əlçim sözü azərbaycan dilində

əlçim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlçim • 86.6667%
  • Əlçim • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

əlçim sözünün leksik mənası və izahı

  • 1 is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. – [Tapdıq] …gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. □ Bir əlçim – bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / əlçim

əlçim sözünün etimologiyası

  • 1 Cəhrədə ip əyirərkən əldə tutulan yun dəstəsinə əlçim deyilir. Buradakı -çim “tutam”, “dəstə” mənasını verən müstəqil sözdür (şəkilçi deyil). Həmin kəlmə otun kökü ilə torpağın birləşməsindən ibarət dəstə mənasında da işlədilir (şırımın dəhnəsinə çim qoyurlar). Çimdik sözü də buradandır. “İki barmağın tutumu” deməkdir. Deməli, əlçim –“bir əl tutumu” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əlçim

əlçim sözünün rus dilinə tərcüməsi

əlçim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 ƏLÇİN сущ. пилте, садра гъиле кьуна чхрадал гъал ийиз жедай кьадар (йис); bir əlçim са капаш, садра гъиле кьаз жедай кьадар.

    Azərbaycanca-ləzgicə lüğəti / əlçim

əlçim sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəlilabad, Füzuli, Göyçay, Kürdəmir, Qarakilsə, Lənkəran, Masallı, Oğuz, Salyan, Yardımlı, Ucar) əl boyda təmiz daranmış yun. – Bir əlçim yun qırx-əlli qram gələr (Ucar); – Əlçim düzəldir yığır üst-üsdə, so:ra bir-bir əyrir (Oğuz); – Əlçim əl boyda yuna di:lir (Salyan) II (Salyan) ovuc. – Mə: bi əlçim duz versənə Əl damı (Gədəbəy, Goranboy) – 1. mətbəx; 2. artıq şeyləri yığmaq üçün evin yanında tikilən kiçik dam. – Əl damıne:t <damına get>, bir şey hazırra yimə: (Gədəbəy). Əl daşı (İmişli) – əl dəyirmanı, kirkirə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əlçim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlçim nədir? #əlçim sözünün mənası #əlçim nə deməkdir? #əlçim sözünün izahı #əlçim sözünün yazılışı #əlçim necə yazılır? #əlçim sözünün düzgün yazılışı #əlçim leksik mənası #əlçim sözünün sinonimi #əlçim sözünün yaxın mənalı sözlər #əlçim sözünün əks mənası #əlçim sözünün etimologiyası #əlçim sözünün orfoqrafiyası #əlçim rusca #əlçim inglisça #əlçim fransızca #əlçim sözünün istifadəsi #sözlük