* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Qorxunc, qorxu hissi doğuran; qorxu gətirən, qorxudan, dəhşətli. Qorxulu nağıllar. Qorxulu yuxu. 2. Təhlükəli, xətərli, xatalı. Qorxulu yol. Qorxulu səfər. – Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. A.Bakıxanov. Lakin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. M.S.Ordubadi. Şəmsiyyə yalnız indi necə qorxulu bir addım atdığını duydu. M.İbrahimov. // Pis nəticə verə bilən, ölümlə nəticələnə bilən. Qorxulu xəstəlik.
Azərbaycan dilinin izahlı lüğəti / qorxulu1 Qorxmaq feilindən qorxu ismi, ondan da qorxuluq sözü əmələ gəlib (qorxuluğunu götürmək deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qorxulu2 QORXULU (müxtəlif mənalarda) Keçdi günlər, gecələr; Qorxulu, həyəcanlı (Ə.Cəmil ); BAĞIRYARAN Çoban ..çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub, irəli şığıdı (M.Rzaquluzadə); DƏHŞƏTLİ, QORXUNC Tufanı andıran; O dəhşətli, qorxunc; İllərini hələ də; Lənətlə danlayıram (Ə.Cəmil); XOFLU Yaxşı deyiblər: xain xoflu olar (M.İbrahimov); MƏHABƏTLİ (köhn.) Bilməm, bu dağlar, bu məhabətli fırtına.. (A.Şaiq); MÜDHİŞ Yox, sən rahətlik sevməyən atəşsən; Əriyəcək qəhrinlə müdhiş düşmən (A.Şaiq); VAHİMƏLİ [Qara bulud] yer üzünə vahiməli bir kölgə saldı (B.Bayramov); VƏHMƏLİ Evdə nəyinsə intizarını çəkən vəhməli bir sükut vardı (Ə.Əbülhəsən); VƏHŞƏTLİ Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri (A.Səhhət).
Azərbaycan dilinin sinonimlər lüğəti / qorxulu2 I прил. 1. страшный. Qorxulu görkəm страшный вид, qorxulu nağıl страшный рассказ, qorxulu xəbər страшная весть, qorxulu xəstəlik страшная болезнь, qorxulu bir şey yoxdur ничего страшного нет 2. жуткий, тягостный, неприятный, вызывающий чувство страха. Qorxulu mənzərə жуткое зрелище, qorxulu fikirlər тягостные мысли, qorxulu hiss неприятное ощущение 3. грозный: 1) жестокий, суровый 2) заключающий, выражающий угрозу. Qorxulu məktub грозное письмо 3) страшный 4. опасный. Qorxulu adam опасный человек, qorxulu yer опасное место, qorxulu səfər опасная поездка, qorxulu əməliyyat опасная операция, qorxulu yük ж.-д. опасный груз 5. тревожный. Qorxulu səs тревожный голос, qorxulu məlumat тревожное сообщение, qorxulu siqnal тревожный сигнал II нареч. 1. страшно 2. грозно. Qorxulu baxmaq грозно посмотреть 3. опасно 4. тревожно
Azərbaycanca-rusca lüğət / qorxulu1 s. 1. fearful, terrible, dreadful; ~ tufan fearful / terrible storm; ~ xəstəlik dreadful disease / illness; ~ xəbər terrible / dreadful news; ~ uçurum fearful precipice; 2. bax təhlükəli
Azərbaycanca-ingiliscə lüğət / qorxulu1 sif. terrible, effrayant, -e, épouventable, redoutable, horrible
Azərbaycanca-fransızca lüğət / qorxulu1 прил. 1. кичӀе жедай; кичӀе ийидай, пис нетижа гудай (мес. азар); кичӀ кутадай (мес. мах); qorxulu yuxu кичӀе жедай ахвар; 2. кичӀевал авай, хата авай, хаталу, кичӀе жедай (мес. рехъ).
Azərbaycanca-ləzgicə lüğəti / qorxulu