Alda sözü azərbaycan dilində

Alda

Yazılış

  • Alda • 38.8889%
  • alda • 33.3333%
  • ALDA • 22.2222%
  • AlDA • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aldabra
Aldabra — dünyada ikinci ən böyük mərcan atolludur. Hind okeanındakı Seyşel adalarının Xarici adalarının bir hissəsi olan Aldabra adalarında, Mae adasındakı paytaxt Viktoriyadan 1,120 kilometr (700 mil) cənub-qərbdə yerləşir. Aldabranın tarixi adı, ərəb dənizçilər tərəfindən "atollun sərt, günəş bişmiş mühiti" mənasını verən Əl-Hadra və ya Əl-Xadra (bir neçə variant mövcuddur) idi və bu ad 16-cı əsrin Portuqaliya xəritələrinə daxil edilmişdir. Onlar Hind okeanını isə Bəhr-əl zany adlandırmışdılar. Ada 1511-ci ildə Portuqal naviqatorları tərəfindən ziyarət edilmişdir. Adalar artıq ona adaını verən farslara və ərəblərə məlum idi. 18-ci əsrin ortalarında Atoll, Aldabra nəhəng tısbağalarının tutulması üçün ekspedisiyaların edildiyi Fransanın Reyunyon koloniyasının asılılığı altına düşdü. Aldabra üzərində yerüstü şirin su mənbələri olmadığından, tədqiqatçıların (1742-ci ildən əvvəl hər hansı bir tədqiqatçının səfərinə dair heç bir sübut yoxdur) maraqları atollda yaşamaq deyil, yalnız tısbağa və balıq növlərini istismar etmək idi. 1810-cu ildə Mavritaniya, Reyunyon, Seyşel adaları və digər adalarla birlikdə Aldabra da Böyük Britaniyanın ixtiyarına keçdi. Reyunyon daha sonra Fransaya qaytarıldı və Mavritaniya, Seyşel adalarının qalanı ilə birlikdə Aldabranın sahibi oldu.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: "Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante") Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-ci ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Aldan ulusu
Aldan ulusu (saxa Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Aldan şəhəridir. Rayon 5 may 1930-ci ildə qurulmuşdur. Rayon Saxa Respublikasının cənubunda, Aldan qalxanında yerləşir. Burad yaşı 3 milyard ildən çox olan ən qədim kristal qaya formasiyaları üzə çıxır. Rayonun ərazisi 156,8 min km²-dir. Bölgədəki ən yüksək nöqtə 2.264 m-dir (Qonam çayının yuxarı hissəsində olan bir dağ). Rayonun böyük çayları: Aldan, Unqra, Timpton, Qonam, Uçur, Amqa. Bütün çaylar sürətli axına malikdir. Bölgə çökəkliklər və qarışıqlarla zəngindir.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Aldan çayı
Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir. Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir. Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır. Aldan əsasən qar və yağış suları ilə qidalanır.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldanmış kəvakib
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldanmış kəvakib (film, 1974)
Aldanmış kəvakib televiziya tamaşası 1974-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Artıq 7 ildir ki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, 15 gündən sonra şahı devirəcəklər. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına toplayır və məsləhətləşir. Baş münəccimin məşvərətilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa "kafirə" versin və onların seçimi yəhərçi Yusif olur. Televiziya tamaşası saxlanılmayıb. Televiziya tamaşası Mirzə Fətəli Axundzadənin eyniadlı povesti əsasında hazırlanıb.
Aldanmış ulduzlar
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldanmış ulduzlar (opera)
Aldanmış ulduzlar - bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev. Aldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera. Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov. Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. M. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir. Kosa - Ə. Haqverdiyev Keçəl - K. Hüseynov Axund - B. Mirzəyev, (C. Əkbərov) Səlma - X. Qasımova Yusif Sərrac - A. Məlikov Şah - F. Mehdiyev Cəmaləddin (münaccim) - A. Kərimov Başbilən (vəzir) - Q. Əliyev Bəhbəhani (saray şairi) - İ. Ələkbərov Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev Fiqaro (əcnəbi elçi) - K. Məmmədov II Elçi - İ. Məmmədov III Elçi - V. Tahirov Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с.
Aldarxaan
Aldarxaan — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan biri.
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.
Aldaçı
Aldaşın
Aldaşın (fars. الداشين‎) — İranın Ərdəbil ostanının Sərein şəhristanı, Ab-e Garm kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 695 nəfər yaşayır (146 ailə).
Allophylus aldabricus
Allophylus aldabricus (lat. Allophylus aldabricus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Cassia aldabrensis
Cassia aldabrensis (lat. Cassia aldabrensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü.
Ust-Aldan ulusu
Ust-Aldan ulusu (saxa Уус-Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Boroqontsı kəndidir. Rayonun ərazisi 18,3 min km²-dir. Mərkəzi Yakutiyada yerləşir. Şərqdə Taatta ulusu, cənub-şərqdə Çurapçı ulusu, cənubda Meqino-Xanqalas ulusu, qərbdə Nam ulusu, şimalda Kobyay ulusu, şimal-şərqdə Tompo ulusu ilə həmsərhəddir. Relyefi düzəndür. Ulusun əksər hissəsi Mərkəzi Yakut ovalığı ərazisindədir. Yanvar ayının orta temperaturu −42 ° C, iyul + 17 ... + 18 ° C olur. illik yağıntının miqdarı 200-250 mm-dir.
Zulkarnay Aldamjar adına Kostanay sosial və texniki universiteti
Zulkarnay Aldamjar adına Kostanay sosial və texniki universiteti (qaz. З.Алдамжар атындағы Қостанай әлеуметтік-техникалық университеті) — Kostanay şəhərində yerləşən qeyri-dövlət ali təhsil müəssisəsi. Universitet 1998-ci ildə Kostanay Sosial Akademiyası kimi təsis edilmişdir. Təlim 1999-cu ildə başlamışdır. 2004-cü ildə akademiya universitetə ​​çevrildi. Universitet qurucusunun adını daşıyır - Aldamjar Zulkarnay Aldamjarulı . Kostanay Sosial Akademiyası 1998-ci ildə qurulmuşdur. Təhsil fəaliyyətinin başlanğıcı - 1999 2004-cü ildə Kostanay Sosial Akademiyası yeni statuslu bir təhsil müəssisəsinə - Kostanay Sosial və Texniki Universitetinə çevrildi (sertifikat No. 5845-1937-U-e). Təsisçisi — Aldamjar Zulkarnay Aldamjarulı, tarix elmləri doktoru, professor, akademik.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Aldair
Aldair Nassimentu dos Santos (br-port. Aldair Nascimento dos Santos, 30 noyabr 1965) — Braziliyalı keçmiş futbolçu. Müdafiəçi kimi çıxış edib. Braziliya milli komandasının üzvu olub və milli komanda ilə 1994-cü il Dünya Çempionatının qalibi olub. Karioka Çempionatı: 1986 Braziliya A Seriya Çempionatı: 1987 Portuqaliya Superkuboku: 1989 A Seriyası: 2000–01 İtaliya Kuboku: 1990–91 İtaliya Superkuboku: 2001 Calcio Sammarinese Çempionatı: 2007–08 FIFA Dünya Kuboku: Çempion 1994 İkinci yer 1998 Copa America: Çempion 1989, 1997; İkinci yer 1995 Yay Olimpiya Oyunları: Bürünc medal 1996 FIFA Konfederasiyalar Kuboku: 1997 FIFA XI: 2000 Golden Foot: 2008, futbol əfsanəsi kimi.

"alda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alda nədir? #alda sözünün mənası #alda nə deməkdir? #alda sözünün izahı #alda sözünün yazılışı #alda necə yazılır? #alda sözünün düzgün yazılışı #alda leksik mənası #alda sözünün sinonimi #alda sözünün yaxın mənalı sözlər #alda sözünün əks mənası #alda sözünün etimologiyası #alda sözünün orfoqrafiyası #alda rusca #alda inglisça #alda fransızca #alda sözünün istifadəsi #sözlük