elim sözü azərbaycan dilində

elim

Yazılış

  • elim • 54.4444%
  • Elim • 45.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elimdar Səfərov
Elimdar Səlimxan oğlu Səfərov (26 iyul 1992; Yardımlı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu - Azərbaycan alimi, biologiya elmlər doktoru 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E.Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E.Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. E.Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Eliminativ materializm
Eliminativ materializm və ya eliminativizm — idrak fəlsəfəsində materialist mövqe. Bu, xalq psixologiyasında psixi vəziyyətlərin əksəriyyətinin mövcud olmaması fikridir. Eliminativizmin bəzi tərəfdarları inanc və ya arzu kimi bir çox gündəlik psixoloji anlayışlar üçün heç bir tutarlı sinir əsasının tapılmayacağını iddia edirlər, çünki onlar zəif müəyyən edilmişdir. Arqument ondan ibarətdir ki, davranış və təcrübənin psixoloji anlayışları bioloji səviyyəyə nə qədər aşağı düşdüyünə görə qiymətləndirilməlidir. Digər versiyalar ağrı və vizual qavrayışlar kimi şüurlu psixi vəziyyətlərin mövcud olmaması fikrini dəstəkləyir. Varlıqlar sinfi haqqında eliminativizm varlıqlar sinfinin mövcud olmadığı fikridir. Məsələn, materializm ruh haqqında eliminativist olmağa meyllidir Eliminativ materializm 1960–1970-ci illərdə yaranmışdır fikirdir. Bu fikrə görə inanclar, istəklər və subyektiv ağrı hissi kimi sağlam düşüncənin təbii qəbul etdiyi psixi varlıqların müəyyən siniflər mövcud deyil. Psixologiyanın materialist anlayışları kontekstində eliminativizm reduktiv materializmin əksidir və şərti olaraq başa düşülən psixi vəziyyətlərin mövcud olduğunu və sinir sisteminin fiziki vəziyyətinə birbaşa uyğun olduğunu iddia edir. Aralıq mövqe hesab edilən təftiş materializmi adətən sağlam düşüncə anlayışına lazım olan bəzi dəyişikliklərlə sözügedən psixi vəziyyətin fiziki hadisələrə bir qədər azaldıla bilinən olduğunu iddia edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••• 0.39
2005 •••••••••••••••• 0.67
2008 •••••••••••••••••• 0.73
2009 •••••••• 0.32
2010 ••••••••• 0.36
2011 •••••••••••••••••••• 0.86
2012 ••••••••• 0.34
2013 ••••••• 0.29
2014 ••••••••• 0.34
2017 •••• 0.16
2019 •••• 0.14

"elim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elim nədir? #elim sözünün mənası #elim nə deməkdir? #elim sözünün izahı #elim sözünün yazılışı #elim necə yazılır? #elim sözünün düzgün yazılışı #elim leksik mənası #elim sözünün sinonimi #elim sözünün yaxın mənalı sözlər #elim sözünün əks mənası #elim sözünün etimologiyası #elim sözünün orfoqrafiyası #elim rusca #elim inglisça #elim fransızca #elim sözünün istifadəsi #sözlük