soylar sözü azərbaycan dilində

soylar

Yazılış

  • soylar • 77.7778%
  • Soylar • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Ləzgi soylar
Ləzgi soyu yada Sixel (ləzg. сихил — "цӀи хел" yani "eyni qandan gələnlər") bir ulu babadan gələn vəya qan qohumluğu ilə bir-birinə bağlı olan, bir neçə ailədən ibarət olan Ləzgi soyu. Hər Ləzgi soyun dağlarda bütün sixel üzvlərin əslən olduğu bir kəndi var. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba — Axmedov yerinə Kiri, Stal Süleyman — Xasanbekov yerinə Stalari, Ştul Muhamməd — Ramazanov yerinə Ştulari. Xizan, Xzan — ailə, bir evin adamları. Bəzən özlərini "са цІаюн ксар", yəni eyni atəşin adamları adlandırırdılar. Bu, ləzgilərin atəşə zəruri olduğu kifayət qədər soyuq iqlim şəraitində yaşaması və hələ də yaşamağa davam etməsi ilə əlaqədardır. Ləzgi ailəsi üçün "сабур" – dözümlülük, səbirlilik, "иман" – dindarlıq, salehlik, "дуьзвал" – təvazökarlıq, ciddilik, ədalət kimi keyfiyyətlər önəmlidir.

Oxşar sözlər

#soylar nədir? #soylar sözünün mənası #soylar nə deməkdir? #soylar sözünün izahı #soylar sözünün yazılışı #soylar necə yazılır? #soylar sözünün düzgün yazılışı #soylar leksik mənası #soylar sözünün sinonimi #soylar sözünün yaxın mənalı sözlər #soylar sözünün əks mənası #soylar sözünün etimologiyası #soylar sözünün orfoqrafiyası #soylar rusca #soylar inglisça #soylar fransızca #soylar sözünün istifadəsi #sözlük