ruhi-əfza sözü azərbaycan dilində

ruhi-əfza

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ruhi-əfza • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Ruhi xəstəxana
Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Ruhi Əliyeva
Ruhi Ərsoy
Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü. Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.
Ruhi Sarıalp
Ruhi Sarıalp (türk. Ruhi Sarıalp) — Üç təkanla tullanmada yarışan türk atlet. O, Avropa Atletika Çempionatları və Olimpiya Oyunları tarixində medal qazanan ilk türk idmançıdır. Ruhi Sarıalp 1984-cü il Olimpiya Oyunlarında boksçu Eyüp Can bürünc medal qazanana qədər 36 il ərzində Türkiyə üçün olimpiadalarda güləşdən başqa medal qazanan yeganə idmançı olmuşdur. Bu Əşrəf Apakın 2004-cü ildə çəkic atmada bürünc medalına qədər 56 il ərzində qazanılan yeganə olimpiya medalı idi. Ruhi Sarıalpın 1950-ci ildə Brüsseldə qazandığı bürünc medal, 2002-ci ildə Süreyya Ayhanın 1500 metr qaçışda qızıl medal qazanmasına qədər 52 il Türkiyənin Avropa Atletika Çempionatında yeganə uğuru olaraq qalmışdı. Manisa Hərbi Liseyində atletika ilə məşğul olan Sarıalp daha sonra Fənərbaxçaya keçib. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanmada Türkiyəni təmsil edib və bürünc medal qazanıb. Bu medal Əşref Apak 2004 Yay Olimpiya Oyunlarında çəkic atmada bürünc medal qazanana qədər 56 il ərzində Türkiyənin atletika üzrə olimpiadalarda qazandığı yeganə medal idi. Sarıalp eyni uğuru 1950-ci ildə Brüsseldə keçirilən Avropa Atletika Çempionatında da göstərmişdi.
Şevk-Əfza Validə Sultan
Şövqəfza Sultan (Osmanlı türkcəsi: شوق‌افزا سلطان) (d. 12 dekabr 1820 — ö. 17 sentyabr 1889) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 33-cü Osmanlı sultanı V Muradın anası. Şövqəfza Sultan 1820-ci ildə, o illərdə Rusiya imperiyasına aid olan Poti şəhərində dünyaya gəlmişdir. Atası Mehmed bəy Zaurum, anası isə ubix əsilli Cəmilə xanımdır. Ailənin ondan başqa Fatma Laleru adlı bir qızı daha vardı. Ailə bölgədə baş verən siyasi hadisələr səbəbilə İstanbula köç etmiş, hər iki qızını da Sultan Mahmudun sarayına təslim etmişdir. Sarayda Sultan Mahmudun xanımlarından Nurtab Sultanın himayəsinə verilən bacılar mükəmməl saray təhsili aldılar. 14 yaşı olanda yeni taxta çıxmış Sultan Əbdülməcidin hərəminə alındı və 1 avqust 1839-cu ildə Topqapı sarayında cütlük evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi.

Oxşar sözlər

#ruhi-əfza nədir? #ruhi-əfza sözünün mənası #ruhi-əfza nə deməkdir? #ruhi-əfza sözünün izahı #ruhi-əfza sözünün yazılışı #ruhi-əfza necə yazılır? #ruhi-əfza sözünün düzgün yazılışı #ruhi-əfza leksik mənası #ruhi-əfza sözünün sinonimi #ruhi-əfza sözünün yaxın mənalı sözlər #ruhi-əfza sözünün əks mənası #ruhi-əfza sözünün etimologiyası #ruhi-əfza sözünün orfoqrafiyası #ruhi-əfza rusca #ruhi-əfza inglisça #ruhi-əfza fransızca #ruhi-əfza sözünün istifadəsi #sözlük