ədəbiyyatın sözü azərbaycan dilində

ədəbiyyatın

Yazılış

  • ədəbiyyatın • 95.8918%
  • Ədəbiyyatın • 4.1082%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri — Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri nəzərdə tutulur. Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar. == Nizami Gəncəvi dühası == Nizami Gəncəvidən sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmiş, onun yaradıcılığından bəhrələnmiş və dərs almışlar. Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?”. Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır.Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz “Xəmsə” poemalarında açıb göstərməyə nail olmuşdur. Digər tərəfdən dahi şairin rəvan dili və onun şairlik qabiliyyəti buna rəvac vermişdir. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır."Sirlər xəzinəsi" yaradan şair, bəşəriyyətin sevgi, eşq, mehr, məhəbbət tələbatın ödəmək üçün "Xosrov və Şirin" dastanı yazmaqla belə bir ülviyyətin gərəkli olduğunu vurğulayır.
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. == XIV əsr == == XV əsr == == XVI əsr == == XVII əsr == == XVIII əsr == == İstinadlar == == Ədəbiyyat == Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Türk ədəbiyyatında homoseksuallıq
Türk ədəbiyyatı içində homoseksualliq (türk. Türk edebiyatında LGBT temaları) mövzuları. == Tarixçə == Türk ədəbiyyatı içində homoseksualliqla bagli əsər yazanlar: Kamal Tahir, Atilla İlhan, Demir Özlü, Ferit Edgü, Selim İleri, Müdrik Karasu, Ədalət Ağaoğlu, Leyla Erbil, Kamuran Şipal, Fazil Hüsnü Dağlarca kimi yazarlar əsərlərində bu mövzudan yer verən yazilar yazmisdirlar. Kimi az, kimi çox, kimi müəyyən naməlum və kimi də açıq bir şəkildə, homoseksualliga toxunub. Türk ədəbiyyatında, "homoseksualizm" teması normal olaraq 1980-ci illərdən sonra Atilla İlhan'ın "Pis Halde Lemanı adli əsəri ilə baslayir. 2000-ci illərə gələnə qədər keçən müddət ərzində, ağırlıqlı olaraq qadınlar arası cinsi əlaqələr müzakirə edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.52 dəfə / 1 mln.
2003 •••••••••• 5.91
2004 ••••••••••• 6.74
2005 ••••••••• 5.40
2006 ••••••••••••• 8.11
2007 ••••••••••• 6.55
2008 ••••••••••••• 7.55
2009 ••••••••••••••••••• 11.68
2010 •••••••• 4.99
2011 •••••••• 4.89
2012 •••••••••••• 6.97
2013 •••••• 3.36
2014 ••••••••• 5.49
2015 ••••••••••• 6.63
2016 •••••••••••••••••••• 12.49
2017 •••••••••• 6.02
2018 ••••••••• 5.54
2019 ••••••••••••• 7.65
2020 •••••••• 4.64

"ədəbiyyatın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ədəbiyyatın nədir? #ədəbiyyatın sözünün mənası #ədəbiyyatın nə deməkdir? #ədəbiyyatın sözünün izahı #ədəbiyyatın sözünün yazılışı #ədəbiyyatın necə yazılır? #ədəbiyyatın sözünün düzgün yazılışı #ədəbiyyatın leksik mənası #ədəbiyyatın sözünün sinonimi #ədəbiyyatın sözünün yaxın mənalı sözlər #ədəbiyyatın sözünün əks mənası #ədəbiyyatın sözünün etimologiyası #ədəbiyyatın sözünün orfoqrafiyası #ədəbiyyatın rusca #ədəbiyyatın inglisça #ədəbiyyatın fransızca #ədəbiyyatın sözünün istifadəsi #sözlük