alyas sözü azərbaycan dilində

alyas

Yazılış

  • alyas • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alyaska
Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb. Bununla belə, Şimali Amerikanın 60-cı şimal enliyində yerləşən əraziləri içərisində ən çox əhaliyə sahib bölgə hesab olunur.
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. == Tarix == Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. == Həmçinin bax == Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean == Xarici keçidlər == Şimali Amerika Sakit okean == Ədəbiyyat == Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Alyaska günü
Alyaska günü (ing. Alaska Day) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında 18 oktyabr tarixində qeyd olunan rəsmi bayram günü. Həmin gün Alyaska ştatında qeyri-iş günü hesab olunur. Alyaska gününün qeyd olunması ABŞ-nin 1867-ci ilin 18 oktyabr tarixində Alyaska ştatının Rusiya imperiyasından satın alınmasından sonra ənənəvi şəkildə qeyd olunmağa başlanılmışdır. ABŞ-nin XXIV Xarici İşlər Naziri, senator Uilyam Sivard 1867-ci ilin oktyabr ayında Rusiya imperiyası ilə Alyaskanın satın alınması ilə bağlı danışıqlara başlayır. Danışıqlar nəticəsində ərazi 7.2 milyon dollara ABŞ tərəfinə satılır. Ərazidə mövcud olan Rus Amerikası inzibati vahidi ləğv olunur və torpaqlar ABŞ nəzarətinə keçir. Alyaska günü Alyaska ştatı ilə bağlı ən önəmli bayramlardan biri olsa da, ştat ərazisində, bəzi məktəblər həmin gün fəaliyyət göstərir və əsasən açıq dərslər keçirilir.
Alyaska körfəzi
Alyaska körfəzi - Sakit okeanın şimali-şərq hissəsinə verilən ad. Təxmini 1.533.280 km² ərazini əhatə edən Alyaska körfəzinin əsas axıntısı, körfəz sularına nisbətən daha isti və saatın əks istiqamətində doğru axan Alyska axıntısıdır. Alyaska körfəzinin sahillərində Ankoric, Sivard və Valdez kimi liman şəhərləri yerləşir.
Alyaska marmotu
Alyaska marmotu (lat. Marmota broweri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir. Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar. Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.
Alyaska qazı
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Alyaska qızıl hərisliyi
Klondayk qızıl hərisliyi (ing. Klondike Gold Rush; digər adları Yukon qızıl hərisliyi, Alyaska qızıl hərisliyi, Sonuncu böyük qızıl hərisliyi — Yukon Gold Rush, Alaska Gold Rush, Last Great Gold Rush) — 1896-1898-ci illərdə Kanadanın Yukon əyaləti ərazisində baş vermiş qızıl hərisliyi. Klondayk qızıl hərisliyi 100 minə yaxın qızılaxtaranın bu ərazilərə gəlməsinə səbəb olmuşdur. 1896-cı ilin 16 avqust tarixində ərazidə ilk qızıl mədənləri aşkarlandı, bir il sonra isə bu xəbər Sietl və San-Fransisko şəhərlərinə çatdırılmış və burada minlərlə qızılaxtaran Alyaska və Yukona getmək üçün ciddi hazırlıqlara başlamışlar. Ərazinin soyuq iqlimə malik olması, hündür dağlardan, təpələrdən ibarət olması səbəbindən 30-40 minə yaxın qızılaxtaran Klondayk mədənlərinə çatmadan geri qayıtmışdır. Klondayk qızıl hərisliyi zamanı cəmi 4 min qızılaxtaran öz məqsədinə çatmışdır. Qalan qızılaxtaranların çoxu ya yarı yoldan qayıtmış, ya da ki, qızıl tapa bilməmişdilər. == Mədəniyyətə təsiri == Klondayk qızıl hərisliyi və həmin ərəfədə baş vermiş digər qızıl hərislikləri XIX əsrin sonu - XX əsrin əvvələrində Amerika mədəniyyətinə öz təsirini göstərmişdir. 1897-ci ilə özü də qızılaxtaranlara qoşulan Cek London, sonradan bu mövzuya həsr olunmuş çox sayda bu gün də məşhur olan roman və hekayələr yaratmışdı. 1925-ci ildə çəkilmiş və Çarli Çaplinin baş rolda oynadığı Qızıl hərisliyi filmində Avara ləqəbli baş qəhrəmanın Klondayk qızıl hərisliyində iştirak etməsindən bəhs olunur.
Alyaska yarımadası
Alyaska yarımadası (ing. Alaska) — Şimali Amerikanın şimal-qərbində, Sakit okean akvatoriyasına daxil olan Berinq dənizi və Bristol körfəzi onun sahillərini yuyur. Ərazisi Alyaska ştatının cənub-qərbində yerləşir. Uzunluğu 700 km, eni 170 kmdən 10 km qədərdir. Aleut sıra dağları ərazidən keçir. Burada fəaliyyətdə olan Katmay vulkanı(2047 m) vardır. Ən hündür zirvəsi Veniminovadır (2507 m). Yarımadanın ərazisi Dağ Tundra iqlim tipinə uyğundur. Kiçik miqdarda Buzlaq vardır. Şimal-qərb sahilləri laqun və kiçik göllər ilə zəngindir.
Alyaska yupik dili
Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili. Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər. 1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır. Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır == Təsnifatı == Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut¹yeri qəti deyil == Dialekt və qəbilələri == Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər. Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik) Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect).
Alyaska yupikcəsi

Alyaska yupikləri
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. 5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar. Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur.
Alyaska zəlzələsi (2018)
Alyaska zəlzələsi (ing. Alaska earthquake) – 23 yanvar 2018-ci ildə ABŞ-nin Alyaska ştatında, Alyaska körfəzində, Kadyak adası yaxınlığında baş vermiş 7,9 bal gücündə zəlzələ. Yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb.ABŞ-də zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb.Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib.
Alyaska ştatında yerləşən şəhərlərin siyahısı
Alyaskanın satılması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alınması

Alyaskanın satın alışı

Ankoric (Alyaska)
Ankoric (ing. Anchorage) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ən böyük şəhəri. == Ümumi məlumat == Sakit okeanda, Kuk körfəzi sahilində port. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. 1915-ci ildə salınmışdır. 1964-cü ildə baş vermiş zəlzələdən sonra bərpa olunmuşdur. Ağac və balıq emalı, poliqrafiya sənayesi, yaxınlığında daş kömür şaxtaları (Matanuska rayonu), iki universitet, incəsənət və tarix muzeyləri, incəsənət mərkəzi var.
Benjamin adası (Alyaska)
Battlşip adası (ing. Battleship Island) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Ada 1880-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Lester Berdsli tərəfindən adlandırılır. Feyvorit boğazın şərq sahilində, Cunodan 40 km şimal-qərbdə yerləşir. Bu ad 1976–1981-ci illərdə ABŞ Geoloji Tədqiqat Xidməti tərəfindən təstiqlənmiş və 1981-ci ildə ABŞ Coğrafi Adlar İnformasiya Sisteminə daxil edilmişdir. Benjamin adasının uzunluğu 2,4 km, eni isə 0,8 km-dir. Sentinel adasında yerləşən mayakdan təxminən 1,21 kilometr şimalda və Şimal adasından 0,4 kilometr cənubda yerləşir. Feyvorit boğazının ən şimal adalarından biridir. Ada piknik və kempinq üçün istifadə olunur. == Yabanı təbiət == Benjamin adasının sahillərində Qozbel balinalar və dəniz şirləri yaşayır.
Beyker adası (Alyaska)
Beyker adası (ing. Baker Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərb sahillərində yerləşir. Qonşu adalar: şimal-qərbdə Noyes, şimalda Lulu və cənub-şərqdə Suemes adası. Kiçik San Juan Batista və Sent İqnas adaları Beyker adası ilə Uels Şahzadəsi adasının qərb sahili arasında yerləşir. Adanın sahəsi 115,1 km²-dir. Daimi əhalisi yoxdur. Adanı 1741-ci ildə görən ilk avropalı rus tədqiqatçısı Aleksey Çirikov olmuşdur. Ada 1879-cu ildə Amerika təbiətşünası Vilyam Doll tərəfindən Markus Beykerin (1849–1903) şərəfinə adlandırılmışdır.
Blossom burnu (Alyaska)
Blossom burnu (ing. Cape Blossom) — Alyaskanın Bolduin yarımadası ərazisində yerləşən buru. Burun Kosebu körfəzinin daxilinə doğru uzanır. Kosebu şəhərindən 18 km cənubda yerləşir. Burun 1826-cı ildə Kral dəniz donanmasının kapitanı Frederik Vilyam Biçi tərəfindən onun HMS «Blossom» gəmisi şərəfinə adlandırılmışdır. Alyaskada yerləşən Blossom burnunu Vrangel adasında yerləşən Blossom burnu ilə səhv salmaq lazım deyil.
Cuno (Alyaska)
Cuno (ing. Juneau) - ABŞ-də şəhər,Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. == Əhalisi == ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Kinq adası (Alyaska)
Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada. == Coğrafiya == Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.

alyas sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bədbəxtlik; uğursuz gündə doğulan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"alyas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alyas nədir? #alyas sözünün mənası #alyas nə deməkdir? #alyas sözünün izahı #alyas sözünün yazılışı #alyas necə yazılır? #alyas sözünün düzgün yazılışı #alyas leksik mənası #alyas sözünün sinonimi #alyas sözünün yaxın mənalı sözlər #alyas sözünün əks mənası #alyas sözünün etimologiyası #alyas sözünün orfoqrafiyası #alyas rusca #alyas inglisça #alyas fransızca #alyas sözünün istifadəsi #sözlük