* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Heç bir eybi, nöqsanı, qüsuru olmayan. Eyibsiz dost axtaran dostsuz qalar. (Ata. sözü). Dağ başında iz olmaz; Dərə-təpə düz olmaz; Yarın boyu gödəkdir; Gözəl eyibsiz olmaz. (Bayatı). Bir surət zahirdə nə qədər düzgün, eyibsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlla etməsə, … o surət könülalıcı və fərəhgətirici ola bilməz. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / eyibsiz1 EYİBSİZ – ÇİRKİN Eyibsiz dost axtaran dostsuz qalar (Ata. sözü); Başqalarının könül qapısına açar salmaq, oğurluqdan da çirkin işdir (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / eyibsiz2 прил. разг. 1. без изъяна 2. непорочный, беспорочный, безупречный. Eyibsiz iş безупречная работа
Azərbaycanca-rusca lüğət / eyibsiz1 s. 1. faultless, irreproachable, blameless; məc. immaculate; pure; ~ iş faultless / irreproachable work; ~ davranış immaculate behaviour; 2. (i.s.) without defect / shortcoming; Eyibsiz gözəl olmaz at. söz. ◊ There is no beauty without defect
Azərbaycanca-ingiliscə lüğət / eyibsiz1 sif. 1) irréprochable, impeccable, parfait,-e ; məc. chaste, pur,-e, immaculé,e ; ~ iş travail m irréprochable (parfait) ; ~ davranış conduite f (comportement m) impécable ; 2) sans défaut, sans faute, correct, exact ◊ ata. söz. ~ gözəl olmaz des femmes et des cheveux, il n’en est point sans défaut
Azərbaycanca-fransızca lüğət / eyibsiz