sorğu sözü azərbaycan dilində

sorğu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sorğu • 78.2021%
  • Sorğu • 21.6783%
  • SORĞU • 0.1196%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. == Anket sualları == Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.Əgər birinci qrupdan olan suallar vasitəsi ilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar. Adətən, bu cür suallardan "anketin demoqrafik, hissəsi" və ya "pasportçası" adını almış bölməsi tərtib edilir və anketin sonunda yerləşdirilİr.
Saxta ARP sorğuları
Çoxgöstəricili Klaster Sorğuları
Çoxgöstəricili Klaster Sorğuları (MICS) uşaqların və qadınların vəziyyəti ilə bağlı beynəlxalq səviyyədə müqayisə oluna bilən, statistik cəhətdən etibarlı və dəqiq məlumatlar təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanmış proqram çərçivəsində ölkələr tərəfindən aparılan ev təsərrüfatı sorğularıdır. Sorğuların 1-ci raundu (MICS1) Ümumdünya Uşaq Sammitinin nəticəsi olaraq və onilliyin ortalarında əldə olunmuş irəliləyişin ölçülməsi üçün, əsasən 1995 və 1996-cı illərdə 60-dan çox ölkədə icra olunub. 2000-ci ildə keçirilən 2-ci raund (MICS2) zamanı sorğunun təfərrüatlılıq səviyyəsinin artırılması qlobal səviyyədə razılaşdırılmış daha çox göstəricilərin monitorinqinə imkan yaratdı. 3-cü raundun (MICS3) icrası 2006-cı ildə başladı və Minilliyin İnkişaf Məqsədləri (MİM-lər), "Uşaqlara üçün yararlı dünya" və digər əhəmiyyətli müvafiq beynəlxalq öhdəliklər istiqamətində irəliləyişi ölçmək üçün məlumatlar hazırlamaq məqsədi daşıyırdı. 2009-cu ildə başlayan 4-cü raundda məlumatların əsasən 2010-cu ildə toplanması planlaşdırılsa da, MICS4 sorğularının əksəriyyəti faktiki olaraq 2011-ci ildə, hətta 2012 və 2013-cü illərdə icra edildi. Bu, UNİCEF tərəfindən MİCS sorğularının keçirilmə tezliyinin artırılmasının təzahürü idi və artıq UNİCEF sorğu proqramını üç illik dövr üzrə həyata keçirir. 2012-ci ildə başlayan 5-ci raundun məqsədi ölkələri MİM üzrə yekun məlumatları toplamaq üçün alətlərlə təmin etmək idi. 2016-cı ildə yeni qlobal məqsəd və hədəflər toplusu - Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üçün ilkin vəziyyət göstəricilərini toplamaq məqsədilə 6-cı raund başladı. 2022-ci ilin ortasınadək, 119 ölkə və ərazidə ümumilikdə 350-dən çox sorğu tamamlanıb. MICS və Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) məlumatlarının bir-biri ilə müqayisə olunma imkanı yüksəkdir və bu sorğuları hazırlayan və prosesə dəstək göstərən texniki heyətlər bir-biri ilə yaxından əməkdaşlıq edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 43.12 dəfə / 1 mln.
2002 ••• 10.28
2003 ••••••••• 35.43
2004 •••••••••••• 44.13
2005 ••••••••••••••• 58.71
2006 •••••••••• 38.97
2007 •••••••• 29.39
2008 •••••• 22.41
2009 •••••••••••• 44.16
2010 •••••••••• 39.30
2011 •••••••••• 37.83
2012 ••••••••• 34.33
2013 ••••••••••• 41.28
2014 •••••••••• 38.10
2015 ••••••••• 35.04
2016 •••••••••••• 46.51
2017 ••••••••••••• 50.73
2018 •••••••••••••• 52.29
2019 •••••••••••••••••••• 79.70
2020 •••••••••••••• 52.38

sorğu sözünün leksik mənası və izahı

  • 1 is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. – Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli. // Dindirmə, suallar vermə, soruşma, istintaq. □ Sorğu (sorğu-sual) etmək – soruşmaq, sual vermək. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov. Sorğu-suala tutmaq – dalbadal sual vermək, çox dindirmək, soruşmaq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov. [Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sorğu

sorğu sözünün etimologiyası

sorğu sözünün sinonimləri (yaxın mənalı sözlər)

sorğu sözünün rus dilinə tərcüməsi

  • 1 вопрос, допрос, запрос, опрос

    Azərbaycanca-rusca lüğət / sorğu
  • 2 I сущ. 1. разг. вопрос (обращение к кому-л., требующее ответа, разъяснения и т.п.). Uşağın sorğuları вопросы ребёнка, sorğuya cavab vermək ответить на вопрос 2. опрос, опрашивание: 1) обращение ко многим с вопросами с целью получения каких-л. сведений. Ümumxalq sorğusu всенародный опрос, sorğu keçirmək проводить опрос, sorğunun nəticələri результаты опроса 2) метод собирания информации, применяемый в социальных исследованиях. Adda-budda sorğu выборочный опрос 3. запрос (официальное обращение с требованием, просьбой дать какие-л. сведения, объяснения). Sorğu ilə müraciət etmək обратиться с запросом, deputat sorğusu запрос депутата II прил. опросный. Sorğu vərəqəsi опросный лист, sorğu yolu ilə опросным путём; связь. sorğu açarı опросный ключ, sorğu ştepseli опросный штепсель 2. справочный. Sorğu bürosu справочное бюро

    Azərbaycanca-rusca lüğət / sorğu

sorğu sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. referendum; interrogatory; ~ keçirmək to hold* a referendum; ümumxalq ~su national referendum II. s. survey, inquiring; ~ vərəqi questionnaire

    Azərbaycanca-ingiliscə lüğət / sorğu

sorğu sözünün fransız dilinə tərcüməsi

sorğu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 SORĞU-SUAL сущ. суал, жузна, суал гун, ганвай суал; // суалар гун, луькӀуьрун, жузунун, сургъу-суал, жузна-жаваб, силис; sorğu (sorğu-sual) etmək сургъу-суал авун, суал(ар) гун, жузунун; sorğu-suala tutmaq галамаз-галамаз, сад-садан гуьгъуьналлаз суалар гун, гзаф жузунун, луькӀуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / sorğu

sorğu sözünün türk dilinə tərcüməsi

"sorğu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sorğu nədir? #sorğu sözünün mənası #sorğu nə deməkdir? #sorğu sözünün izahı #sorğu sözünün yazılışı #sorğu necə yazılır? #sorğu sözünün düzgün yazılışı #sorğu leksik mənası #sorğu sözünün sinonimi #sorğu sözünün yaxın mənalı sözlər #sorğu sözünün əks mənası #sorğu sözünün etimologiyası #sorğu sözünün orfoqrafiyası #sorğu rusca #sorğu inglisça #sorğu fransızca #sorğu sözünün istifadəsi #sözlük