Toğrul sözü azərbaycan dilində

Toğrul

Yazılış

  • Toğrul • 99.7720%
  • TOĞRUL • 0.1596%
  • toğrul • 0.0684%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toğrul
Toğrul — kişi adı.
III Toğrul
Sultan III Toğrul (1169 – 19 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı. == Həyatı == 1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur. Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı. Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.
Toğrul (ad)
Toğrul — kişi adı.
Toğrul Abbasov
Toğrul Atakişiyev
Toğrul Ağalarlı
Toğrul Bağırov
Toğrul Bağırov (Toğrul Adil oğlu Bağırov ; d. 1954, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 yanvar, 2019. Moskva) — Rusiya alimi; Siyasi elmlər doktoru, professor. Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü. == Həyatı == Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dəki səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.
Toğrul Bozan
Toğrul Bozan (ö. 1052), 1052-ci ildə təxmini 40–57 gün Qəznəvi taxtını ələ keçirən qulam əsilli sərkərdə və Qəznəvi sultanı. Əvvəlki Qəznəvi hökmdarı Sultan Əbdürrəşidin ordu başçısı təyin etdiyi Tuğrul Bozanın vəzifəsi Səlcuqluların qarşısını almaq idi. Toğrul Bozan, 1051-ci ildə Selçuqluları məğlup edərək Sistanı ələ keçirsə də, Səlcuqların sığındığı Tak qalasını tuta bilmədi. Səlcuqlulara qarşı dövlət mövqeyini gücləndirən komandir, taxta göz dikməyə başladı. 10 noyabr 1051-ci ildə Qəznəyə doğru yürüşə başlayan Toğrul Bozan, 1052-ci ilin əvvəllərində Sultan Əbdürrəşid və on bir şahzadəyi öldürərək taxtı ələ keçirdi. Bu qətliamdan yalnız 3 şahzadə (Fərruxzad, İbrahim və Şüca) qurtula bildi. Qəznəvi Sultan Məsudun qulamlarından birinin Toğrul Bozanı xəncərlə öldürməsi nəticəsində 3 şahzadə də azad oldu. Toğrulun başı, Qəznə küçələrində gəzdirildi və beləliklə xalq, onun öldüyünə inanmış oldu. Bundan sonra Qəznəvi sərkərdələri bir araya gəldilər və sultanlıq üçün şahzadə Fərruxzadı seçdilər.
Toğrul Bərxudarov
Toğrul Cuvarlı
Toğrul Çingiz oğlu Cuvarlı (24 sentyabr 1939, Kirovabad) — yazıçı, ssenari müəllifi, kino redaktoru. == Həyatı == Toğrul Cuvarlı 1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində çalışmışdır. Axırıncı 10 ili publisist, iqtisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir. == Filmoqrafiya == Artilleriyanın allahı sayılırdı (film, 1996) Aşkarsızlıq şəraitində... (film, 1986) Azərbaycan kinosu-80 (film, 1996) Babamızın babasının babası (film, 1981) Bir axşam... (film, 1985) Dairə (film, 1989) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Toğrul Erat
Toğrul Erat (17 iyun 1992, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi. == Karyera == Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010–2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur. == Milli komanda == 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur.
Toğrul Feyzizadə
Toğrul Fərəczadə
Toğrul Hacıyev
Toğrul Mikayılov
Toğrul Murtuzayev
Toğrul Musayev
Toğrul Sirac oğlu Musayev (15 mart 1954, Bakı) — Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olmuşdur. 2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının, Apellyasiya Şurasının sədridir. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı, "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı və digər medallarla təltif edilmişdir. Dövlət başçısının fərman və sərəncamlarına əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü, Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir, bir sıra beynəlxalq konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması üzrə işçi qruplarda və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərində təmsil olunur.
Toğrul Məmmədov
Toğrul Məmmədzadə
Toğrul Nağıyev
Toğrul Nərimanbəyov
Toğrul Fərman oğlu Nərimanbəyov (7 avqust 1930[…], Bakı, Azərbaycan SSR, SSRİ – 2 iyun 2013, XV arondisman, Fransa) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir. Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb. O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir. == Həyatı == Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib.
Toğrul Rza
Toğrul Rza (28 oktyabr 1981, Sumqayıt) — aktyor. == Həyatı == Toğrul Musa oğlu Rza 28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olmuşdur. 1988-ci ildə Sumqayıt şəhərindəki 23 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kursuna qəbul olunub, 2002-ci ildə Dram Teatrı və Kino aktyoru ixtisası üzrə əyani təhsilini başa vurub. Təhsil aldığı dövrdə Bakı Kamera Teatrında aktyor işləyib (2000–2002). 2002-ci ildən 2003-cü ilə qədər ordu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 2004-cü ilə qədər Bakı Kamera Teatrında fəaliyyətini davam etdirib. Həmin ildən Bakı Bələdiyyə Teatrında çalışır. Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısı olmuşdur Ailəlidir, həyat yoldaşı Bakı Bələdiyyə Teatrının aktrisası Ülviyyə Gülməmməd qızı Rzadır. İki övladı var: Orxan Rza, Tural Rza.
Toğrul Sadıqzadə
Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə (1926, Bakı – 1995) — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu. Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. 1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.
Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. == Fəaliyyəti == Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Toğrul Xudiyev
Mahmud Toğrul xan
Mahmud bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1059. ildə qardaşı oğlu I İbrahim Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. == Həyatı == Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
Toğrul (Böyük Səlcuq hökmdarı)
Toğrul bəy (təq. 990 – 4 sentyabr 1063, Təcriş[d], Böyük Səlcuq imperiyası) — Oğuz elinin Qınıq boyundan, Böyük Səlcuqlu dövlətinin qurucusu və ilk sultanı (1040–1063) == Həyatı == Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi. Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonra onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sistan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə — Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni-gürcü-Bizansın birləşmiş qüvvələrindən qorumaq tapşırıldı. Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi.
Toğrul Hacıyev (əsgər, 1991)
Toğrul Hacıyev (əsgər, 1996)

toğrul sözünün leksik mənası və izahı

toğrul sözünün etimologiyası

"toğrul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toğrul nədir? #toğrul sözünün mənası #toğrul nə deməkdir? #toğrul sözünün izahı #toğrul sözünün yazılışı #toğrul necə yazılır? #toğrul sözünün düzgün yazılışı #toğrul leksik mənası #toğrul sözünün sinonimi #toğrul sözünün yaxın mənalı sözlər #toğrul sözünün əks mənası #toğrul sözünün etimologiyası #toğrul sözünün orfoqrafiyası #toğrul rusca #toğrul inglisça #toğrul fransızca #toğrul sözünün istifadəsi #sözlük