Elya sözü azərbaycan dilində

Elya

Yazılış

  • Elya • 95.2381%
  • elya • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düsseldorflu Elyanora Maqdalena
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (1630-1686)
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Elyar Mirzəyev
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. == Həyatı == Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elyar Məmmədov
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. ==== Ölümü ==== Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev , Kərim Əliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Elyasalılar
İlyaslar, Elyasalılar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Elyasalılar Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır. Qeyd edək ki, qazax tayfalarının içərisində ellazalı nəslinin adına təsadüf edilir. Gürcüstanın Bolnisi rayonunda keçmış El kəndinin 1948-ci ildən adı Elias Sopeli adlanır.
Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri. == Haqqında == Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.
Elyaz Qarayev
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Pavel Elyanov
Pavel Elyabov (ukr. Павло Володимирович Ельянов; 10 may 1983, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna şahmatçısı, qrosmeyster. Pavel komandalararası şahmat olimpiadalarında iki qızıl medal və individual yarışlarda bir gümüş medal qazanmışdır. 2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır. Sarayevoda keçirilən 2009 Bosna Şahmat Turnirinin qalibi oldu (7/10). Turnir ikili dairəvi sistem üzrə 6 nəfərdən ibarət idi. 2010-cu ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir. 2012-ci ildə Aeroflot Opendə 1–3-cü yerləri bölüşdürmüşdür. 2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu. 2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunun qalibi oldu.
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)
Vizeyli Elyanora
Şəhid Mirzəyev Elyar Cəlal oğlu
Elyar Kamrani
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir. == Həyatı == Elyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu. == Siyasi fəaliyyəti == Elyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir. Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur. ==== Həbs edilməsi ==== 2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.
Elyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. == Yaradıcılığı == Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır. 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Elyanora Giorgi
Elyanora (Akvitaniya hersoqinası)
Akvitaniyalı Elyanora (fr. Éléonore d'Aquitaine; oks. Alienòr d'Aquitània; 1122, Bordo, Akvitaniya hersoqluğu – 1 aprel 1204[…], Puatye) — Akvitaniya hersoqinası. Fransa kralı VII Lüdovik və İngiltərə kralı II Henriylə baş tutan evlilikləri səbəbilə, bir müddət hər iki dövlətin kraliçası olmuşdur. Uzun illər cənub-qərbi Fransanı idarə edən Puatye sülaləsinin varisi olaraq Orta əsrlər dövründə Avropanın ən güclü və zəngin qadınlarından biri idi. Atası X Uilyamın vəfatının ardından 1137-ci ildə hələ 15 yaşında ikən hersoqina oldu. Elə həmin il Fransa kralı VI Lüdovikin oğlu ilə evləndirildi və çox keçmədən qaynatasının vəfatıyla əri VII Lüdovik taxta çıxdı. Beləcə, Fransa kraliçası olan Elyanoranın bu nigahdan 2 qızı dünyaya gəldi. 1147-ci ildə baş tutan İkinci Səlib yürüşündə əriylə birlikdə müqəddəs torpaqlara səyahət etdi. Ancaq oğul varisi verə bilmədiyi üçün əri tərəfindən boşanmağa məcbur edildi.
Elyanora Plantagenet (Kastiliya kraliçası)
Elyanora Plantagenet (isp. Leonor Plantagenet; sentyabr 1161 – 31 oktyabr 1214, Burqos, Kastiliya və Leon) — Kastiliya kralı VIII Alfonsonun xanımı, Kastiliya kraliçası. Eyni zamanda İngiltərə kralı II Henrinin qızıdır. Təxminən 1161-ci ildə Normandiyanın Domfront kommunasında dünyaya gəldi. Atası İngiltərə kralı II Henri, anası isə Akvitaniya hersoqinası Elyanora idi. Anası daha öncə Fransa kralı VII Lüdoviklə evlənmişdi və bu evlilikdən onun 2 bacısı vardı. 1170-ci ildə 9 yaşlı Elyanora siyasi məqsədlərlə 15 yaşlı Kastiliya kralı VIII Alfonso ilə evləndirildi. Bu yolla atası Akvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.

elya sözünün leksik mənası və izahı

"elya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elya nədir? #elya sözünün mənası #elya nə deməkdir? #elya sözünün izahı #elya sözünün yazılışı #elya necə yazılır? #elya sözünün düzgün yazılışı #elya leksik mənası #elya sözünün sinonimi #elya sözünün yaxın mənalı sözlər #elya sözünün əks mənası #elya sözünün etimologiyası #elya sözünün orfoqrafiyası #elya rusca #elya inglisça #elya fransızca #elya sözünün istifadəsi #sözlük