* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••• | 23.98 |
2003 | •••••••••• | 16.93 |
2004 | •••••••• | 13.81 |
2005 | ••••••••••• | 19.57 |
2006 | •••••••••• | 18.02 |
2007 | ••••••• | 11.21 |
2008 | •••••• | 10.23 |
2009 | •••••••••••• | 20.48 |
2010 | •••••••••••• | 21.69 |
2011 | ••••••••• | 15.61 |
2012 | ••••••• | 11.87 |
2013 | ••••••••••••••••• | 30.78 |
2014 | •••••••••••• | 21.45 |
2015 | •••• | 7.32 |
2016 | ••••••••••••• | 23.60 |
2017 | •••••••••••••••••••• | 36.91 |
2018 | ••••••••••••• | 23.67 |
2019 | •••••••••••• | 20.72 |
2020 | ••••••••••••• | 23.34 |
1 is. 1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Ölüm qorxusu. Qorxudan əsmək. – Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Həyəcan, iztirab, təşviş, təlaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun. □ Qorxuya düşmək – təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. …Atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib … bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. Qorxuya salmaq – təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq. 2. Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi. – İndi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev. 3. Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani. 4. Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı.
Azərbaycan dilinin izahlı lüğəti1 həyəcan — iztirab — təşviş — təlaş
Azərbaycan dilinin sinonimlər lüğəti2 ehtiyat
Azərbaycan dilinin sinonimlər lüğəti3 hövl — xof
Azərbaycan dilinin sinonimlər lüğəti4 QORXU, VAHİMƏ Nə qorxumuz vardı, nə vahiməmiz; Ölüm yox, həyata inanırıq biz (Ə.Kürçaylı); BAK (kl.əd.) ...Can alsa da nə bak, o məxmur gözləri (A.Şaiq); HƏDƏ, TƏHDİD (hədə-qorxu gəlmə) Ancaq şirin sözlər, şirin vədələr; Təhqirlər, təhdidlər, min cür hədələr (B.Vahabzadə); HÖVL [Səfa:] Bəlkə də heç yatmayıblar, anam kimi canlarının hövlümlən gözlərinə yuxu getməyib (Ə.Qasımov); HÜRKÜ Tanımıram qorxu, hürkü (“Koroğlu”); XOF Allah xofu onun qəlbində o qədər güclüdür ki, pərvərdigardan hətta kömək istəyir... (Anar); VƏHM Allah, Allah, nədir bu tufanlar?! Az qalır vəhmdən çıxa canlar (M.Ə.Sabir); VƏHŞƏT Dərviş: ..Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı? (N.Vəzirov); ZƏHM Əlipaşanın zəhmi canına çökdü.. (Mir Cəlal).
Azərbaycan dilinin sinonimlər lüğəti1 QORXU – SEVİNC Bunu hiss etmiş kimi Mələyin ürəyinə bir qorxu çökdü (M.İbrahimov); Gözlərinə səadətə oxşar bir sevincin işığı düşdü (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti1 1. страх, боязнь, испуг; 2. опасение, опаска; 3. опасность, угроза;
Azərbaycanca-rusca lüğət2 сущ. 1. страх, боязнь. Qorxu hissi чувство страха, qorxu bilməmək не знать страха, qorxu çəkmək (keçirmək) испытывать, испытать страх 2. разг. беспокойство, тревога 3. испуг. Qorxudan quruyub qalmaq замереть от испуга 4. опасение. Hər şeyə qorxu ilə baxmaq на всё смотреть с опасением 5. опасность. Burada qorxu iki tərəfdəndir здесь опасность грозит с двух сторон, gözlənilməz qorxu неожиданная опасность; qorxuya düşmək быть охваченным паникой, впасть в панику, струсить, оробеть, устрашиться; qorxuya salmaq kimi устрашать, устрашить кого, нагонять, нагнать страх на кого; qorxu törətmək вселять, вселить страх в кого
Azərbaycanca-rusca lüğət1 i. 1. fear, fright; dread; ölüm ~su fear / dread of death; ~ içərisində olmaq, ~ya düşmək to be* gripped / siezed with fear; ~dan with / from fear; ~dan əsmək to quake with fear, to shiver from fear; ~ya salmaq to inspire fear; 2. (məsuliyyət hissi) risk, responsibility; öz ~sundan at one’s own risk, at one’s own responsibility; 3. bax təhlükə
Azərbaycanca-ingiliscə lüğət1 is. peur f, affolement m, crainte f, frousse f, trac m, angiosse f, menace f
Azərbaycanca-fransızca lüğət1 сущ. 1. кичӀевал; игьтият; // кичӀевилин (мес. гьисс); 2. кичӀ, рикӀин къалабулух, азаб, тешвиш, талаш; qorxuya düşmək кичӀ акатун, рикӀик къалабулух акатун, ччанда кичӀевал гьатун, тешвишдик акатун, кичӀе хьун; qorxuya salmaq кичӀ кутун (ччандик, рикӀик), рикӀик къалабулух кутун, куьчӀуьрарун; 3. кичӀевал, хата; 4. qorxudan нареч. кичӀевиляй.
Azərbaycanca-ləzgicə lüğəti