Alya sözü azərbaycan dilində

Alya

Yazılış

  • Alya • 91.5254%
  • alya • 5.0847%
  • ALYA • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alya
Alya (fr. Alliat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09006. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 64 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 48 nəfər (15-64 yaş) arasında 30 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə 70,7%). Fəal olan 30 nəfərdən 25 nəfər (14 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. 18 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alyans Arena
Alyans Arena — Almaniyanın Münhen şəhərində futbol stadionu. Bayern Münhen futbol klubu 2005/06 mövsümündən etibarən ev oyunlarını burada keçirir. Dortmundda yerləşən Siqnal İduna Park stadionundan sonra Almaniyanın ikinci böyük stadionudur. == Haqqında == 2005-ci ildə istifadəyə verilən Alyans Arena Avropanın ən yaxşı stadionlarından sayılır. Stadionun tutumu ev oyunlarında 75 min, beynəlxalq yarışlarda 70 min nəfərdir. Stadionun fasadı axşamlar və ya oyunlar keçirilən zaman işıqlandırlır. Tikintisinə 340 milyon avro sərf edilmişdir.
Alyaqış (Askın)
Alyaqış (başq. Алъяғыш, rus. Альягиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (79 %) üstünlük təşkil edir.
Alyaska
Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb.
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. == Tarix == Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. == Həmçinin bax == Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean == Xarici keçidlər == Şimali Amerika Sakit okean == Ədəbiyyat == Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Alyaska günü
Alyaska günü (ing. Alaska Day) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında 18 oktyabr tarixində qeyd olunan rəsmi bayram günü. Həmin gün Alyaska ştatında qeyri-iş günü hesab olunur. Alyaska gününün qeyd olunması ABŞ-nin 1867-ci ilin 18 oktyabr tarixində Alyaska ştatının Rusiya imperiyasından satın alınmasından sonra ənənəvi şəkildə qeyd olunmağa başlanılmışdır. ABŞ-nin XXIV Xarici İşlər Naziri, senator Uilyam Sivard 1867-ci ilin oktyabr ayında Rusiya imperiyası ilə Alyaskanın satın alınması ilə bağlı danışıqlara başlayır. Danışıqlar nəticəsində ərazi 7.2 milyon dollara ABŞ tərəfinə satılır. Ərazidə mövcud olan Rus Amerikası inzibati vahidi ləğv olunur və torpaqlar ABŞ nəzarətinə keçir. Alyaska günü Alyaska ştatı ilə bağlı ən önəmli bayramlardan biri olsa da, ştat ərazisində, bəzi məktəblər həmin gün fəaliyyət göstərir və əsasən açıq dərslər keçirilir.
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. == Əhalisi == ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Kinq adası (Alyaska)
Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada. == Coğrafiya == Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.
Mənim Addımım Alyansı
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. == Tarixi == 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. == İdeologiya == İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Nelson adası (Alyaska)
Nelson adası (ing. Nelson Island) — Berinq dənizində, Alyaskanın cənub-qərb sahili yaxınlığında, Ninqaluk (şimalda) və Kolavinarak (şərqdə) çaylarını ayıran ada. İnzibati cəhətdən ABŞ-nin, Alyaska ştatının Betel siyahıyaalma sahəsinə aiddir. Uzunluğu 68 km, eni 32 ilə 56 km arasındadır. Adanın sahəsi 2183 km²-dir. Sahəsinə görə ABŞ-də 15-ci ən böyük adadır. Nunivak adasından Etolin boğazı ilə ayrılır. Nelson adasında 3 kənd vardır: Tununak, Toksuk Bey və Naytmyut. Yaşayış məntəqələrinin hamısı Berinq dənizi sahilində, adanın cənub-qərb hissəsində yerləşir. Bu üç kəndin ümumi əhalisi 2010-cu il siyahıyaalınmasına əsasən 1197 nəfərdir.
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Qlobal Liberal İncəsənət Alyansı
Qlobal Liberal İncəsənət Alyansı (ing. Global Liberal Arts Alliance) — dünya liberal incəsənət kolleclərinin birliyidir. 2009-cu ildə yaradılıb. Birliyin məqsədi Amerikan liberal incəsənət kolleci modelinə əsasən birlik üzvü olan müəssisələr arasında əməkdaşlıq üçün beynəlxalq çərçivəni təmin etməkdir. Alyans Böyük Göllər Kolleclər Assosiasiyası tərəfindən idarə olunur, hansı ki, həmin assosiasiyada Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşmişdir.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. == Yerlilər == Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. == Coğrafiya və ekologiya == Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
İkinci Alyanlı
İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Səadət Partiyası və Gələcək Partiyası Alyansı
Səadət və Gələcək İttifaqı (Türk. Saadet ve Gelecek İttifakı), 6 iyul 2023-cü ildə Səadət Partiyası ilə Gələcək Partiyası arasında Türkiyə Böyük Millət Məclisində ortaq fraksiya yaradılması, parlament və seçkilərdə əməkdaşlığı ehtiva edən ittifaq. İttifaqın Türkiyə Böyük Millət Məclisində Səadət Partiyasının adı altında parlamentdə 20 deputatı var, lakin onlardan 10-u Gələcək Partiyası üzvüdür. Səadət Partiyası millət vəkili Hasan Bitməzin vəfatından sonra 2 gün ərzineə fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Fazıl Kasapın Səadət Partiyası sıralarına qatılması ilə fraksiya yenidən qurulmuşdur. == Üzvlər == == Fraksiya == Səadət və Gələcək İttifaqının Səadət Partiyası adı altında 20 deputatdan ibarət bir fraksiyası var. Bunlardan 10-u Gələcək Partiyasının üzvləri olsalar da, ittifaq protokoluna görə rəsmi olaraq Səadət Partiyasının üzvləridir. Kocaeli millət vəkili Hasan Bitməzin vəfatının ardınca fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası Kütahya millət vəkili Ali Fazıl Kasapın partiyasından istefa verərək Səadət Partiyasına üzv olması ilə fraksiya yenidən quruldu.
Səkkiz Gücün Alyansı
Səkkiz Gücün Alyansı Avstriya-Macarıstan, Böyük Britaniya, Almaniya İmperiyası, İtaliya, ABŞ, Rusiya İmperiyası, Fransa və Yaponiya İmperiyasını əhatə edən hərbi ittifaqdır. Bəzən Beynəlxalq Azadlıq Ekspedisiyası (ILE) adlandırılan qoşun və qüvvələrin birləşmiş kontingenti Alyans dövlətlərinin 45.000 əsgər və dənizçisindən ibarət idi . 27 sentyabr 1900-cü ildə N. P. Lineviçin komandanlığı altında Müttəfiq qoşunları Pekinə daxil oldular. Kampaniya zamanı müttəfiq qüvvələr 1900-cü ilin avqustunda Boksçu üsyanını yatırdılar və Çin imperiya ordusunu məğlub etdilər . İmperator hakimiyyəti qeyri-bərabər Yekun Protokolu imzalamalı oldu. == Alyansın qiymətləndirilməsi == Səkkiz gücün ittifaqı Çin tarixçiləri tərəfindən o zaman zəif Çini talan etmək istəyən güclü imperiyaların işğalı kimi, Boksçu üsyanı isə xarici işğalçılara qarşı üsyan kimi qiymətləndirilir. Səkkiz Qüvvə Alyansının humanitar tərəfi pərdə arxasında qalır. Yihetuanların müsbət qiymətləndirilməsi sovet tarixşünaslığı üçün də xarakterik idi. V. İ. Lenin 1900-cü ildə Boksçu üsyanını Avropa müstəmləkəçiliyinə qarşı hərəkat hesab edirdi. == Sənətdə == Nikolas Reyin " Pekində 55 gün" səfirlik məhəlləsinin və Beynəlxalq Azadlıq Ekspedisiyasının mühasirəsinə həsr olunmuş epik filmdir (1963).
Hindistan Milli İnkişaf üzrə İnklüziv Alyans
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Alyaska Ankoric Universiteti
Alyaska Ankoric Universiteti — ABŞ -ın Alyaska ştatının Ankoric şəhərində yerləşən dövlət universiteti. Bu, Alyaskanın ən böyük ali təhsil müəssisəsidir və Alyaska Universitetləri Sisteminin ən böyük universitetdir. AAU həmçinin Alyaskanın cənub-mərkəzi boyunca səpələnmiş dörd İcma kampuslarını idarə edir: Kenai Yarımadası Kolleci Kodiak Kolleci Mat-Su Kolleci Şahzadə Uilyam Sound Kolleci AAU-nın əsas şəhərciyi şəhər mərkəzindən təxminən dörd mil (6.4 km) cənub-şərqdə yerləşir. Universitetin Ankoric kampusu beş tədris və tədqiqat bölməsinə bölünür: İncəsənət və Elmlər Kolleci Biznes və İctimai Siyasət Kolleci İcma və Texniki Kolleci Mühəndislik Kolleci İctimai Səhiyyə Kolleci Universitet seçilmiş proqramlarda magistr dərəcələri və məzun sertifikatları, həmçinin Məzun bölməsi vasitəsilə əməkdaşlıq edən universitetlərdə seçilmiş doktorantura proqramlarını tamamlamaq imkanı təklif edir. AAU Kolleclər və Universitetlər üzrə Şimal-Qərb Komissiyası tərəfindən akkreditə olunub. == Tarixi == 1954-cü ildə Ankoric İcma kolleci (AİK) yaradıldı və Elmendorf Hərbi Hava Qüvvələri bazasında tələbələrə axşam dərsləri keçilməyə başladı. 1960-cı illərin sonlarında Ankoricdə dörd illik universitetin yaradılmasına güclü maraq Alyaska Universitetinin, Ankoric Senior Kollecinin (ASC) yaranmasına səbəb oldu. ASC bakalavr və magistr proqramları, eləcə də davamlı təhsil üzrə peşəkar proqramları idarə edirdi. 1962-ci ildə AİK və əyalətdəki digər icma kollecləri Alyaska Universitetinin sisteminə daxil edildi. 1971-ci ildə universitetin ilk buraxılışı keçirildi və burada 265 adama magistr, bakalavr və dosent dərəcələri verildi.
Alyaska Universiteti
Alyaska Universiteti — ABŞ-ın Alyaska ştatının Ferbanks şəhərində dövlət tədqiqat universiteti. Universitet Alyaska Universitet Sisteminin flaqman kampusudur. == Tarixi == Alyaska Universiteti 1917-ci ildə Alyaska Kənd Təsərrüfatı Kolleci kimi təsis edilmişdir. Əvvəlcə Alyaska Kənd Təsərrüfatı Kolleci adlanırdı. 1935-ci ildə Alyaska Qanunverici orqanı kollecin adını rəsmi olaraq Alyaska Universitetinə dəyişdirən Qanun layihəsini qəbul etdi. 1975-ci ildə Kansler Hovard A. Katlerin təyin edilməsi ilə Alyaska Universiteti Alyaska Ferbanks Universitetinə çevrildi və Ümumdünya Universitet Sisteminin əsas tədqiqat bölməsi siyahısına daxil oldu. Bundan sonra həm universitetin tələbə sayı, həm də tədqiqat missiyası əhəmiyyətli dərəcədə artdı. == Akademik strukturu == Universitet "R2: Doktorantura universitetləri — yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir. 1960-cı ildə universitetin akademik departamentləri 6 kollecə ayırdı: İncəsənət və Ədəbiyyat Davranış Elmləri və Təhsil Biologiya Elmləri və Bərpa Olunan Resurslar Biznes, İqtisadiyyat və İdarəetmə Yer Elmləri və Mineral Sənayesi Riyaziyyat, Fizika Elmləri və Mühəndislik === Məktəb və Kollecləri === Universitetin 9 Akademik Məktəb və Kolleci var: Mühəndislik kolleci İncəsənət kolleci Elm və Riyaziyyat kolleci Kənd və İcma İnkişafı kolleci Aspirantura məktəbi Təhsil məktəbi Balıqçılıq və Okean Elmləri kolleci Biznes və Təhlükəsizlik İdarəetmə kolleci Təbii Sərvətlər məktəbi Universitetdə 120-dən çox fənn üzrə 190 müxtəlif dərəcə və sertifikat proqramı mövcuddur. === Fəxri Kolleci === Universitetin Fəxri Kolleci 1983-cü ildə yaradılıb və tələbələrə peşə təhsili almaq üçün əlavə imkanlar təqdim edir.
Alyaskadakı kollec və universitetlərin siyahısı
Alyaskadakı Kollec və Universitetlərin siyahısı bu məqalədə təqdim olunur.

alya sözünün leksik mənası və izahı

"alya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alya nədir? #alya sözünün mənası #alya nə deməkdir? #alya sözünün izahı #alya sözünün yazılışı #alya necə yazılır? #alya sözünün düzgün yazılışı #alya leksik mənası #alya sözünün sinonimi #alya sözünün yaxın mənalı sözlər #alya sözünün əks mənası #alya sözünün etimologiyası #alya sözünün orfoqrafiyası #alya rusca #alya inglisça #alya fransızca #alya sözünün istifadəsi #sözlük