* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. On aylıq (bəzən də birillik) qoyun balası. Erkək toğlu. Dişi toğlu. – [Şərəfnisə xanım:] Neyləyək, ana, bir-iki yüz toğlu satarıq, genə pul olar. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / toğlu2 Onaylıq (və ya birillik) qoyun balası. Yaranmış insanda çoxdu avara, Qandıra bilmirəm, gəlmişəm zara, Var-yoxumu verib üç-dörd davara, Toğluya tum deyib, qoçdan danışar. (“İrvahım”)
Azərbaycan dastanlarının leksikası / toğlu1 Qoyunun balası 6 aya qədər quzu, sonra isə (1 yaşa qədər) toğlu adlanır. Bu söz, məncə, tük sözü ilə bağlıdır. Toğlu qoyunun ilk dəfə qırxıla bilən, yun gətirən dövrüdür. Qoyun sözü isə “isti” anlamını verən və qaynamaq sözündə olan qay (əsli: köy) sözü ilə bağlıdır (dərisi, yunu isti olur). İkinci yozum da mümkündür: Çin dilində toq sözü var, “buynuz” deməkdir. Görünür, toqlu “buynuzlu” (təzə buynuz çıxaran) deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / toğlu2 сущ. животнов. годовалый ягнёнок, ягненок-годовик. Erkək toğlu баран-годовик; барашек; dişi toğlu ярка (молодая, еще не ягнившаяся овца)
Azərbaycanca-rusca lüğət / toğlu1 сущ. кьар (цӀуд варз ва я са йис хьанвай хпен бала); erkək toğlu эркек кьар; dişi toğlu диши кьар, шек.
Azərbaycanca-ləzgicə lüğəti / toğlu