; 2. клас. эдеблу, тербиялу).
Azərbaycanca-ləzgicə lüğəti / ədib