Milli ruhun bahadırları (film, 2010)
Xalqın mənəvi mədəniyyət tarixində ilk növbədə, çox geniş yayılan xalq oyunları, Milli idman növləri hesab edilən: çövkan, zorxana mühüm yer tutub. Nağıllarımızda məharətlə at sürənlər, ox atanlar, güləşənlər haqqında çox deyilib. Dahi Nizami Gəncəvinin tarixi "Şərəfnamə" əsərində çövkan oyunundan, "Xosrov və Şirin" poemasmda Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmaması, Şirin ilə oynayan qızların da məharətli çövkan oyunçusu olması kimi məlumatlar var. İnsan cəmiyyətinin mövqeyinin fiziki qüvvəyə görə müəyyənləşdiyi bir dövrdə at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə malik olmaq böyük əhəmiyyət kəsb edirdi...Bu kəlmələr Milli idman tariximizdən və idman növlərimizdən bəhs edən Milli ruhun bahadırları adlı sənədli filmdən götürülüb. Film İdman Azərbaycan kanalının təqdim etdiyi sayca üçüncü filmdir. Tarixi xronoloji ardıcıllıqla verilən, bu günümüzdə sürətlə inkişaf edib böyük uğurlara imza atan zorxana idman növü haqqında filmdə ətraflı məlumatlar verilir. Film dərin tamaşaçı rəğbəti qazanmış və Novruz bayramı ərəfəsində həm İdman Azərbaycan kanalı ilə, həm də, AzTv ilə nümayiş etdirilib.
Ssenari müəllifi: Eldar İsgəndərzadə
Rejissor: Vasif Məmmədzadə
Operator: Mahir Cahagirov
Musiqi tərtibatçısı: Ceyhun Ağayev
Filmi səsləndirdi: Əli Məmmədov
Montaj: Rasim Baxşəliyev; Elmar Vəliyev
İnzibatçı: Elşən Qarayev
Proqramın rəhbəri və redaktor: Elsevər Dünyamalıyev
X.Qurbanov-AZF-nin və Milli İdman Növləri Assosiasiyasının prezidenti.
Hadi Ərəbi- AZF-nin baş katibi,məşqçi.
Zorxana pəhləvanları,dünya və Avropa çempionları.