noğul sözü azərbaycan dilində

noğul

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • noğul • 84.8101%
  • Noğul • 15.1899%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Noğul
Noğul - Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. == Hazırlanması == Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. == Ziyafət süfrələrində istifadəsi == Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Bədmüşk Noğulu
Bədmüşk Noğulu (az.-əbcəd بیت‌میش نوغولو‎) – Urmiya şəhərinə aid ənənəvi şiriniyyat növü. Bu şiriniyyatın əsas maddəsi Bədmüşk arağıdır. == Lazım olan ərzaqlar == Şəkər Su Bədmüşk Arağı Qoz içi və ya dilimlənmiş badam Vanil Tartar kremi == Hazırlanma qaydası == Birinci mərhələdə şəkər və suyu ayrı bir qazanda qarışdırın. Sonra şəkər və suyu qarışdırın ki, şərbət istədiyiniz konsistensiyaya malik olaraq, çox qalınlaşsın ki, bal şərbəti kimi olsun. İndi dilimlənmiş badamları böyük bir qazana tökün və 15 dəqiqədən sonra ortaya çıxan şərbətin üzərinə tökün. Bu ümumi proses 30 dəqiqədən saat yarımadək çəkir və Urmiyə noğulunun hazırlanması başa çatdıqdan sonra əsl dadı və iyini hiss etmək üçün noğula bədmüşk arağı əlavə olunur. Ən sonda noğullar qazanın içində 110 dərəcə istilikdə qovurulmalıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2006 •••••••••••••••••• 0.45
2008 ••••••••••••••••••• 0.49
2009 ••••••• 0.16
2010 •••••••••••••• 0.36
2011 •••••••••• 0.26
2012 •••• 0.09
2013 ••••••••••••••••• 0.44
2016 •••••••••••••••••••• 0.52
2018 •••••• 0.15

noğul sözünün leksik mənası və izahı

  • 1 is. İçərisinə keşniş tumu qoyulmuş xırda, üstü kələ-kötür, yumru şirni növü. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. İyirmi-otuz adam qız evində yeyib-içib, hərə cib yaylığına yarım girvənkə noğul, şirni, konfet, qənd bağlayıb götürüb gedirlər. R.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / noğul

noğul sözünün rus dilinə tərcüməsi

  • 1 конфеты с шероховатой поверхностью и с пряной или миндальной начинкой

    Azərbaycanca-rusca lüğət / noğul
  • 2 сущ. ногул (конфеты кругловатой формы с шероховатой поверхностью, с пряной или миндальной начинкой)

    Azərbaycanca-rusca lüğət / noğul

noğul sözünün inglis dilinə tərcüməsi

noğul sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къене кӀешнишдин тум тунвай куьлуь, винел пад легъв-син тир, элкъвей кӀалубдин ширинлух; кӀекер (рах.).

    Azərbaycanca-ləzgicə lüğəti / noğul

noğul sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax nöql.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

içinə keşniş tumu qoyulmuş xırda, yumru şirni növü.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"noğul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#noğul nədir? #noğul sözünün mənası #noğul nə deməkdir? #noğul sözünün izahı #noğul sözünün yazılışı #noğul necə yazılır? #noğul sözünün düzgün yazılışı #noğul leksik mənası #noğul sözünün sinonimi #noğul sözünün yaxın mənalı sözlər #noğul sözünün əks mənası #noğul sözünün etimologiyası #noğul sözünün orfoqrafiyası #noğul rusca #noğul inglisça #noğul fransızca #noğul sözünün istifadəsi #sözlük