Ruhin sözü azərbaycan dilində

Ruhin

Yazılış

  • Ruhin • 98.9011%
  • ruhin • 1.0989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ruhin Qəhrəmanov
Ruhin Əşrəf oğlu Qəhrəmanov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub. Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qəhrəmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Ruhin İsmayılov
Ruhin İsmayılov (19 fevral 1987, Nərimanlı, Vardenis rayonu) — Azərbaycanlı bəstəkar, prodüser və aranjimançı. Murad Boz, Sonər Arıca, Sevtuğ və başqa tanınmış türk musiqiçilərlə işləyib. Akademik musiqi təhsili alıb, bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda və Türkiyədə çəkilən bir neçə filmin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır. Bundan əlavə bəstəkar bir sıra film, serial, tv proyektlər üçün musiqilər yazmışdır. Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-u Ermənistan SSR-in Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub. Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.92 dəfə / 1 mln.
2006 •• 0.23
2007 •• 0.21
2008 ••••• 0.73
2009 •• 0.16
2010 ••••• 0.64
2011 •••• 0.60
2012 ••••••••••••• 1.89
2013 •••••••••••• 1.75
2014 •••• 0.51
2015 •••••••••••••••••••• 3.06
2016 •••••••••••••••••••• 2.95
2017 •••••• 0.81
2018 •• 0.30
2020 ••••• 0.66

ruhin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

sənin ruhun, sənin canın; canlı, ruhlu.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ruhin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ruhin nədir? #ruhin sözünün mənası #ruhin nə deməkdir? #ruhin sözünün izahı #ruhin sözünün yazılışı #ruhin necə yazılır? #ruhin sözünün düzgün yazılışı #ruhin leksik mənası #ruhin sözünün sinonimi #ruhin sözünün yaxın mənalı sözlər #ruhin sözünün əks mənası #ruhin sözünün etimologiyası #ruhin sözünün orfoqrafiyası #ruhin rusca #ruhin inglisça #ruhin fransızca #ruhin sözünün istifadəsi #sözlük