aşna sözü azərbaycan dilində

aşna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aşna • 83.6735%
  • Aşna • 12.2449%
  • AŞNA • 4.0816%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşnaabad (Urmiya)
Aşnaabad (fars. آشناآباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (100 ailə). Burada müxtəlif tayfalar yaşayır ki, hazırda onların çoxu Urmu şəhərində məskunlaşmışlar. Kəndin etnik tərkibi Azərbaycan türklərindən ibarətdir.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Aşnaq (Salmas)
Əşnək (fars. اشنك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 745 nəfər yaşayır (135 ailə).

aşna sözünün leksik mənası və izahı

  • 1 is. 1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş. Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi. [Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Ə.Haqverdiyev. // Bəzən müraciət yolu ilə deyilir. Aşna, mən buna razı deyiləm. Aşna, qorxdun ha! – [Tofiq:] …Aşna, öz aramızdır, yaxşı ovçusan. M.İbrahimov. // Bəzən zarafat, istehza, kinayə ilə deyilir. Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. [Əhməd:] Özü də aşnamın bu saat işi, deyəsən, yaşdır. Ə.Əbülhəsən. 2. köhn. Qeyri-rəsmi arvad, yaxud kişi; oynaş. [Hacının oğlu] arvadından savayı, bir rus qızı da aşnası var idi. Ə.Haqverdiyev. Cəld qapını açan bu xanım indi aşnasının gəlişindən narazı kimi olmuşdu. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / aşna
  • 2 AŞ(İ)NA f. 1) tanış, dost, yaxın yoldaş; 2) oynaş; 3) m. xəbərdar, işlə tanış olan. Aşinayi-qürbət qəribliyə alışmış, qürbətdə yaşamağa adət etmiş.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / aşna
  • 3 fars. aşina Dost, yoldaş, tanış. (“Koroğlu” dastanının lüğəti) Dastanda istehza, kinayə məqsədilə işlənir. Yox, aşna, qollarını aça bilməyəcəyəm. Açaram, sonra dəlilik edərsən. Dur, elə belə gedək. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”) * Yaxşı mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan? Yox, aşna, üz vurma! Keçəl suya getməz. (“Həmzənin Qıratı aparmağı”)

    Azərbaycan dastanlarının leksikası / aşna

aşna sözünün sinonimləri (yaxın mənalı sözlər)

aşna sözünün antonimləri (əks mənalı sözlər)

aşna sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AŞNA I is. [ fars. ] Dost, yaxın, tanış, yoldaş. Gör aşnam özünü kimlərnən yan-yana qoyur (Anar). AŞNA II is. [ fars. ] Qeyri-rəsmi arvad və ya kişi, oynaş. Arvadından savayı, bir rus qızı da aşnası var idi (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin omonimlər lüğəti / aşna

aşna sözünün rus dilinə tərcüməsi

  • 1 1. друг, приятель; 2. знакомый, знающий; 3. любовник, любовница, хахль, содержанка, фаворит, фаворитка;

    Azərbaycanca-rusca lüğət / aşna
  • 2 сущ. 1. друг, приятель, дружище, дружок. Yox, aşna, iştahan çox böyükdür нет, приятель, у тебя слишком большой аппетит 2. простореч. любовник, любовница, хахаль, фаворит, фаворитка

    Azərbaycanca-rusca lüğət / aşna

aşna sözünün inglis dilinə tərcüməsi

aşna sözünün fransız dilinə tərcüməsi

aşna sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. ашна (1. дуст, чирхчир, таниш, мукьвад, юлдаш; // гагь-гагь зарафатдалди, рахшанддалди, айгьамдалди лугьуда; 2. куьгьн. къанунсуз гъуьл ва я паб; ашервал ийиз нин патав физватӀа гьам).

    Azərbaycanca-ləzgicə lüğəti / aşna

aşna sözünün türk dilinə tərcüməsi

"aşna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aşna nədir? #aşna sözünün mənası #aşna nə deməkdir? #aşna sözünün izahı #aşna sözünün yazılışı #aşna necə yazılır? #aşna sözünün düzgün yazılışı #aşna leksik mənası #aşna sözünün sinonimi #aşna sözünün yaxın mənalı sözlər #aşna sözünün əks mənası #aşna sözünün etimologiyası #aşna sözünün orfoqrafiyası #aşna rusca #aşna inglisça #aşna fransızca #aşna sözünün istifadəsi #sözlük