Əlioğlu sözü azərbaycan dilində

Əlioğlu

Yazılış

  • Əlioğlu • 99.4904%
  • ƏLİOĞLU • 0.5096%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhərrəm Əlioğlu
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Məsud Əlioğlu
Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Qubadlı rayonu – 23 iyul 1973, Bakı) — Azərbaycan yazıçısı. == Həyatı == Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb. 100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir. Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir. Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib. == Ailəsi == O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır. == Kitabları == C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954 S.S. Axundov – Azərnəşr, 1956 Məfkurə dostları – Azərnəşr, 1961 Rəsul Rza – Azərnəşr, 1960 Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964 Məslək qardaşları – Azərnəşr, 1966 Tənqidçinin düşüncələri – Azərnəşr, 1968 Ədəbi fraqmentlər – Azərnəşr, 1974 H. Cavidin romantizmi - Azərnəşr, 1975 Amal və sənət – Yazıçı, 1980 Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979 Darıxan adamlar (iki cilddə) – "Elm və təhsil", 2009 Darıxan adamlar (seçilmiş əsərləri).
Yaqub Əlioğlu
Yaqub Əlioğlu (26 avqust 1956, Soltanlı, Cəbrayıl rayonu) — Yazıçı-jurnalist, teatrşünas, ssenarist, kino redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Yaqub Əlioğlu 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1974-cü ildə orta məktəbi, 1986-cı ildə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yaqub Əlioğlu Respublika mətbuatında 1974-cü ildən çap olunur. Müxtəlif forma və mövzulu 1000-dən çox məqalənin müəllifidir. "Azərbaycantelefilm" YB-də istehsal olunan 150-dən çox sənədli televiziya filminin ssenari müəllifi və 100-dən çox filmin redaktorudur. Yaqub Əlioğlu "Qızıl Qələm", "Qızıl Dərviş", "Nailiyyət" mükafatları laureatıdır. O, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində əvvəlcə redaktor, baş redaktorun müavini, 2006–2019-cu illərdə isə baş redaktor vəzifəsində çalışmışdır. Hazırda AzTV-də böyük redaktor vəzifəsində çalışır. Evlidir.
Çingiz Əlioğlu
Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (1991). == Həyatı == Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olmuşdur. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil almışdır (1961-1965). Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. == Yaradıcılığı == Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.61 dəfə / 1 mln.
2003 ••••••••••••• 2.36
2004 ••••••••••••• 2.36
2005 ••••••••••••••••••• 3.37
2006 •••••••••••••• 2.48
2007 ••••••••••••• 2.33
2008 •••••••••••••••••••• 3.65
2009 •••••••••••••••••••• 3.52
2010 ••••••••••••••• 2.63
2011 •••••••••••••• 2.40
2012 ••••••••• 1.55
2013 •••• 0.73
2014 ••••••• 1.20
2015 •••• 0.68
2017 •••• 0.65
2018 ••• 0.45
2019 0.14
2020 ••••• 0.80

Oxşar sözlər

#əlioğlu nədir? #əlioğlu sözünün mənası #əlioğlu nə deməkdir? #əlioğlu sözünün izahı #əlioğlu sözünün yazılışı #əlioğlu necə yazılır? #əlioğlu sözünün düzgün yazılışı #əlioğlu leksik mənası #əlioğlu sözünün sinonimi #əlioğlu sözünün yaxın mənalı sözlər #əlioğlu sözünün əks mənası #əlioğlu sözünün etimologiyası #əlioğlu sözünün orfoqrafiyası #əlioğlu rusca #əlioğlu inglisça #əlioğlu fransızca #əlioğlu sözünün istifadəsi #sözlük