* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar. M.F.Axundzadə. Eybimizi çulğalamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba. M.Ə.Sabir. Həqiqət, ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. □ Eyib etmək – eyib sanmaq, eyib tutmaq, eyibləndirmək, utandırmaq, qüsur tutmaq. Gül yanağın həsrətindən ağlasam eyb etmə, kim; Bülbüli şövqündə giryan şol gülixəndan edər. Nəsimi. Gözüm yaşı gündən-günə fərq elər; Eyb etməyin, məni qana qərq elər. M.V.Vidadi. Eybini açmaq – ifşa etmək, eybini, nöqsanını açıb göstərmək. 2. Utanılmalı, xəcalət çəkilməli. Eyib söz. Eyib iş. ◊ Eybi yox(dur) – 1) razılıq bildirir. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti; Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə! M.Ə.Sabir. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. M.S.Ordubadi; 2) ziyanı yoxdur, fikir etmə (təsəlli bildirir). [Ceyran xala:] Eybi yoxdur, oğul! Ümidini itirmə. Mənim qızım dəyanətli qızdır. S.Rəhman. Eybinə gəlmək – özü üçün eyib saymaq, utanmaq, sıxılmaq, xəcalət çəkmək. [Ömər:] Doğrusu, mənim eybimə gəlir deyəm. N.Nərimanov. Eybinə gəlir ki, bu sözləri dilinə gətirirsən? Ə.Vəliyev. Eybinə kor olmaq – öz eybini, qüsurunu, nöqsanını bilib utanmaq, xəcalət çəkmək. Ey zahidi-xudbin, yürü, öz eybinə kor ol! S.Ə.Şirvani. Elə bu başla zavod saxlayırsan? Eybinə kor olmaq əvəzinə, hökuməti borclu çıxarırsan? Ə.Vəliyev. Eybini üzünə demək – çəkinmədən birinin nöqsanını, qüsurunu açıb özünə söyləmək. Eyib də olsa – söylənilməsi eyib sayılan bir sözü dedikdə, hörmət, nəzakət gözləmək məqsədi ilə işlənən ifadə. [Hacı:] Xeyirdir, inşallah! Mənim, eyib də olsa, evdə bir yetişmiş qızım var, iki aydır ki, xəstə yatır. R.Əfəndiyev. [Səriyyə xala qoca pinəçiyə:] …Bəlkə sən biləsən, eyib də olsa, kişinin adı Musadır, oğlanın da Firidun?… M.İbrahimov. Eyib etməz (eləməz) – bax eybi yox(dur). [Gülməmməd:] Eyib etməz, ağlama, canımız sağ olsun, biz ölməmişik. M.Əliyev. [Vaqif Ağaməmməd Qacara:] Eyib etməz, sizə də çatar bir əvəz; Qatır cinsisiniz, doğubtörəməz. S.Vurğun. Eyib içində olmaq – çox nöqsanlı, qüsurlu olmaq. Özü eyib içində olduğu halda, başqalarına irad tutur. Eyib olsun! – danlama ifadəsi. [Rüstəm bəy:] …Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. Eyib yerlər – bədənin məhrəm yerləri. Nə eybi (var) – eyib etməz, eybi yoxdur, zərəri yoxdur; nə zərəri. Gər yar üçün əğyari tutum dust, nə eybi; Gül xatirinə eyləmişəm xarə məhəbbət. S.Ə.Şirvani. Hər bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?! C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / eyib2 I сущ. 1. порок, недостаток. Eyib axtarmaq kimdə, nəyə искать недостаток в ком, в чём 2. позор, стыд, срам II прил. позорный, постыдный. Eyib iş (hərəkət) постыдный поступок; eyib etməz (eləməz) см. eybi yoxdur; eyib də olsa … хотя и стыдно, хотя и неприлично …: eyib yerlər срамные места; eyib olsun! kimə стыд и срам! стыдно!; пусть будет стыдно! кому; не стыдно (ли)! кому; eybi yoxdur: 1. ничего, не имеет значения; 2. пусть будет так, ладно; eybinə kor olmaq стыдиться, испытывать чувство стыда (за себя, за свои поступки); eybinə gəlmək считать постыдным для себя; eybini üzünə demək открыто указать н а чьи-л. недостатки; nə eybi (var) см. eybi yoxdur
Azərbaycanca-rusca lüğət / eyib1 i. 1. shame, disgrace; 2. defect, vice; short coming; eybini açmaq 1) to do* uncover / to reveal smb.’s defect; 2) to speak* about smb.’s disgrace; ~i açılmaq to become* disgraced, to cover oneself with shame; şəklin ~ləri shortcomings / vices of the picture; ~ axtarmaq to seek* / to try to find a defect; eybinə kor olmaq to be* ashamed for one’s behaviour; eybinə gəlmək to feel* shy, to be* ashamed; ~ içində olmaq to be* in disgrace, to fall* into disgrace; Eyib olsun! For shame! Eybi yoxdur, Nə eybi var! (It’s) all right. Okay (OK)!
Azərbaycanca-ingiliscə lüğət / eyib1 is. 1) vice m, défaut m, tare f ; 2) honte f, infamie f, déshonneur m, pudeur f ; ~ini açmaq démontrer son défaut ; şəklin ~ləri les vices d’une image ; ~ axtarmaq chercher les défauts chez qn ; eybinə kor olmaq avoir honte, mourir vi (ê) de honte, éprouver de la honte ; eybinə gəlmək considérer qch ignomineu//x, -se ; ~ içində olmaq être dans la honte ; ~ olsun! Quelle honte! Eybi yoxdur, Nə eybi var! Pas de mal, ça ne fait rien! Za n’apas d’importence!
Azərbaycanca-fransızca lüğət / eyib1 [ər.] айиб (1. регьуь жедай гьал (гьерекат); нукьсан, рехне, кимивал; // eyib etmək айиб авун, айиб гьисабун, айиб кьун, айибун, регъуь авун, нукьсан кьун; eybini açmaq айибар винел акъудун, айибар (нукьсанар) винел акъудна къалурун, беябур авун; 2. регъуь жедай, хажалат чӀугвадай; eyib söz айиб гаф; eyib iş айиб кар); ** eybi yox(dur) айиб авач; зарар авач, фикир чӀугвамир; eybinə gəlmək (вичиз, жуваз) айиб яз гьисабун, регъуь хьун, хажалат чӀугун; eybinə kor olmaq (вичин) айибар, нукьсанар чиз регъуь хьун, хажалат чӀугун; eybini üzünə demək айибар чинал лугьун, садак квай айибар, нукьсанар ачухдаказ вичиз лугьун; eyib də olsa айиб хьайитӀани; eyib etməz (eləməz) кил. eybi yox(dur); eyib olsun! айиб хьу(ра)й! (туьнбуьгь ийидай гаф); eyib yerlər айиб чкаяр, айибар (бедендин эркек-дишивилин лишанар къалурдай кӀевдай чкаяр); nə eybi (var) вуч айиб ава, айиб авач, зарар авач; вуч зарар ава (кьван).
Azərbaycanca-ləzgicə lüğəti / eyib