ədəbiyyatı sözü azərbaycan dilində

ədəbiyyatı

Yazılış

  • ədəbiyyatı • 89.5296%
  • Ədəbiyyatı • 10.4250%
  • ƏDƏBİYYATI • 0.0454%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosovo ədəbiyyatı
Kosovo ədəbiyyatı, Kosovodan olan yazarlar tərəfindən Alban, Serb, Bosniya və Türk dilində yazılmış əsərlərdən ibarətdir. == Tarixi == Osmanlı dövrü, 1912-ci ilə qədər Alban dilinin yazılı istifadə edilməsinə qadağa qoymasına baxmayaraq, bu dövr Kosovanın ədəbiyyat tarixində önə çıxır. Bu siyasət İkinci Dünya Müharibəsinin başlanğıcına qədər Serbiya hökumətində davam etdi. Müharibədən sonra, təhsil serb dilində aparılmışdır. Serbiya Kosovanı işğal etdikdən sonra, alban dilində təhsil və nəşriyyat qadağan olundu. Kim ki, alban dilində olan Rilija qəzetini alırdı, gizli polis tərəfindən qeydə alınırdı. 1940-cı illərin sonlarında yeraltı ədəbiyyat Alban dilində yaradılmış və nəşr olunmuşdur. 1949-cu ildə "Jeta e re" adlı ədəbi jurnalının yaranması ilə Yugoslaviyalı gənc Alban dilli yazıçılar öz əsərlərinin nəşri üçün yer aldılar. 1960-cı illərdə Kosovo Alban ədəbiyyatı aktiv olaraq nəşr olundu. 1950-ci illərin ikinci yarısında ciddi nəsr janrı yarandı.
Kurtuaz ədəbiyyatı
Kurtuaz ədəbiyyatı (alm. höfische Dichtung‎; fr. poésie courtoise — fransız dilindəki fr. сourtois — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı. Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir. == İstinadlar == == Ədəbiyyat == Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962.
Köç ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Kürd ədəbiyyatı
Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani. == Tarixi == Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər.
Legion ədəbiyyatı
== Azərbaycanın Legion ədəbiyyatı haqqında == Cümhuriyyətsonrakı Azərbaycan ədəbiyyatını tədqiq edərkən mühacirət ədəbiyyatı ilə yanaşı legion ədəbiyyatı da Azərbaycan ədəbiyyatında bu və ya digər şəkildə öz əksini tapır. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə barədə düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına baxmayaraq legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; iyirmi il keçməsinə baxmayaraq xalqın azadlıq, müstəqillik duyğularını ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, represiyyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyası mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab etmək olar. Çünki legion ədəbiyyatı ideoloji, siyasi qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı. == Legion ədəbiyyatının yaranmasında siyası məqamlar == Mühacirət ədəbiyyatı kimi, legion ədəbiyyatının da yaranması siyası proseslərlə bağlı idi. İkinci dünya müharibəsi illərində almanlara xeyli azərbaycanlı əsir düşmüş və yaxud şüurlu şəkildə almanlar tərəfə keçmişdilər. Azərbaycan legionerlərinin başçılarından olan F. Düdənginskinin verdiyi məlumatda deyilirdi. " Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı".
Ləzgi ədəbiyyatı
Ləzgi ədəbiyyatı — ləzgi dilində ədəbiyyat, eləcə də ləzgi müəllifləri tərəfindən yazılmış başqa dillərdəki ədəbiyyat. Digər Dağıstan xalqlarının ədəbiyyatı ilə çoxlu ümumi xüsusiyyətlərə malikdir. == Yazı == Eramızın V əsrindən alban yazısı Ağvan yazısından istifadə edilmişdir. Bu əlifba ilə ədəbi əsərlər ya ümumiyyətlə yazılmayıb, ya qorunub saxlanmayıb, ya da hələ də tapılmayıb. VIII — XIX əsrlərdə ərəblərin işğalı və Rusiya imperiyasına daxil olması ilə əlaqədar ləzgilər ərəb əlifbasından istifadə etmişdilər. Bu yazı növündə həm ləzgi, həm də ərəb və türk dillərində ləzgi müəlliflərinin zəngin ədəbi bazası qorunub saxlanılmışdır. Ləzgi dilinin ərəb və türk dillərindən leksik alınmaları ilk növbədə bu halla müəyyən edilir. 1928–1937-ci illərdə ləzgilər latın qrafikası əsasında yazırdılar. 1937-ci ildən bu günə kimi ləzgi dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmış kiril əlifbasından istifadə olunur. == Orta əsr ədəbiyyatı == Erkən orta əsrlər dövründə ləzgilərin yazılı mədəniyyəti ərəb dilində epiqrafik abidələrə və tarixi hadisələrə dair mühüm məlumatlara çevrilir.
Moldova ədəbiyyatı
Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir. == Tarixi == === Orta əsrlər === Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.). === Yeni dövr === XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər.
Monqolustan ədəbiyyatı
Monqolustan ədəbiyyatı — Monqolustan ərazisində formalaşmış ədəbiyyat. Köçəri şifahi ənənələrindən çox təsirlənmişdir. Monqol ədəbiyyatının "üç zirvəsi" olan "Monqolların dəruni dastanı", "Geser" və "Canqar" dastanları Avrasiya çöllüyündə qəhrəmanlıq dastanlarının çoxəsrlik ənənəsini əks etdirir. Monqol ədəbiyyatı cəmiyyətin, siyasi, iqtisadi və sosial inkişaf səviyyəsinin, eləcə də aparıcı intellektual meyllərin əksidir. == Tarixi == Monqolustan ədəbiyyatı nəğmələr, qəhrəmanlıq dastanları, əfsanə, tapmaca, atalar sözü və s. kimi şifahi ədəbiyyat nümunələri ilə zəngindir. "Monqolların dəruni dastanı" (1240), Lubsan Dandzanın "Altun dastan" (XVII əsrin əvvəli), Saqan Setsenin "Qiymətli düymə" (1662), anonim "Sarı hekayət" dastanları və s. qədim ədəbi abidələrdəndir. "Geser", "Canqar" dastanları yazıya alınmışdır. Orta əsrlər poeziyasının nümunələri XVII–XVIII əsrlərə aid salnamələrdə mühafizə olunmuşdur.
Mordoviya ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. == Tarixi == Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Mordva ədəbiyyatı

Mozambik ədəbiyyatı
Mozambik ədəbiyyatı (ing. Mozambican literature) — Mozambik xalqlarının folkloru zəngindir. XIX əsrin sonu XX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə jurnalistika inkişaf etdi. Juan və Joze Albazini qardaşları, E.Diaş Mozabik ədəbiyyatının baniləridir. Bədii ədəbiyyat XX əsrin əvvəlində yaranmışdır. İlk vaxtlaq Portuqal ədəbi nümunələri təqlid olunurdu. İkinci dünya müharibəsindən sonra ədəbiyyatda realist meyllər gücləndi (J.Kraverinya, Noemiya di Soza). M. duş Santuşun şeirlərində, J.Diaş, L.Bernardu Onvananın hekayələrində inqilab və milli azadlıq uğrunda mübarizə ideyaları tərənnüm edilir. Müasir Mozambik ədəbiyyatında poeziya əsas yer tutur (Mogimo, R.Noqar, S.Vieyra, M.Kraverinya və başqaları). 1982-ci ildə Mozambik Yazıçılar İttifaqı yaradılmışdır.
Məhcər ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Osmanlı ədəbiyyatı
Osmanlı ədəbiyyatı — qədim türk dövləti olan Osmanlı İmperiyasına aid ədəbiyyat.
Qazax ədəbiyyatı
Qazax ədəbiyyatı— Qazaxıstanlı şair və yazıçıların Qazaxıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. == Qədim qazax ədəbiyyatı == Digər xalqlarda olduğu kimi qazaxlarda da uzun əsrlər boyu poetik yaradıcılığın folklor əsasında inkişaf etmişdir. Bu növ yaradıcılıq üçün, məlum olduğu kimi, kollektivlik, xəlqilik, variativlik, sinkretiklik xarakterikdir. M.Qorki yazırdı: "Qədim zamanlarda zəhmətkeşlərin bədii xalq yaradıcılığı onların təcrübəsinin, kollektivin əmək enerjisinin qidalandırıcısı, ideyalarının obrazlarda təcəssümünün yeganə təşkilatçısı kimi xidmət edirdi". Söz sənəti köçəri-maldar qazaxlarda daha böyük hörmətə, nüfu-za malik idi. Şifahi sənət xalqın böyük istedadının ifadəçisi olmaqla, həm də onun həyata və məişətə münasibətini əks etdirirdi. Qazax folkloru bədii söz yaradıcılığının müxtəlif kütləvi növ və formalarının məcmuyu olub və qazax ədəbiyyatının inkişafını təmin etməklə, qazax xalqının mili mədəniyyətinin mühüm tərkib hissəsidir. Qazaxıstanda xalq yaradıcılığı nümunələrinin toplanılması və öyrənilməsi XIX əsrin ortalarından-maarifiçiliyin inkişafı ilə bağlıdır. Maarifçi-demokratlar Ç.Valixanov və L.Altınsarin qazax folklorunun bəzi nümunələrinin öyrənilməsi ilə məşğul olub, onun demokratik və sinkretik xarakterini müəyyənləşdirməklə, onu milli tarixlə əlaqəli şəkildə təhlil etməyə çalışırdılar. Qazax folkloru doğma ziyalılarla yanaşı, həm də rus şair və yazıçılarının diqqətini cəlb etmişdi.
Qazaxıstan ədəbiyyatı

Qorxu ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o qədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir o qədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Qırğız ədəbiyyatı
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir. == Qədim Qırğız ədəbiyyatı == == XIX əsr Qırğız ədəbiyyatı == Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur. Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara "konsert" verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb. Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov "Gəlgəl" romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.
Qırğızıstan ədəbiyyatı

Rus ədəbiyyatı
Rus ədəbiyyatı (rus. Русская литература) – Rus şair və yazıçıların Rusiya, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Saxa ədəbiyyatı
Saxa ədəbiyyatı — Saxa türklərinin ana dilində yaratdığı ədəbiyyat. == Saxa ədəbiyyatı tarixi == === Orta əsrlər dövrü === 1632-ci ildə Saha türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də Olonho dastanı və ona bağlı xalq ədəbiyyatı örnəkləridir. Bu örnəklər unikal bir ənənəyə malikdir və bir çox fərqli hekayədən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə çağırılır və onların olonhohut adlı xüsusi rəvayətçiləri var. Olonhohutlar tarixi ənənəyə riayət edərək qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcaz və metafor ilə bəzəyir, Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonhohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və Olonhonun həlqəsində yığılır. İndiyə qədər tərtib edilə bilən ən əhəmiyyətli olonholar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl) qavrayış (alqış, ilahi), iria (nəğmə, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur.
Türk ədəbiyyatı
Türk ədəbiyyatı — Qədim dövrdən günümüzədək türk xalqının ədəbiyyatı. == İslamdan əvvəlki türk ədəbiyyatı == Türklərin ana vətəni Orta Asiyadakı mədəni yaradıcılığının hamısı bu günə qədər gəlib çıxmayıb. Türk dilində ilk yazılı əsərləri 6-cı əsrdən qaldığını nəzərə alsaq bu dövrün ədəbiyyatı ilə bağlı əsas sənədlərin əldə olmadığını deyə bilərik. === Şifahi ədəbiyyat === Mahmud Kaşğari nin 11-ci əsrdə yazdığı "Divanü Lüğat-it-Türk" (Türk dilləri Sözlüyü) adlı kitabında dövrün şifahi əsərləri yazılı şəkildə özünə yer tapıb. Şifahi ədəbiyyat ənənəsində şeir ilk yerdə durur. Kam, baksı, ozan, şaman adlandırılan ilk şairlər qopuz deyilən simli bir alətin müşayiəti ilə şeirlərini səsləndirirdi. Aprınçur Tigin, Çuçu, Kül Tarkan, Çisuya Tutunq, Asıq Tutunq Sunqku Seli və Kalim Keyşi əsərlərindən nümunələr olan ilk şairlər arasındadır. === Yazılı ədəbiyyat === İlk türkcə yazılı əsərlər 6-cı əsrdən qalan Yenisey yazıları və 8-ci əsrdən qalan Orxun yazılarıdır. Xüsusi ilə Şer dilində yazılmış olan Orxun yazıları türk dünyasının ümumi yaşamı, mədəniyyət və sənət sahəsində müxtəlif istiqamətlərdən əngin bilgilərlə boldur. == İslamın təsirindən meydana gələn Türk ədəbiyyatı == Qaraxanlı hökmdarı Satuk Uğra xanın 10-cu əsrdə İslam dinini qəbul etməsindən sonra Türk dünyası yeni bir mədəniyyət mühitinə daxil olmağa başladı.
Türkiyə ədəbiyyatı

Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. == Azərbaycan uşaq ədəbiyyatı == Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Xınalıq ədəbiyyatı
Yapon ədəbiyyatı
Yapon ədəbiyyatı(yap. 日本文学) – iki min illik tarixə malikdir. Yapon ədəbiyyatı ilk dövrlər əsasən Çin və çin ədəbiyyatı ilə olan sıx əlaqələr nəticəsində Çin mədəniyyətindən bəhrələnmişdir. Bu dövrün əsərlərinin başlıca səciyyəvi xüsusiyyəti əsərlərin klassik Çin əlifbası ilə yazılmasıdır. Sonrakı dövrlərdə isə, buddizmin Yaponiyaya yayılması ilə əsərlərdə Hindistan mədəniyyətinin aspektlərinə rast gəlmək mümkündür. Nəhayət, yapon ədəbiyyatı yapon yazıçılarının Yaponiya haqqında əsərlər yazması ilə özünəməxsus tərz yarada bilmişdir. Bununla yanaşı Çin ədəbiyyatı və klassik çin dilinin güclü təsiri yapon ədəbiyyatındakı öz təsirini müasir dövrə kimi qorumuşdur.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi. Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı (kitab)
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu (kor. 한국 문학 번역원, LTI Korea, əvvəllər Koreya Ədəbiyyatı Tərcümə fondu kimi tanınan) 1996-cı ildə Cənubi Koreya hökuməti tərəfindən Koreya ədəbiyyatı və mədəniyyətini xaricdə tanıtmaq və bununlada dünya mədəniyyətinə töhfə vermək məqsədi ilə təsis olunmuşdur. LTI Korea Koreya ədəbiyyatının yüksək keyfiyyətli tərcüməsini təmin etmək üçün tərcümələr və nəşrlərə sponsorluq edir, Koreya ədəbiyyatının ixrac bazasının gücləndirilməsi və Koreyalı və xarici naşirlər üçün bir şəbəkənin yaradılması üçün xaricə müxtəlif mübadilə proqramlarını təşkil edir. Həmçinin peşəkar tərcüməçilərə Koreya ədəbiyyatının tərcümə imkanlarını genişləndirməyə kömək edir. == Tarixi == 1996-cı il. Koreya Ədəbiyyatı Tərcüməsi Fondu təsis olundu. 2001-ci il. Fondun adı "Koreya Ədəbiyyatı Tərcüməsi İnstitutu" na dəyişdirildi, təşkilat böyüdü. Dr. Park Huan-Dok qurucu prezident təyin olundu.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (kitab)
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kitabı
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri — Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri nəzərdə tutulur. Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar. Nizami Gəncəvi şöhrəti və farsdilli ədəbiyyata töhfəsinə görə, türk və fars mədəni "tellər"inin daxili əlaqəsinin və Azərbaycanın türk-fars mədəniyyətində yerinin nümunəsi sayılır. == Nizami Gəncəvi dühası == Nizami Gəncəvidən sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmiş, onun yaradıcılığından bəhrələnmiş və dərs almışlar. Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: "Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?". Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır. Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz "Xəmsə" poemalarında açıb göstərməyə nail olmuşdur.

"ədəbiyyatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ədəbiyyatı nədir? #ədəbiyyatı sözünün mənası #ədəbiyyatı nə deməkdir? #ədəbiyyatı sözünün izahı #ədəbiyyatı sözünün yazılışı #ədəbiyyatı necə yazılır? #ədəbiyyatı sözünün düzgün yazılışı #ədəbiyyatı leksik mənası #ədəbiyyatı sözünün sinonimi #ədəbiyyatı sözünün yaxın mənalı sözlər #ədəbiyyatı sözünün əks mənası #ədəbiyyatı sözünün etimologiyası #ədəbiyyatı sözünün orfoqrafiyası #ədəbiyyatı rusca #ədəbiyyatı inglisça #ədəbiyyatı fransızca #ədəbiyyatı sözünün istifadəsi #sözlük