əyin sözü azərbaycan dilində

əyin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əyin • 71.9101%
  • Əyin • 25.8427%
  • ƏYİN • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2005 ••••••••••••••• 0.67
2006 ••••• 0.23
2009 •••••••••••••••••••• 0.96
2010 •••••••••••••• 0.64
2011 •••••• 0.26
2012 •• 0.09
2014 •••••••• 0.34
2020 ••• 0.13

əyin sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bədənin başdan qeyri bütün hissəsi. Əyninə yeni kostyum geymişdir. Əynində heç bir şey yoxdur (çılpaqdır). – Əynində donu yox, başına papaq axtarır. (Ata. sözü). Həyətin sol tərəfindən Vəliqulu, əynində cındır gödək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. Əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli. 2. Paltar, üst-baş. Əyni köhnədir. – [İkinci kəndli:] Boğazımdan kəsmişəm, əynimdən kəsmişəm, vur-tut [Bakıdan] üç yüz manat pul gətirmişəm. C.Cabbarlı. …Çimnaz arvad əynini dəyişmək lazım olduğunu təkrar [Nazlının] yadına saldı. Ə.Əbülhəsən. ◊ Əyninə biçilmək – düz gəlmək, tamamilə münasib olmaq (paltar haqqında). [Qoltuqçu:] Elə bil ki, tamamən əyninə biçilibdir, – deyə tərifə başladı… S.Rəhimov. Əyninə çəkmək – geymək.

    Azərbaycan dilinin izahlı lüğəti / əyin

əyin sözünün etimologiyası

əyin sözünün sinonimləri (yaxın mənalı sözlər)

əyin sözünün rus dilinə tərcüməsi

  • 1 1. тело человека; 2. одежда;

    Azərbaycanca-rusca lüğət / əyin
  • 2 I сущ. 1. тело (человека). Əynində təzə kostyum var idi на нём был новый костюм, əynində heç nə yox idi он был без одежды, голый 2. одежда (без обуви и головного убора), платье II прил. нательный. Əyin paltarı нательное бельё ◊ əyninə biçilmək быть по мерке, в самую пору, в самый раз, впору (об одежде); əyninə çəkmək надевать, надеть; əynindən kəsmək не покупать необходимой одежды, одеваться просто и плохо ради удовлетворения других нужд, потребностей; əyni tökülüb обносился, износился(ась, -ось) (об одежде); əynini dəyişmək переодеваться, переодеться

    Azərbaycanca-rusca lüğət / əyin

əyin sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (bədən) human body; yalın ~ naked body; Onun əynində ağ köynəyi var idi He / She had a white shirt on him / her; 2. (geyim) clothing, clothes pl., garments pl.; Onun əyni nimdaş idi His / Her clothes were worn out

    Azərbaycanca-ingiliscə lüğət / əyin

əyin sözünün fransız dilinə tərcüməsi

əyin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. тан (кьилелай гъейри беден вири); əynində donu yox, başına papaq axtarır Ata. sözü тандал пек алачиз кьилиз дамахда; 2. тандал алукӀдай затӀар, гинибашар, ппекер; ** əyninə biçilmək тандал хкатӀун, тандив кьун, дуьз атун, дуьз хьун (ппек); əyninə çəkmək тандал акьалжун, тандал чӀугун, алукӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / əyin

"əyin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əyin nədir? #əyin sözünün mənası #əyin nə deməkdir? #əyin sözünün izahı #əyin sözünün yazılışı #əyin necə yazılır? #əyin sözünün düzgün yazılışı #əyin leksik mənası #əyin sözünün sinonimi #əyin sözünün yaxın mənalı sözlər #əyin sözünün əks mənası #əyin sözünün etimologiyası #əyin sözünün orfoqrafiyası #əyin rusca #əyin inglisça #əyin fransızca #əyin sözünün istifadəsi #sözlük