ədəbi-mədəni sözü azərbaycan dilində

ədəbi-mədəni

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ədəbi-mədəni • 96.7254%
  • Ədəbi-Mədəni • 1.7632%
  • Ədəbi-mədəni • 1.5113%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Ədəbi dil
Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. İki qolu mövcuddur: yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmi-filoloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә, sabit әnәnәni qoruyub saxlayan "Ədəbi dil" universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab olunur. Milli dil daşıyıcıları arasında yüksək sosial nüfuza malik olan milli dilin dialekt alt sistemidir. Həm yazılı, həm də danışıq formalarında fəaliyyət göstərir. Bədii ədəbiyyatın dili, yazıçıların dili, adətən eyni normalara istiqamətlənsə də, özündə çox fərdi, ümumi qəbul olunmayan dili birləşdirir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda ədəbi dilin və bədii ədəbiyyat dilinin yaxınlıq dərəcəsi eyni deyildir.
Ədəbi icmal
Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır. == Haqqında == Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır. Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir. Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur. Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.
Ədəbi janrlar
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi məclislər
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi proses
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir). Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir. “Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Ədəbi İrəvan
Ədəbi İrəvan — almanax == Kitab haqqında == Ədəbi İrəvan (almanax) adlanan kitabı toplayıb tərtib edəni şairKamil Novruz və Əli Vəkildir. Nəşriyyat redaktoru isə Kamil Novruzdir. Kitabın cildində əməkdar rəssam Cabbar Quliyevin rəsm əsərindən istifadə olunmuşdur. == Redaksiya heyəti == Hidayət Vahid Əziz Əli Vəkil İsmayıl Öməroğlu Eldar İsmayıl Telli Pənahqızı İnqilab Vəlizadə Kamil Novruz Miraslan Bəkirli Eldar Həsənli == Kitabın seriyaları == "Ədəbi İrəvan - 2004", Bakı, "Yurd" NPB, 2005. 456 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2005", Bakı, "Nurlan", 2006. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2006", Bakı, "Nurlan", 2007. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2007", Bakı, "Nurlan", 2008.
Ədəbi janr
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Bazgəşti-ədəbi
Bazgəşti-ədəbi (fars. بازگشت ادبی‎; hərf. "ədəbi dönüş") — XVIII əsrdə İranda meydana çıxan və fars ədəbiyyatında "səbki-Xorasani" və İraq üslublarının geri qaytarılmasını müdafiə edən ədəbi üslub və hərəkatın adı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Əqiq, Gülnar. "QACARLAR SÜLALƏSİ DÖVRÜNDƏ POEZİYA VƏ BAZGƏŞT CƏRƏYANI" (PDF). Əlyazmalar yanmır (az.). AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 9 (2). 2019. ISSN 2410-5600. Daadbeh, Asghar (2015).
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Mədəni Bərk
Mədəni Bərk (1913, Mədinə, Hicaz vilayəti – 1994, İstanbul), Türk siyasətçidir. == Həyatı == Mehmet Mədəni Bərk 1913-cü ildə atasının Osmanlı zabiti kimi vəzifə yerinə yetirdiyi Ərəbistanda anadan olub. Əslən Aksaray Topakkaya (Çimeli) kəndindən olan Həmzə bəy və Safiyə xanımın dörd övladından biri olaraq atası müqəddəs Mədinə şəhərində doğulmasından ilham alaraq ona "Mədəni" adını verdi. Daha sonra ordu üzvü olduğu üçün vəzifəsini tez-tez dəyişdirən Həmzə bəy ailəsi ilə birlikdə İzmirə gəldi. İlk və orta təhsilini bu şəhərdə bitirən Mədəni Bərk, orta məktəb təhsilini İstanbulda tamamladı. Ali təhsilini 1936-cı ildə Marmara Universitetinin təməlini qoyacaq olan İstanbul İqtisadiyyat və Ticarət Ali Məktəbində bitirmişdir. 1937-ci ildə Təkəl İdarəsində mühasibat işçisi olaraq iş həyatına başladı. Bərk ardıcıllıqla Ziraat Bankında müfəttiş köməkçisi, müfəttiş və menecer olaraq çalışdıqdan sonra, 1950-ci ildə TARİŞ-in, sonra 1951-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəldiyi zaman Türkiyə Əmlak Kredit Bankının baş direktoru oldu. Bu vəzifə, şübhəsiz ki, rayonlaşdırma, mənzil və tikinti sahəsində ixtisaslaşmasına imkan verdi. Vəqflər Bankı və Çimento Sənayesi TAŞ-ın qurucularından biridir.
Mədəni antropologiya
Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir. Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir. Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir. Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır. == Tədqiqat obyekti == Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür. Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır. == Tarix == Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır.
Mədəni bolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.
Mədəni coğrafiya
Mədəni coğrafiya — iqtisadi-sosial coğrafiyanın istiqamətidir, məkandakı mədəni fərqləri və mədəniyyətlərin ərazi bölgüsünü öyrənir. Elmi istiqaməti 1930-cu ildə Karl Sauer tərəfindən yaradılmışdır. Əsasən ABŞ-da inkişaf etmişdir. Saueradan sonra mədəni coğrafiyanın formalaşmasına ən böyük töhfəni Riçard Xartşorn və Vilbur Zelinski vermişdir. Sauer əsasən keyfiyyətli və təsviri analizin metodologiyasını tədqiq edir, hansı ki, 1930-cu illərdə Riçard Xartşorn tədqiq etməyə çalışırdı. Başqa tədqiqatçılar isə kəmiyyət metodunu tədqiq edirdilər. 1970-ci ildə kəmiyyət metodu coğrafiyada həddən artıq etibarı ilə pozitivizmi artırırdı.
Mədəni dairə
Mədəni dairələr nəzəriyyəsi XX əsrin əvvəllərində Avstriya antropologiya məktəbinin əsas nəzəri fikri olmuşdur. Bu məktəb insan təbiətindəki, cəmiyyətindəki nizam-intizamın yönləndirilməsi, bütün mədəniyyətlərin bir mərkəzdən yaranıb-yayılması fikrini müdafiə etmişdir. İki əsas məktəbi olmuşdur. 1) Frits Qrebner yaxud Köln məktəbi 2) Vilhelm Şmidt və Vyana məktəbi == Frits Qrebner yaxud Köln məktəbi == Diffuzionizmin әsas istiqamәtlәrindәn biri "mәdәni dairәlәr" istiqamәtidir. "Mәdәni dairәlәr" istiqamәtinin banilәrindәn biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tәrәfindәn irәli sürülәn bir çox ideyaları özünәmәxsus şәkildә izah edәcәk yeni bir istiqamәtin әsasını qoymuşdur. Tәhsilinә görә tarixçi-mediyevis olan Qrebner Berlin vә Marburq univetsitetlәrindә tәhsil almışdır. 1904-cü ildә Berlin Antropologiya Cәmiyyәtindә "mәdәni dairәlәr" haqqında tәlim mәruzәsi ilә çıxış etmiş vә "Okeaniyada mәdәni dairәlәr vә tәbәqәlәr" әsәri ilә tәliminin әsas müddәalarını izah etmişdir. O, qeyd edirdi ki, mәdәniyyәtin elementlәri müәyyәn bir zaman kәsiyindә coğrafi mәkanda yaranır vә sonra diffuziya nәticәsindә digәr әrazilәrә yayılır. Bu sәbәbdәn o, mәdәniyyәtin elementlәrini kartoqrafiya etmәyә çalışırdı.
Mədəni determinizm
Mədəni determinizm — Mədəni determinizm (ing. cultural determinism alm. kultureller Determinismus‎ ) insan davranışlarının sosial mədəni izahıdır. Bu təlimə görə mədəniyyət bizim emosional və davranış səviyyəmizə görə kim olduğumuzu , xüsusən də sosial mədəni səbəblərdən kimliyimizi müəyyən edir. Həmçinin cəmiyyətdə iqtisadi, sosial, siyasi strukturu və institutları müəyyən edir. Mədəni determinizm iki əsas faktordan formalaşır: İrqlər və dinlər. İdeologiya, ətraf mühit, hava şəraiti də insanın və onun özünəməxsus mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir. Mədəni determinizmə görə uzun zaman müddətində insanların ənənələri, davranışları nəsildən nəsilə ötürülür. Mədəni determinizm tarix boyunca mədəniyyətlərin və sivilizasiyaların çoxsaylı müxtəlifliyinin səbəblərini izah eliyir. Sosial inkişaf nəzəriyyəsində müxtəlif nöqteyi nəzərlər mövcuddur.
Mədəni diffuziya
Mədəni diffuziya — Mədəni yayılma, mədəni formaların, maddi və mənəvi alt sistemlərin nümunələrinin təmasda olduğu, bu mədəniyyət elementlərinin tələb olunduğu və əvvəllər belə formalara sahib olmayan cəmiyyətlər tərəfindən alındığı qarşılıqlı nüfuzdur. Mədəni təmasa mədəni əlaqə deyilir, bunlar: hər iki mədəniyyətdə heç bir iz buraxa bilməz, bitişik mədəniyyətlərin bir -birinə bərabər və güclü təsiri ilə nəticələnə bilər; bir mədəniyyət formasının digərinə birtərəfli təsirinə səbəb ola bilər.Diffuziya kanalları miqrasiya, turizm, missionerlik fəaliyyəti, ticarət, müharibə, elmi konfranslar, ticarət sərgiləri və yarmarkalar, tələbə və mütəxəssis mübadiləsi və s.. Fenomenin tarixiMədəni yayılmaya diqqət yetirən tədqiqatçılar, bu və ya digər mədəni fenomenin təkamül nəticəsində müəyyən bir cəmiyyətdə meydana gəlməsi lazım olmadığını irəli sürdülər. Borc ala bilərdi, kənardan götürdü. Bu müddəanın mütləqləşdirilməsi etnologiya elmində diffuziya adlanan xüsusi bir cərəyanın əsasını qoydu. Antropogeoqrafiya məktəbi fikirləri F. Ratzelin əsərlərində öz əksini tapan diffuziya mənbəyinə çevrildi. Almaniyada ortaya çıxan difüzyonizm, F. G. Frobeniusun "mədəni morfologiya" məktəbi, F. Gröbnerin "mədəni dairələr" anlayışı və V. Şmidtin "mədəni-tarixi" məktəbi ilə təmsil olunurdu. İngiltərədə W. H. Riversin əsərlərində diffuzionist fikirlər inkişaf etdi. Mədəni yayılma anlayışının ən radikal tərəfdarları bəşəriyyətin bütün tarixini təmaslara, toqquşmalara, borcların alınmasına və mədəniyyətlərin köçürülməsinə qədər azaltmağa çalışdılar. Təkamül, mədəni və sosial tərəqqi anlayışı rədd edildi.
Mədəni müxtəliflik
Mədəni müxtəliflik monokultura, qlobal monokultura və ya mədəni təkamülə bənzər mədəniyyətlərin homogenləşməsindən fərqli olaraq müxtəlif və ya fərqli mədəniyyətlərin atributudur. "Mədəni müxtəliflik" termini həm də müxtəlif mədəniyyətlərin bir-birinin fərqlərinə hörmət etdiyini ifadə edə bilər. Çox vaxt müəyyən bir bölgədə və ya bütövlükdə dünyada insan cəmiyyətlərinin və ya mədəniyyətlərinin müxtəlifliyinə istinad etmək üçün istifadə olunur. Bu, bir təşkilata və ya cəmiyyətə müxtəlif mədəni perspektivlərin daxil edilməsinə aiddir. == Tarixi == Ölkələr etnik və mədəni müxtəliflik səviyyəsinə görə sıralanır (James Fearon, 2003). Beynəlxalq səviyyədə mədəni müxtəliflik anlayışı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsis edildiyi 1945-ci ildən bəri müxtəlif ölkələr tərəfindən müdafiə olunur[1]. Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsindən sonra 2001-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Onun məqsədi mədəni müxtəlifliyi, dialoqu və inkişafı təşviq etməkdir. Hər il mayın 21-də qeyd olunur. 2001-ci il Ümumdünya Bəyannaməsindən əvvəl YUNESKO "mədəniyyət" anlayışını bədii şah əsərlər kimi şərh edirdi.
Mədəni soyqırım
Mədəni soyqırım və ya etnosid — vəkil Rafael Lamkinin 1944-cü ildə müəyyən etdiyi soyqırımın komponenti olan konsept. Termin hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına deyilir.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir.Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər.XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Mədəni şok
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazasıMədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir.Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. == Dörd mərhələ == Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür. Misal olaraq, yeni bir ölkəyə köçəndən sonra şəxs həmin əraziyə məxsus yeməkləri, oradakı həyat dövranını və yerli sakinlərin davranışlarını bəyənə bilər.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir.İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. == Mədəni əlaqələr və nəzəriyyə == Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir. == Mədəniyyət == Mədəniyyətlər arasında həm birbaşa, həm də dolayı qarşılıqlı təsirlərdən ibarət olan mədəni əlaqələr akademik sahəyə dövlət aktyorlarının Beynəlxalq Münasibətlər, İqtisadiyyat və Siyasətdə olduğu qədər rahat uyğun gəlmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2011 •••• 0.34
2012 •••••••••••••••••••• 1.98
2013 •• 0.15
2014 ••••••••••• 1.03
2015 ••••••••••• 1.02
2016 •••• 0.35
2020 •• 0.13

Oxşar sözlər

#ədəbi-mədəni nədir? #ədəbi-mədəni sözünün mənası #ədəbi-mədəni nə deməkdir? #ədəbi-mədəni sözünün izahı #ədəbi-mədəni sözünün yazılışı #ədəbi-mədəni necə yazılır? #ədəbi-mədəni sözünün düzgün yazılışı #ədəbi-mədəni leksik mənası #ədəbi-mədəni sözünün sinonimi #ədəbi-mədəni sözünün yaxın mənalı sözlər #ədəbi-mədəni sözünün əks mənası #ədəbi-mədəni sözünün etimologiyası #ədəbi-mədəni sözünün orfoqrafiyası #ədəbi-mədəni rusca #ədəbi-mədəni inglisça #ədəbi-mədəni fransızca #ədəbi-mədəni sözünün istifadəsi #sözlük