doğul sözü azərbaycan dilində

doğul

Yazılış

  • doğul • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.
Kenan Doğulu 3
Kenan Doğulu 3 — Kənan Doğulunun 1996-cı ildə çıxartdığı albomu.
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Romada azad doğulmuş ərli qadın
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Ronald Reyqanın doğulduğu yer
Ronald Reyqanın doğulduğu yer (ing. Birthplace of Ronald Reagan) və ya Qraham binası — ABŞ Prezidentinin doğulduğu yer İllinoys ştatının Tampiko şəhərində 19-cu əsrə aid binanın 2-ci mərtəbəsində yerləşir. Bina 1896-cı ildə tikilmişdir. Burada 1915-ci ilə qədər bar fəaliyyət göstərmişdir. ABŞ-nin 40-cı Prezidenti Ronald Reyqan 6 fevral 1911-ci ildə bu binadakı evdə anadan olsa da, bir neçə aydan sonra ailəsi oradan köçüb. Tarixi bina 2 mərtəbədən ibarətdir və kərpicdən tikilmişdir. Abidə 1982-ci ildə ABŞ-nin Tarixi Abidlərinin Milli Reyestrinə salınmışdır.
Takvakor: İslami pankın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.
Takvakor: İslami punkın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.
Ulduz doğuldu (film, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) — 2018-ci ildə Bredli Kuperin prodüsserliyi və rejissorluğu ilə çəkilmiş, aktyorun rejissor debütü olan ABŞ musiqili romantik dram filmidir. Filmin ssenarisi Kuper, Erik Rot və Uill Fetters tərəfindən yazılmışdır. 1937-ci ildə çıxarılmış eyni adlı filmin remeyki olan filmdə Kuper, Ledi Qaqa, Endryu Days Kley, Deyv Şappell və Sem Elliot rol almışlar. Filmdə içki və narkotik düşkünü olan məşhur musiqiçinin (Kuper) gənc müğənni qızla (Qaqa) tanış olması və sevməsindən bəhs edilir. Bu, 1937-ci ildə çıxarılmış orijinal filmin (əsas rollarda Cenet Geynor və Fredrik Març) üçüncü remeykidir. Daha əvvəl isə filmin, 1954-cü ildə və (əsas rollarda Cudi Qarlend və Ceyms Meyson) və 1976-cı ildə (əsas rollarda Barbra Streyzand və Kris Kristofferson) remeykləri çıxarılmışdı. Üçüncü Ulduz doğuldu remeyki haqqında müzakirələrə 2011-ci ildə başlanılmış və həmin vaxt Klint İstvudun rejissor kürsüsünə əyləşəcəyi, Beyonsenin isə baş rolu canlandıracağı elan edildi. Bundan sonra film inkişaf cəhənnəminə düşmüş, Beyonsenin partnyoru kimi bir neçə aktyorun, o cümlədən, Kristian Beyl, Leonardo Di Kaprio, Uill Smit və Tom Kruzun adları hallandırılmışdır. 2016-cı ilin martında Kuperlə filmdə rol almaq və rejissorluq etmək üçün müqavilə imzalanmış, həmin ilin avqustunda isə Ledi Qaqa layihəyə qoşulmuşdur.
Ulduz doğuldu (film musiqisi, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) – 2018-ci ildə çıxarılmış eyni adlı musiqili filmin Ledi Qaqa və Bredli Kuper tərəfindən ifa edilmiş musiqi albomudur. Albom 5 oktyabr 2018-ci ildə “Interscope Records” leyblı tərəfindən çıxarılmışdır. Qaqa və Kuper albom üzərində aralarında filmdə Kuperin qrupunda çalışmış kimi göstərilən Lukas Nelson da olan bir neçə kantri musiqiçisi ilə birlikdə çalışmışlar. Daha çox pop yönümlü mahnılar üzərində isə Qaqa və DJ White Shadow birlikdə çalışmışlar. Alboma həm də, Ceyson İzbell, Mark Ronson, Dayan Uorren və “Miike Snow” qrupundan Endryu Vayt ilə birlikdə çalışmışlar. == Ərəfə və inkişaf == 2015-ci ilin martında Warner Bros. Bredli Kuperin 1937-ci ildə çıxarılmış “Ulduz doğuldu” filminin dördüncü remeykinin rejissorluğunu edəcəyini bildirir. 2016-cı ilin avqustunda Ledi Qaqanın layihəyə qoşulmasından sonra, 2017-ci ilin əvvəllərində studiya layihə üçün qırmızı işıq yandırdı. Kuper tanınmış kantri musiqiçisi Cekson Meyni canlandırır.
Veneranın doğulması
Veneranın doğulması (Buqro) — Vilyam Buqronun tablosu
Veneranın doğulması (Botiçelli)
"Veneranın doğulması" (it. Nascita di Venere) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir. == Həmçinin bax == Veneranın doğulması (Buqro) == Xarici keçidlər == The Medici Venus – Greek statue, template for Botticelli's Venus.
Veneranın doğulması (Buqro)
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi. Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir. == Tarixi == Veneranın doğulması əsəri, 1879 - cu il Paris Salonu üçün çəkilmişdir. Həmin il əsər Lüksemburq muzeyi tərəfindən alınmışdır. Hal-hazırda, Buqronun "Veneranın doğulması" əsəri, Parisdəki Orsay muzeyinin daimi kolleksiyasına daxildir.
Veneranın doğulması (Kabanel)
"Veneranın doğulması" (fr. Naissance de Venus) — XIX əsr fransız akademik rəssamı Aleksandr Kabanelin ən məşhur əsərlərindən biri.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. == Məzmunu == Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. == Ekranizasiyası == 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. == Nəşrləri == Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
İlk doğulmuşlar (teleserial, 2013)
İlk Doğulmuşlar (ing. The Originals) — Amerika istehsalı olan və 2013-cü ildə The CW kanalında yayımlanmağa başlayan televiziya serialıdır. Bu serial Vampirin Gündəlikləri serialının spin-off versiyası kimi hazırlanıb və hadisələr Klaus Mayklson və onun ailəsinin Nyu-Orleana köçərək burada baş verən hadisələrdən söhbət açılır.. Teleserialın premyerası 15 oktyabr 2013-cü ildə, baş tutdu.10 may 2017-ci ildə kanal serialın beşinci mövsümü yayımlanacağını bildirdi. == Ümumi məlumat == İlk Doğulmuşlar serialı Vampirin Gündəlikləri-nin spin-off versiyası kimi hazırlanıb. Burada hadisələr ilk vampirlər olan Mayklson ailəsi ətrafında cərəyan edir. Serialın arxa olan seriası 25 aprel 2013-cü ildə yayımlandı. Seriada Klausdan hamilə olan Heili və ona yaxın mənbələrdən bəhs olundu. Serianın bir çox səhnələri Vampirin Gündəliklərindən götürülüb. İkinci seriadan etibarən serial 1919-cu ildən indiyədək ilk dəfə Nyu-Orleana qayıtmış olan Mayklsonlar ilə başlayır.
İsanın bakirədən doğulması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.
İsanın doğulması
İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər. Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.Katolik kilsəsi mənsublarının, eləcə də digər xristian toplumlarının qeyd etdiyi doğulma hadisəsi (Milad bayramı) İsanın doğulmasının qeyd edilməsi bayramıdır.
Takvakor: İslami pankın doğuluşu
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.

"doğul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#doğul nədir? #doğul sözünün mənası #doğul nə deməkdir? #doğul sözünün izahı #doğul sözünün yazılışı #doğul necə yazılır? #doğul sözünün düzgün yazılışı #doğul leksik mənası #doğul sözünün sinonimi #doğul sözünün yaxın mənalı sözlər #doğul sözünün əks mənası #doğul sözünün etimologiyası #doğul sözünün orfoqrafiyası #doğul rusca #doğul inglisça #doğul fransızca #doğul sözünün istifadəsi #sözlük