Elçin sözü azərbaycan dilində

Elçin

Yazılış

  • Elçin • 99.8887%
  • ELÇİN • 0.1050%
  • elçin • 0.0063%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Teymur Elçin
Teymur Elçin (doğum adı:Teymur Süleyman oğlu Əliyev; 28 mart 1924, Şuşa, DQMV – 14 mart 1992, Bakı) – şair, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1958), Azərbaycan Dövlət mükafatı laureatı (1991), Azərbaycan SSR mədəniyyət nazirinin müavini (1975–1988). == Həyatı == Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il mart ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəsi ilə Bakıya köçmüş, burada 132 saylı şəhər orta məktəbini bitirmişdir. 1941–1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), 1941–1942-ci illərdə Azərbaycan Radio Komitəsində İctimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, 1942–1943-cü illərdə diktor, redaktor, məsul redaktor, 1945–1946-cı illərdə APİ-nin komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (VI, 1946 — IV, 1948), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (V, 1949 – IV, 1950), "Azərnəşr"in siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950–1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952–1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953–1955), Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955–1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin (sonra Dövlət komitəsi) sədri (1957–1964), Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri (1964–1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975–1988) vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətinə kiçik yaşlarından başlamış, ilk şeirlərini məktəb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər əcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda "Kommunist", "Yeni yol" və "Azərbaycan pioneri" qəzetlərində) dərc edilən yazıları "Teymur Əlizadə" imzası ilə çıxmışdır. Şairin bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983).
Şükrü Elçin
Şükrü Elçin (23 sentyabr 1912, Florina[d] – 30 oktyabr 2008, Ankara) — türk şairi, folklorşünas, tədqiqatçı, akademik və yazıçı. == Həyatı == Şükrü Elçin 23 sentyabr 1912-ci ildə Florinada anadan olub. Ailəsi, Lozanna müqaviləsidən sonra mübadil-mühacir olaraq Türkiyəyə gəlib Turqutluya yerləşmişdi. Şükrü Elçin ilk və orta təhsilini Turqutlu və Manisada bitirib 1936-cı ildə İzmir Oğlan Liseyinin məzunu olmuşdu. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdi. Xalq ədəbiyyatı ilə əlaqədar məzunluq dissertasiyasını tamamladı və "Aslı və Kərəm" adlı əsəri Milli Təhsil Nazirliyi tərəfindən 1949-cu ildə nəşr olundu. Kitab / Mensur Realist Xalq Hekayələri mövzusunda dissertasiyası ilə elmlər doktoru adını aldı. Sivas Liseyində, Dənizli Liseyində, Ankara Kişi Texniki Müəllim Liseyində, Ankara Atatürk Liseyində, Ankara Maarif Kollecində, Döyüş Kollecində və Qazi Təhsil İnstitutunda ədəbiyyatdan dərs dedi. Milli Təhsil Nazirliyinin təqaüdü ilə iki il Parisə getdi və orada folklor və xalq ədəbiyyatı ilə başlı araşdırmalar etmişdi. 1962-ci ildə Anadolu Köy Orta Oyunları (Kənd Teatrı) adlı dissertasiyası işi ilə dosent oldu.
Elçin Cavadov
Elçin Məhəmməd oğlu Cavadov (3 iyun 1969, Böyük Qaramurad, Gədəbəy rayonu) — Gəncə Dövlət Universitetinin "Ümumi texniki fənnlər və texnologiya" kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent, texnika elmləri doktoru, professor. == Həyatı == Elçin Cavadov 3 iyun 1969-cu ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Gədəbəy rayonunun İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində riyaziyyat fənnindən keçirilən respublika olimpiadasında 1-ci yeri tutmuşdur. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını Lenin təqaüdü və fərqlənmə diplomu ilə bitirmişdir. Elmi yaradıcıllıqla tələbə vaxtlarından məşğul olmuş, hələ tələbə ikən 10-a qədər elmi məqaləsi dərc olunmuşdur. 1993-cü ildən Gəncə Dövlət Universitetinin müəllimidir. Riyaziyyat fənnini çox sevdiyi üçün E. M. Cavadov Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsinə daxil olmuş və həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildən 1995-ci ilədək Gəncə Dövlət Universitetinin "İstehsalat əsasları və əmək təlimi metodikası" kafedrasında tədris ustası və saat hesabı müəllim, 1995-ci ildən 1998-ci ilədək stajor – müəllim, 1998-ci ildən 2000-ci ilədək müəllim, 2000-ci ildən həmin kafedrada baş müəllim, 2008-ci ildən isə dosent vəzifəsində işləyir. 2016-cı ildə "ÜTF və texnologiya" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Elçin İsayev
Elçin Həmid oğlu İsayev (16 iyun 1952, Kirovabad, Gəncə vilayəti) — Azərbaycan Respublikasının əməkdar həkimi və Bank of Bakunun Müşahidə Şurasının sədri. == Həyatı == Elçin Həmid oğlu İsayev 1952-ci il iyun ayının 16-da Gəncə şəhərində anadan olub. Orta məktəb təhsilinə Kirovabadda (indiki Gəncə şəhəri) başlayan Elçin İsayev 1969-cu ildə elə həmin şəhərin 1 nömrəli məktəbini bitirib. Ali təhsilini 1969–1975-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" ixtisası üzrə davam etdirib. Təhsili dövründə 1972–1975-ci illərdə Mərdəkanda yerləşən uşaq sanatoriyasında funksional kabinetdə tibb qardaşı vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra 1975-ci ildə Bakı şəhəri 5 saylı Şəhər Klinik Xəstəxanasında növbətçi həkim, 1978-ci ildə həmin xəstəxanada Terapiya şöbəsinin həkimi, 1990-cı ildən 2015-ci ilədək Qastroenterologiya şöbəsinin müdiri, 2015-ci ildə təqaüdə çıxdıqdan sonra Terapiya şöbəsinin həkimi olaraq çalışmağa davam edib. Həkim kimi fəaliyyəti dövründə namizədlik dissertasiyasını müdafiə edərək 1984-cü ildə tibb elmləri namizədi elmi dərəcəsini alır. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Baş elmi işçi" diplomuna layiq görülür. O, 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"nun qurucularından biri olur. Elə həmin ildən etibarən Müşahidə Şurasının sədridir.
Elçin Əsədov
Elçin Əsədov (12 fevral 1987, Füzuli) — Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Elçin Əsədov 2000-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Asif Həsənovdur. Ümumi olaraq 11 dəfə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Elçin Əsədov beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Elçin Əsədov 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı, 2022-ci ildə isə Əziz Şuşa beynəlxalq veloyürüşünün qalibi oldu. Elçin Əsədov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 24-də baş tutan fərdi turnirdə Elçin Əsədov finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Elçin Mustafayev
Elçin Mustafayev — Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan"ın sağ cinah müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 22 yanvar 2021-ci ildə Mustafayev Azərbaycan Premyer Liqasında "Sumqayıt"la "Şamaxı" FK matçında debüt etdi.
Elçin Rəhimli
Elçin Rəhimli (17 iyun 1996, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyeryası == Rəhimli 10 noyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Səbail"lə "Sabah" oyununda debüt edib.
Elçin Əlicanov
Elçin Əlizadə
Elçin Əlizadə 2 yanvar 1986, Bakı) — Azərbaycan boksçusu , birinci ağır çəki dərəcəsinin nümayəndəsi. O, 2000-ci illər boyu boks üzrə Azərbaycan milli komandasında çıxış edib, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionatının bürünc medalçısı, bir çox beynəlxalq əhəmiyyətli turnirlərin qalibi və mükafatçısı olub. Azərbaycanın əməkdar idman ustası (2011). == Bioqrafiya == Elçin Əlizadə 1986-cı il yanvarın 2-də Azərbaycan SSRİ , Bakı şəhərində anadan olub . O, beynəlxalq səviyyədə ilk ciddi uğurunu 2001-ci il mövsümündə Azərbaycan milli komandasına qoşularaq Bakıda keçirilən yeniyetmələr arasında ev dünya çempionatının gümüş mükafatçısı olanda qazanıb - həlledici final görüşündə Ukrayna təmsilçisi İsmayıl Sillaya uduzub. . 2002-ci ildə Lvovda Kadetlər arasında Avropa Çempionatının qalibi olub və Kecskemetdə keçirilən Kadetlər Dünya Çempionatında bürünc medal qazanıb. 2003-cü ildə Kaunasda keçirilən yeniyetmələr arasında Avropa çempionatında və Buxarestdə keçirilən yeniyetmələr arasında dünya çempionatında bürünc medallar qazanıb. 2004-cü ildə Cənubi Koreyada keçirilən gənclər arasında dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib və bununla da bürünc medal qazanıb. O, Volqoqradda yeniyetmələr arasında keçirilən “Stalinqrad döyüşü” beynəlxalq turnirində çıxış edib və burada da bürünc mükafatçı olub - yarımfinalda rusiyalı Yevgeni Romanova uduzub . 2005-ci ildən böyüklər səviyyəsində boksla məşğul olur, xüsusən Mianyanqda keçirilən Dünya Çempionatında uğurla çıxış edib, burada ilk ağır çəki dərəcəsində gümüş medal qazanıb - finalda rusiyalı boksçu Aleksandr Alekseyevə uduzub.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçin Tağıyev
Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı dostu Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edib və öz istəyi ilə hərbi xidmətini cəbhə bölgəsində davam edib. Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub.
Elçin Xəlilov
Elçin Nüsrət oğlu Xəlilov (26 aprel 1959, Bakı) — geofizik. == Həyat və fəaliyyəti == 26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası — görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918–1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində, bir neçə ay ərzində Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb, həmçinin Müdafiə Nazirinin müvəqqəti səlahiyyətlərini icra edən şəxs olub. 1981-ci ildə M. Əzizbəyov adına Azneftkimya institutunu qurtarıb. 1981-ci ildən 1989-cu ilə qədər Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən "İNTERGEO-TETİS" Beynəlxalq elmi-texniki kompleksin prezidentidir.
Elçin Xəmmədov
Elçin Zalov
Elçin Zeynalov
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Elçin İbrahimov
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Elçin İmanov
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor. == Həyatı == Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C. Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb.
Elçin İsgəndərov
İsgəndərov Elçin Abbas oğlu — "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2000), Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi. == Həyatı == Elçin İsgəndərov 1942-ci ildə Laçın rayonunu Bozlu kəndində doğulub. 1949-cu ildə Bozlu kənd ibtidai məktəbinə daxil olub. 1959-cu ildə Qarqışlaq kənd orta məktəbini bitirib. 1960-cı ildə Bozlu kənd qiraətxanasında müdir işləyib. 1961-ci ildə Bakı şəhərində Təmir Tikinti idarəsində fəhlə işləyib. 1962-1965-ci ilin avqust ayına kimi həqiqi hərbi xidmətdə olub. 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1971-ci ildə həmin institutun müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayonunun Qarıqışlaq xəstəxanasına təyinatla baş həkim göndərilib. 1971-ci ildən 1989-cu ilə qədər kənd xəstəxanasının baş həkimi vəzifəsində işləyib.
Elçin İsgəndərzadə
Elçin İsgəndərzadə (16 sentyabr 1964, Şuşa, DQMV) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi == Həyatı == TƏHSİLİ: 1971–1979 – Ağdam rayon Əhmədavar kənd 8 illik məktəb. 1979–1981 – Ağdam şəhər 6 saylı orta məktəb (məktəbi Qızıl medal ilə bitirib). 1981–1986 – Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (İnstitutu fərqlənmə diplomu ilə bitirib. Adlı təqaüdçü olub). 1989–1992 – "Maşın və mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə Azərbaycan Texniki Universitetinin aspiranturası. 1993 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Maşın və mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi alıb. (Uyğun ixtisas üzrə keçmiş İttifaqın və Azərbaycanın ən gənc alimi olub) 1996 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 2009 – Rusiya Federasiyası AAK tərəfindən filologiya elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb. 2013 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2017 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb.
Elçin Afacan
Elçin Afacan (25 yanvar 1991, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında təhsilini başa vurduqdan sonra 2016-cı ildə FOX-da yayımlanan "Görevimiz Komedi" yarışmasında nümayiş etdirdiyi performansla ilk dəfə kamera həyəcanını yaşadı. Müsabiqədən sonra elə həmin il Show TV-də yayımlanan "İçerde" serialında "Gülçin" adlı obrazı canlandıraraq ilk dəfə serialda rol alıb. Daha sonra 2017-ci ildə FOX-da yayımlanan "Deli Gönül" serialında tələbə qız obrazını canlandırıb. Afacan əsas debütünü 2019-cu ildə FOX-da da yayımlanan "Bir Aile Hikayesi" serialında canlandırdığı "Beste Güneş" obrazı ilə edib və böyük izləyici kütləsinə sahib olmağa başlayıb. 2020-2021-ci illər arasında FOX-da yayımlanan "Sən çal qapımı" serialında "Melek Yücel (Melo)" obrazını canlandırıb. 2021-ci ildə ilk kino təcrübəsi olan "Benden Ne Olur" bədii filmində rol aldı. Afacan aktyorluqla yanaşı, teatr səhnələrində də iştirak etməyə davam edir.
Elçin Salmanov
Elçin Yusubov
Elçin Mustafa oğlu Yusubov (8 avqust 1975) — Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının Sədri. == Həyatı == Yusubov Elçin Mustafa oğlu 1975-ci il 8 avqust tarixində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. O, 2024-cü il 7 marta qədər bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Elçin İbrahimli
Elçin Behbudov
Elçin Rəhmanov
Elçin Rəhmanov (18 yanvar 1979, Bakı) — azərbaycanlı futbolçu və məşqçi. O, Azərbaycan millisində çıxış edib. Hal-hazırda Qarabağ FK-nın məşqçisidir. Ələkbər (Əli) Rəhmanovun oğludur.
Şəhid Elçin Poladov
Şəhid Rəhimov Yalçın Elçin oğlu
Elçin Ağayev (alim)
Elçin Kamil oğlu Ağayev (20 oktyabr 1962, Mollavaizli, Saatlı rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tibb elmləri doktoru (2014), professor (2015), Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri (2017), Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı (2021) laureatı. == Həyatı == Elçin Ağayev 20 oktyabr 1962-ci ildə Saatlı rayonunun Mollavaizli kəndində anadan olmuşdur. Orta təhsilini 1970–1980-ci illərdə Saatlı rayonu Səməd Vurğun adına orta məktəbdə almışdır. Orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1986-cı ildə məzun olmuşdur. 1986–87-ci illərdə Musa Nağıyev adına Bakı şəhəri Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında cərrahlıq ixtisası üzrə bir illik internatura keçmişdir. 1987–90-cı illərdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında cərrah vəzifəsində çalışmışdır. 1990–94-cü illərdə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının aspirantı, 1994-cü ildə assistenti, 2011-ci ildə dosenti, 2015-ci ildə professoru, 2017-ci ildə isə həmən kafedranın müdiri vəzifəsinə seçilmişdir. 2021-ci ilin aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elçin Ağayev "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Elçin Ağayev 1994-cü ildə "Hemodinamikanın və homeostazın müxtəlif vəziyyətlərində bağırsaq anastomozlarının bitişməsi" mövzusunda namizədlik, 2015-ci ildə isə "Bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyasından sonrakı erkən nəticələrin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiət etmişdir.
Elçin Hüseynov (MMA)
Elçin Zeynalov (dövlət qulluqçusu)
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Elçin Zeynalov (dövlət xadimi)
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Elçin Zeynalov (dəqiqləşdirmə)
Elçin Fuad oğlu Zeynalov — "İtaldizain Holdinq "in əsas səhmdarlarından biri, Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti. Elçin Hidayət oğlu Zeynalov — Azərbaycan sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Elçin Razim oğlu Zeynalov — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini.
Elçin Zeynalov (sahibkar)
Elçin Zeynalov Fuad oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir. "İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin Zeynalov həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhfələr vermişdir. == Təhsil və hərbi xidmət == 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildə Sankt Peterburq şəhərində Rusiya Hüquq Universitetini bitirib. 1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçib. == Karyera və uğurları == 1989-91-ci illərdə Bakı şəhərində Rayon Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. 1991-ci ildə Elçin Zeynalov əmək fəaliyyətini Azer-İmesco şirkətinin icraçı direktoru və idarə heyətinin üzvü kimi davam etdirməyə başladı. 1994-cü ildən O, Moskva şəhərində Ros-İmesco şirkətinin direktoru və idarə heyətinin üzvü vəzifəsində çalışıb. 1996-cı ildən bu günə qədər Elçin Zeynalov Italdizain Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.
Elçin Əzizov (dəqiqləşdirmə)
Elçin İsmayılov (əsgər, 1991)
Elçin Baxşəliyev (20 Yanvar şəhidi)
Elçin Məhərrəmov (baş leytenant)
Elçin Məmmədov (general)
Elçin Əli oğlu Məmmədov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun Rektoru. == Hərbi xidməti == Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib. Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub. 30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 11 mart 2024-cü il tarixli sərəncamı ilə Elçin Məmmədova general-mayor ali hərbi rütbəsi verilib. 11 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.
Elçin Məmmədov (hüquqşünas)
Elçin Məmmədbağır oğlu Məmmədov (6 iyun 1971, Bakı) — Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2020-ci ildən), II dərəcəli dövlət ədliyyə müşaviri (2022). == Həyatı == Elçin Məmmədbağır oğlu Məmmədov 6 iyun 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Azərbaycanın prokurorluq orqanlarına qulluğa qəbul olunaraq Azərbaycan Nəqliyyat Prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğun istintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, 1994-cü ildən həmin şöbənin prokuroru, 1995-ci ildən Azərbaycan Nəqliyyat Prokurorluğunun böyük müstəntiqi vəzifələrində çalışmışdır. Elçin Məmmədov 2000-ci ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2002-ci ildən həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi olmuşdur. 2012-ci ildən Gəncə şəhər prokurorunun müavini, 3 fevral 2016-cı ildən isə Lənkəran rayonunun prokuroru vəzifələrində işləmişdir. Elçin Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü və Baş Prokurorluğunun Ali Attestasiya Komissiyasının sədridir. Baş Prokurorluğunun "İstintaq təcrübəsi" bülleteninin redaksiya heyətinin sədri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının sədr müavinidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elçin Məmmədova 17 dekabr 2020-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri, 30 sentyabr 2022-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilmişdir. Elçin Məmmədov prokurorluq orqanlarında xidmətlərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, 24 iyul 2020-ci ildə "MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi" xatirə yubiley medalı, 7 iyun 2021-ci il tarixli əmrlə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 13 avqust 2021-ci il tarixli əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, 12 yanvar 2022-ci il tarixində Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə 20 aprel 2021-ci ildə təsis edilmiş "Rusiya Prokurorluğunun 300 illiyi" yubiley medalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 yanvar 2022-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı ilə təltif edilmişdir.
Elçin Məmmədov (incəsənət xadimi)
Elçin Mehdi oğlu Məmmədov (29 may 1946, Bakı – 18 fevral 2001, Bakı) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmuşdur. Elçin Məmmədov uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub və bu onun professional səhnədəki ilk işi olmuşdur. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. O təkcə Bakıda deyil, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında da bir çox əsərlərə səhnə tərtibatı vermişdir. Elçin Məmmədov Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında bir sıra tamaşaların rəssamı olmuşdur. Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olmuşdur. Rəssam Akademik Milli Dram Teatrında M. F. Axundovun "Xırs quldurbasan", C. Məmmədquluzadənin "Dəli yığıncağı", H. Cavidin "İblis", M. Qorkinin "Meşşanlar", S. Vurğunun "İnsan", V. Şekspirin "Hamlet"; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", N. Nərimanovun "Şamdan bəy", Anarın "Keçən ilin son gecəsi", R. Vaqnerin "Salam, Hotsi"; Azərbaycan Dövlət Rus Dram Teatrında M. Qorkinin "Həyatın dibində", R. Durkonun "Mənim məhəbbətim Elektra", H. Andersenin "Qar kraliçası", H. Cavidin "Şeyx Sənan", M. Şatrovun "Amansız oyunlar" və sair tamaşaların rəssamı olmuşdur. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşa Azər Paşa Nemətovun "Hamlet" tamaşası olmuşdur.
Elçin Qənbərov (alim)

elçin sözünün leksik mənası və izahı

elçin sözünün etimologiyası

  • 1 Güman edirəm ki, “eli bir yerə toplayan” (müqayisə et: gülçin gül toplayan) deməkdir. El türk, çin fars mənşəlidir. Tuva dilində səfir anlamında işlədilir. Deməli, elçi sözünün variantıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / elçin

"elçin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elçin nədir? #elçin sözünün mənası #elçin nə deməkdir? #elçin sözünün izahı #elçin sözünün yazılışı #elçin necə yazılır? #elçin sözünün düzgün yazılışı #elçin leksik mənası #elçin sözünün sinonimi #elçin sözünün yaxın mənalı sözlər #elçin sözünün əks mənası #elçin sözünün etimologiyası #elçin sözünün orfoqrafiyası #elçin rusca #elçin inglisça #elçin fransızca #elçin sözünün istifadəsi #sözlük