Soylu sözü azərbaycan dilində

Soylu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Soylu • 82.2034%
  • soylu • 17.7966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Soylu
Soylu (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Soylu Atalı — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Süleyman Soylu — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016–2023).
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Süleyman Soylu
Süleyman Soylu (21 noyabr 1969, İstanbul) — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016-2023). Soylu 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmiş və 2015–2016-cı illər arasında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri olmuşdur. Ədalət və İnkişaf Partiyasına qatılmazdan öncə, 2008–2009-cu illərdə Demokrat Partiyasının sədri kimi fəaliyyət göstərmişdir. Süleyman Soylu əslən Trabzonludur. Orta təhsilini İstanbulda Plevne liseyində almışdır. Ardınca isə İstanbul Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. İlk dəfə 1989-cu ildə dostları ilə birlikdə şirkət təsis edərək ticarətlə məşğul olmuşdur. Siyasi karyerasına 1987-ci ildə başlamışdır. 1987–1990-cı illər arasında Doğru Yol Partiyasının İstanbul üzrə gənclər təşkilatının idarə heyəti üzvü və təşkilat rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə isə Qaziosmanpaşa təşkilatının idarə heyətinə üzv seçilmiş, 4 il sonra 1999-cu ildə partiyanın İstanbul şəhər təşkilatının rəhbəri olmuşdur.
Soylu (Qars)
Soylu — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 307 nəfərdir (2022).

soylu sözünün leksik mənası və izahı

soylu sözünün sinonimləri (yaxın mənalı sözlər)

soylu sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. родовитый (принадлежащий к старинному знатному роду), знатный 2. породистый (о домашних животных)

    Azərbaycanca-rusca lüğət / soylu

"soylu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#soylu nədir? #soylu sözünün mənası #soylu nə deməkdir? #soylu sözünün izahı #soylu sözünün yazılışı #soylu necə yazılır? #soylu sözünün düzgün yazılışı #soylu leksik mənası #soylu sözünün sinonimi #soylu sözünün yaxın mənalı sözlər #soylu sözünün əks mənası #soylu sözünün etimologiyası #soylu sözünün orfoqrafiyası #soylu rusca #soylu inglisça #soylu fransızca #soylu sözünün istifadəsi #sözlük