* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. 1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli. 2. məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma. □ Əhya etmək – yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə. // Vücuda gətirmə, təsis etmə. 3. din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri. – Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər … başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / əhya1 сущ. устар. воскресение, обновление, возрождение; əhya etmək оживлять, оживить
Azərbaycanca-rusca lüğət / əhya1 [ər.] сущ. клас. 1. ччан гъун, дири авун; ччан атун, дири хъхьун; 2. пер. цӀийи уьмуьр хгун, ччан хкун, рас хъувун; арадал гъун; // əhya etmək цӀийи уьмуьр хгун, рас хъувун, гуьнгуьна хтун, абад авун, ччандал гъун, кӀубанарун; 3. дин. диндар мусурманри ксун тавуна экуьнелди ибадат авун; əhya gecələri сив хуьдай вацран (рамазандин) 19, 21, 23 лагьай ряденар (йифер).
Azərbaycanca-ləzgicə lüğəti / əhya