* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. – Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. // Çox güclü, çox şiddətli. Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı. Ə.Cəmil. 2. Baxanda adamda dəhşət, vahimə hissi doğuran, görünüşü qorxulu. Qorxunc görünüş. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Uzun papağını bir kənara qoyan, başının tükləri qabaran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı. S.Rəhimov. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə. 3. Qorxulu, təhlükəli, xətərli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur. – Orxan indi qorxunc bir addım atır. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / qorxunc2 1. QORXUNC Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır (S.Rüstəm); DƏHŞƏTLİ Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü (S.Rəhimov). 2. qorxunc bax qorxulu
Azərbaycan dilinin sinonimlər lüğəti / qorxunc2 I прил. 1. страшный, ужасный. Qorxunc hadisə страшный случай 2. жуткий, опасный 3. грозный. Qorxunc səs грозный голос II нареч. 1. страшно, ужасно 2. жутко, опасно 3. грозно
Azərbaycanca-rusca lüğət / qorxunc1 s. frightful; fearful; terrible; shocking; ~ səhnə a frightful scene; ~ xəbər terrible / dreadful / shocking news
Azərbaycanca-ingiliscə lüğət / qorxunc1 sif. terrible, effrayant, -e, horrible, affreu||x, -se, épouvantable
Azərbaycanca-fransızca lüğət / qorxunc1 прил. 1. кичӀе жедай; кичӀ кутадай; кичӀе ийидай; // гзаф кӀеви, гзаф гужлу (мес. ван, къай); 2. акуна кичӀе жедай (мес. ччин, акунар); 3. хаталу (мес. микроб).
Azərbaycanca-ləzgicə lüğəti / qorxunc