Rufino Tamayo
Rufino Tamayo (tam adı: Rufino del Carmen Arellanes Tamayo; d. 25 avqust 1899 – 24 iyun 1991) — Sapoteki irsinə mənsub olan Meksikalı rəssam, Meksikanın Oaxaka şəhərində anadan olmuşdur. Tamayo 20-ci əsrin ortalarında Mexiko və Nyu-Yorkda fəaliyyət göstərmiş və sürrealizmin təsiri ilə abstrakt fiqurlarını təsvirlərini yaratmışdır.
== Erkən həyatı ==
Valideynlərinin ölümündən sonra Tamayo xalası ilə yaşamaq üçün Mexikoya köçdü. Orada olarkən, o, özünü kiçik bizneslə məşğul olan ailəsinə həsr etdi. Lakin bir müddət sonra, 1917-ci ildə xalası onu incəsənəti öyrənmək üçün San-Karlosdakı Milli Rəssamlıq Məktəbinə apardı. Şagird kimi o dövrdə olan digər məşhur cərəyanlar arasında Kubizm, İmpressinoizm və Fovizm cərəyanlarından təsirləndi. Burada Tamayo gənc bir rəssam kimi təhsil alsa da, sonralar bu təhsildən razı qalmadı və özü fərdi şəkildə məşğul olmağa başladı. 1921-ci ildə Etnoqrafik Rəsimlər Bölməsində çalışmağa başladı, daha sonra isə bu bölmənin rəhbəri təyin olundu.
== Karyerası ==
30-cu illərdə o, monumental əsərlərin yaradılması ilə bağlı bir sıra sifarişlər aldı .