Dyatlovun turist qrupunun həlak olması
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır.
Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir.
== Hadisənin zəmini ==
1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu.
== Ekspedisiya ==
=== Heyət üzvləri ===
Georgy Krivonischenkoy (13 yanvar 1936)
Yuri Doroshenkoy (29 yanvar 1938)
Zinaida Kolmogorov (12 yanvar 1937)
Rüstəm Slobodin (7 fevral 1935)
Alexandr Zolotaryov (2 fevral 1921)
Alexandr Kolevatov (16 noyabr 1934)
Ludmilla Dubinina (12 may 1938)
Nicolay Vladimiroviç (5 iyun 1935)
İqor Dyatlov (13 yanvar 1936)
Yuriy Yudin (19 iyul 1937)
25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.