Eloğlu sözü azərbaycan dilində

Eloğlu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Eloğlu • 83.5165%
  • eloğlu • 15.3846%
  • ELOĞLU • 1.0989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsmayıl Eloğlu
Hüseynov İsmayıl Məşədi Bəşir oğlu (İsmayıl Eloğlu) (1912—1957) — müğənni. == Həyatı == İsmayıl Eloğlu 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dərəcəli Şuşa məktəbini bitirmişdi. Bülbül onun səsini dinləyib Bakıya aparmışdı. Orda Eloğlu ləqəbini qəbul edib oxumağa başlamışdı. Bir çox ölkələrə qastrol səfərlərinə çıxmışdı. O, 21 iyul 1957-ci ildə vəfat edib. == Fəaliyyəti == 1926-cı ildən AOBT-nda müxtəlif rollar oynamışdır. "Leyli və Məcnun"da Nofəl, "Əsli və Kərəm"də Keşiş və Paşa, "Koroğlu"da Alı kişinin yaddaqalan obrazlarını yaratmışdır.
Oqtay Eloğlu
"Oqtay Eloğlu" pyesi - Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
Zahid Avşar Eloğlu
Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; 1952, Avşar, Ağcabədi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası; Yeni Azərbaycan Partiyasının üzvü (2008). == Həyatı == Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur. Hal-hazırda N.Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. == Yaradıcılığı == Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur."Yadıma sən düşürsən" (Bakı, Şirvannəşr, 2005), "Dağlar dağımdır mənim" (Bakı, Şirvannəşr, 2008), "Şəhriyarla söhbət" (Bakı, Yazıçı, 2011), "Haqdan gələn səs" (Bakı, Yazıçı, 2011), "Qoca palıdın dastanı" (Bakı, "Elm və təhsil", 2021) kitablarının müəllifidir. == Üzvülüyü == Zahid Avşar Eloğlu 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.90
2009 •••• 0.16
2010 ••••• 0.18
2011 •••••••• 0.34
2012 •••••• 0.26
2013 •••• 0.15
2014 •••••••• 0.34
2015 •••• 0.17
2017 •••• 0.16
2018 ••••••• 0.30
2019 •••••••••• 0.42
2020 ••••••••• 0.40

eloğlu sözünün sinonimləri (yaxın mənalı sözlər)

eloğlu sözünün rus dilinə tərcüməsi

eloğlu sözünün inglis dilinə tərcüməsi

eloğlu sözünün fransız dilinə tərcüməsi

eloğlu sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

elin oğlu, elin igidi; biryerli, yerli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"eloğlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eloğlu nədir? #eloğlu sözünün mənası #eloğlu nə deməkdir? #eloğlu sözünün izahı #eloğlu sözünün yazılışı #eloğlu necə yazılır? #eloğlu sözünün düzgün yazılışı #eloğlu leksik mənası #eloğlu sözünün sinonimi #eloğlu sözünün yaxın mənalı sözlər #eloğlu sözünün əks mənası #eloğlu sözünün etimologiyası #eloğlu sözünün orfoqrafiyası #eloğlu rusca #eloğlu inglisça #eloğlu fransızca #eloğlu sözünün istifadəsi #sözlük