* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 top. köhn. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. …Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə keçibdir. F.Köçərli. // Başlıca olaraq maldarlıqla məşğul olan köçəri kənd əhalisi. Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən gəlmişdi Qırxlar dağına. “Qaçaq Nəbi”. [Şəhrəbanu xanım:] …Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. M.F.Axundzadə. Bir dəfə [Hacı Rüstəmin] yolu yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / elat2 Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. (“Koroğlu” dastanının lüğəti) Biz elatıq, obalarımız isə dağın o tərəfındədi. Obalarımıza çatandan sonra başqa ata minib öz atlarımızı ona verərik. (Paris nüsxəsi, 5-ci məclis) * Məclisdə Bolu bəy adlı biri var idi. O, əlli min elatın başçısı idi. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikası / elat1 1. Bu söz bağ-bağat kəlməsindəki bağat komponenti ilə eyni model üzrə əmələ gəlib. Şəkilçi (-at) ərəbcə cəmlik bildirir, kök öz sözümüzdür. Güman ki, el sözü bizdən əvvəlcə ərəblərə keçib, sonra isə elat şəklində bizə qayıdıb. 2. Söz eldaş (bir eldən olan) kimi olub və təhrif nəticəsində “elat”a çevrilib. Qədimdə el – qohumlar birliyi (qəbilə) mənasını verib, gün isə (“elimin, günümün böyük şairi” deyirik) bir qədər geniş anlayışı (tayfa) əks etdirib. Ulus kəlməsi də el ilə kökdaşdır və məna tutumuna görə ondan xeyli geniş olub. Başqa bir yozum da mümkündür: elat “köçəri həyat sürənlər” deməkdir, atlılar anlamını verir. Osman eli ifadəsi dilimizdə al Osman şəklində düşdüyü kimi atlı el birləşməsinin də elat formasını kəsb etməsi mümkün olan haldır. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / elat2 сущ. собир. устар. народ (народность, группа родственных племен) 2. поселение, община
Azərbaycanca-rusca lüğət / elat1 top. is. peuple m, groupe m de tribus apparentés ; communauté f, colonie f
Azərbaycanca-fransızca lüğət / elat1 куьгьн. са чкада яшамиш жезвай халкь, жемят, эл; // кьилди яз малдарвилелди машгъул жезвай хуьруьн куьчери агьали.
Azərbaycanca-ləzgicə lüğəti / elat