Elza sözü azərbaycan dilində

Elza

Yazılış

  • Elza • 99.8219%
  • ELZA • 0.1188%
  • elza • 0.0594%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı. Elza Səmədova — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı.
Elza Bəkirova
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycan bəstəkarı; müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.
Elza Səmədova
Dr. Elza Səmədova Nizami qızı (27 dekabr 1975, Yevlax) — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı. Elza Səmədova Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. Elza Səmədova 1993–2004 tarixləri arasında türk ləhcələri sahəsində Türkiyənin Erciyəs və Səlcuq Universitələrində bakalavr, magistr və doktora təhsili almış və türk ləhcələrinin müqayisəli morfologiyası və semantikası istiqamətində PH. D dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1993–1997 tarixləri arasında Türkiyənin Erciyəs universitəsində təhsil pedaqogikası istiqamətində bakalavr pilləsini bitirmişdir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır. Onun, tarixi türk ləhcələri müasir türk ləhcələri arasındakı paralelliklər qurduğu araşdırmaları və müqayisəli qrammatika istiqamətindəki tədqiqatları uğur qazanmışdır. 2004 – 2008 tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi və Türk dünyası işlətmə fakültəsinin təhsil və tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Elza Triole
Elza Triole(Elza Yuryevna Kaqan, 12 (24) sentyabr 1896, Moskva, Rusiya imperiyası – 16 iyun 1970[…]) — Rus əsilli fransız yazıçısı.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Elza Cin
Sapfira Nikol Hauell (ing. Sapphire Nicole Howell; 1 sentyabr 1996[…], Nors-Kanton[d], Ohayo, ABŞ), səhnə adı ilə Elza Cin (ing. Elsa Jean) — ABŞ fotomodeli və pornoqrafik aktrisası.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Elzamin Tağıyev
Elzamin Eyvaz oğlu Tağıyev (11 avqust 1992; Qaradağlı, Xocavənd rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elzamin Tağıyev 11 avqust 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açmışdır. Elzamin ilk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində almışdır. Elzamin Tağıyev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elzamin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elzamin Tağıyev 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elzamin Təhməzov
Elzamin Kamal oğlu Təhməzov (26 oktyabr 1979; Bərdə rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən Laçın rayonunun Malxələf kəndindən idi. Ailəli idi. 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Elzamin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzamin Təhməzov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Elzar Yusubov
Süleyman oğlu Yusubov (9 yanvar 1989, Qəmərli, Dmanisi rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Elzas-Lotaringiya
Elzas-Lotaringiya (alm. Elsaß-Lothringen‎, fr. Alsace-Lorraine) — Almaniya imperiyasının ələ keçirdiyi əyalət. Sedan savaşından öncə Fransanın torpağı olan Elzas-Lotaringiya bölgəsi Frankfurt Sülh müqaviləsiylə Almaniya imperiyasında bir əyalət halına gəldi. Ancaq Lotaringiyanın kiçik bir qismi Fransaya verildi. Birinci dünya müharibəsindən sonra bölgə qısa bir müddətə Elzas-Lotaringiya sovetləri adı altında müstəqil olsa da, Versal sülh müqaviləsi ilə Fransaya tabe edildi. Yeni gələn fransız idarəsi sürətli bir şəkildə bölgəni fransızlaşdırmağa başladı. Zamanla fransızlaşan bölgəyə Fransa bir çox təhkimat, qala və Majino xəttini qurduqdan sonra İkinci dünya müharibəsindəki fransızların məğlubiyyəti ardından təkrar Almaniyaya keçən bölgə, 1945-ci ildə almanların təslim olmasıyla təkrar Fransa üsul-idarəsinə verildi. Bugün bölgə Fransa idarəsi altındadır.

elza sözünün leksik mənası və izahı

"elza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elza nədir? #elza sözünün mənası #elza nə deməkdir? #elza sözünün izahı #elza sözünün yazılışı #elza necə yazılır? #elza sözünün düzgün yazılışı #elza leksik mənası #elza sözünün sinonimi #elza sözünün yaxın mənalı sözlər #elza sözünün əks mənası #elza sözünün etimologiyası #elza sözünün orfoqrafiyası #elza rusca #elza inglisça #elza fransızca #elza sözünün istifadəsi #sözlük