Alnaster viridis
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur.
== Sinonimləri ==
Betula viridis Chaix
Alnaster viridis (Chaix) Spach
Semidopsis viridis (Chaix) Zumagl.